Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-754/2021 30.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, tərəflərindən ödənilmiş 1279 (min iki yüz yetmiş doqquz) manat məbləğində sığorta ödənişinin 771 manat hissəsinin Cavabdeh1, 508 manat hissəsinin Cavabdeh2 və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və qırx qəpik bank xidmət haqqının cavabdehlərdən müştərək qaydada "xxxx" ASC-yə ödənilməsi haqqında Qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X1 arasında 27.10.2016-cı il tarixdə sığorta müqaviləsi bağlanmış və PMİ–013444 №-li şəhadətnamə üzrə ** RF *** dövlət qeydiyyat nişanlı, “Nissan Sentra” markalı avtomobil üç il müddətinə 17500 (on yeddi min beş yüz) manat məbləğində sığortalanmışdır. Cavabdeh2 məxsus olan və hadisə zamanı onun tərəfindən idarə olunan ** BR *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C200” markalı avtomobil, 31.07.2019-cu il tarixdə Cəmiyyətdə sığortalanmış avtomobil ilə Binəqədi rayonu ərazisində toqquşmuş və nəticədə sığortalanmış avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Hadisə yerinə gəlmiş Binəqədi DYPİ tərəfindən tərtib edilmiş TP ******* saylı inzibati tənbehvermə haqqında Qərara əsasən, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi Cavabdeh2 göstərilmiş və AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi nəticəsində zərərə uğramış sığortalı avtomobilin təmiri, müştərinin müraciətinə müvafiq olaraq, "xxxx" MMC-nin servis məntəqəsində həyata keçirilmiş və tərtib edilən NL_1444 saylı, 25.09.2019-cu il tarixli “Qüsur aktı”na əsasən, avtomobilə dəymiş zərər 1279 (min iki yüz yetmiş doqquz) manat məbləğində müəyyən olunmuşdur. Müqavilə şərtlərinə görə aşkar subroqasiya halı olduğundan azadolma məbləği tutulmadan hesablanmış 1279 (bir min iki yüz yetmiş doqquz) manat sığorta ödənişi tərəflərindən sığortalı avtomobilin təmiri üçün "xxxx" MMC-yə ödənilmiş və bu ödəniş 17.12.2019-cu il tarixli 1019 №-li ödəniş tapşırığında öz əksini tapmışdır. Cavabdeh2 idarə etdiyi ** BR *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C200” markalı avtomobilin sahibliyinin mülki məsuliyyətinin icbari sığortasının PPA ********** saylı şəhadətnamə əsasında "xxxx" ASC-də sığortalandığını nəzərə alaraq (“Nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsi) tərəflərindən ödənilmiş 1279 (min iki yüz yetmiş doqquz) manat sığorta ödənişinin "xxxx" ASC-dən alınaraq Cəmiyyyətlərinin bank hesabına köçürülməsi üçün, 11.12.2019-cu il tarixdə, 1660 saylı məktubla "xxxx" ASC-yə müraciət olunmuşdur. Müraciətlərinə cavab olaraq "xxxx" ASC bildirmişdir ki, Cavabdeh1 baş vermiş hadisə ilə bağlı "xxxx" ASC-dən 771 manat sığorta ödənişi almışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Eyni zamanda qeyd etdi ki, iş üzrə alınmış ekspert rəyi ilə razıdır. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini, iddia tələbini sığorta ödənişinin 771 manat hissəsinin ondan tutulması hissəsində qəbul etdiyini, həmin məbləğin "xxxx" tərəfindən ona ödənildiyini bildirərək nəzərə alınmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1. maddəsinin mahiyyətinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2. maddəsindən görünür ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -17.12.2019-cu il tarixli Ödəniş tapşırığıdan görünür ki, 17.12.2019-cu il tarixdə 1279 manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-nin hesabına ödənilmişdir. - "xxxx" MMC tərəfindən 25.09.2019-cu il tarixdə tərtib edilən “Qüsur aktı”ndan görünür ki, “Nissan Sentra” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı avtomobilin tam bərpası və istismara yararlı vəziyyətə gətirilməsi üçün təmir xərcləri cəmi 1279 manat məbləğində hesablanmışdır -26.09.2019-cu il tarixli, KSN 2507/19 saylı Sığorta Aktından görünür ki, sığortalanmış avtomobil, “Nissan Sentra” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı, sığorta məbləği 14175 manat olan avtomobilə dəymiş zərərin ümumi məbləği 1279 (min iki yüz yetmiş doqquz) manat olmuş, sığorta ödənişi məbləği 1279 (min iki yüz yetmiş doqquz) manat olmuş, məbləği alan Cavabdeh1 olmuşdur. -Azərbaycan Respublikası DİN-in MAPS şöbəsi tərəfindən 29.01.2020-ci il və 04.02.2020-ci il tarixlərdə verilmiş arayışlardan görünür ki, cavabdehlər Hüseynov X4 rayonu, Məmmədsəfi kəndində və Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. -Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinin surətindən görünür ki, “Nissan Sentra” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı avtomobil 17500 manat dəyərində "xxxx" ASC tərəfindən sığortalanmış, azadolma məbləği 200 manat müəyyən edilmişdir. -İnzibati xəta haqqında 01.08.2019-cu il tarixli AP ******* №-li protokolun surətindən və həmin tarixdə tərtib olunmuş TP ******* №-li qərarın surətindən görünür ki, 31.07.2019cu il tarixdə saat 18:30-da Cavabdeh2 idarə etdiyi ** BR *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C200” markalı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 60 manat məbləğində cərimə edilmişdir. -AC № 662867 sаylı nəqliyyаt vаsitəsinin qеydiyyаt şəhаdətnаməsinin və 21.10.2016-cı il tаriхli ƏN-İİİ 911641 №-li еtibаrnаmənin surətlərindən görünür ki, “Nissan Sentra” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı avtomobilin sаhibi X2 həmin nəqliyyаt vаsitəsini Cavabdeh1 07.11.2022-ci ilədək idаrə еtməyi еtibаr еtmişdir. -AC № 364881 sаylı nəqliyyаt vаsitəsinin qеydiyyаt şəhаdətnаməsinin surətindən görünür ki, ** BR *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C200” markalı avtomobil Hüseynov X5 mülkiyyətindədir. İşin araşdırılan hallarından müəyyən edildi ki, "xxxx" ASC ilə X1 arasında 27.10.2016-cı il tarixdə sığorta müqaviləsi bağlanmış və PMİ–013444 №-li şəhadətnamə üzrə ** RF *** dövlət qeydiyyat nişanlı, “Nissan Sentra” markalı avtomobil üç il müddətinə 17500 (on yeddi min beş yüz) manat məbləğində sığortalanmışdır. Cavabdeh2 məxsus olan və hadisə zamanı onun tərəfindən idarə olunan ** BR *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C200” markalı avtomobil, 31.07.2019-cu il tarixdə "xxxx" ASC-də sığortalanmış avtomobil ilə Binəqədi rayonu ərazisində toqquşmuş və nəticədə sığortalanmış avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Binəqədi DYPİ tərəfindən tərtib edilmiş TP ******* saylı inzibati tənbehvermə haqqında Qərara əsasən, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi Cavabdeh2 göstərilmiş və AR İXMnin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi nəticəsində zərərə düşmüş “Nissan Sentra” markalı sığortalı avtomobilin təmiri "xxxx" MMC-nin servis məntəqəsində həyata keçirilmiş və tərtib edilən NL_1444 saylı, 25.09.2019-cu il tarixli “Qüsur aktı”na əsasən, avtomobilə dəymiş zərər 1279 (min iki yüz yetmiş doqquz) manat məbləğində müəyyən olunmuşdur. Müqavilə şərtlərinə əsasən aşkar subroqasiya halı olduğundan azadolma məbləği tutulmadan hesablanmış 1279 (bir min iki yüz yetmiş doqquz) manat sığorta ödənişi "xxxx" ASC tərəflərindən sığortalı avtomobilin təmiri üçün "xxxx" MMC-yə ödənilmiş və bu ödəniş 17.12.2019-cu il tarixli 1019 №-li ödəniş tapşırığında öz əksini tapmışdır. Cavabdeh2 idarə etdiyi ** BR *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C200” markalı avtomobilin sahibliyinin mülki məsuliyyətinin icbari sığortasının PPA ********** saylı şəhadətnamə əsasında "xxxx" ASC-də sığortalandığından "xxxx" ASC tərəflərindən ödənilmiş 1279 (min iki yüz yetmiş doqquz) manat sığorta ödənişinin "xxxx" ASC-dən alınaraq Cəmiyyyətlərinin bank hesabına köçürülməsi üçün, 11.12.2019-cu il tarixdə, 1660 saylı məktubla "xxxx" ASC-yə müraciət etmiş, müraciətlərinə cavab olaraq "xxxx" ASC bildirmişdir ki, Cavabdeh1 baş vermiş hadisə ilə bağlı "xxxx" ASC-dən 771 manat sığorta ödənişi almışdır. Ona görə də "xxxx" ASC ilə X1 arasında 27.10.2016-cı il tarixdə sığorta müqaviləsinə əsasən hər iki şəxsə Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında tələbetmə hüququ yaranmışdır. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 22.01.2021-ci il tarixli 9/6069 №-li ekspert rəyinə əsasən Aparılmış ekspert tədqiqatı nəticəsində iş materiallarındakı "xxxx" şirkəti tərəfindən 25 sentyabr 2019-ci il tarixdə verilmiş HL 1444 qüsur aktında (m.i. vər. 24) olan dəyişilməli ehtiyyat hissələri və təmir-bərpa işləri barədə məlumatlarına əsasən, təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2014-cü il buraxılışlı, “Nissan Sentra minik” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən günə, 31 iyul 2019-cu tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsindən zərərçəkmişə dəymiş maddi ziyanın məbləği (təmir-bərpa işlərinin dəyəri), hissələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla nəzəri hesablama yolu ilə təxminən 920,77 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 731,39 manat, təmir işlərinin qiyməti - 189,38 manat. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddiaçı şirkət sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək baş vermiş sığorta hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəyən ziyanı "xxxx" MMC-yə müvafiq məbləğdə ödəmiş və haqlı olaraq həmin ziyanı reqress qaydada tələb etmək hüququ ilə məhkəməyə müraciət etmişdir. Belə ki, işin araşdırılan hallarından və tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, "xxxx" ASC ilə X1 arasında bağlanmış sığorta müqaviləsinə əsasən sığorta məbləği sığorta olunana verilməli halda həmin sığorta məbləğindən digər şəxs etibarnamə üzrə avtomobili idarə edən Cavabdeh1 Paşa Sığortadan əldə edərək faydalanmışdır. Eyni zamanda avtomobil qəzası zamanı İXM ilə Cavabdeh2 təqsirli bilinmiş, ona görə də dəymiş zərərin ödənilməsində cavabdehlik daşıyır. Məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) cavabdeh Cavabdeh2 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Ona görə də "xxxx" ASC ilə X1 arasında 27.10.2016-cı il tarixdə sığorta müqaviləsinə əsasən hər iki şəxsə Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında tələbetmə hüququ yaranmışdır ki, iddiaçının subroqasiya hüququ əsasında sığorta ödənişini cavabdehdən tələb etməsi əsaslıdır və haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 1108.1. maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. 1114.1. maddəsinə əsasən isə başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmiş, həmçinin, verilmiş ekspert rəyinə əsasən ekspert tədqiqatının dəyəri 120 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 120 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 aid edilərək onlardan tutulmalıdır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, ekspertin gəldiyi nəticələr əsas götürülməklə sığortalıya dəymiş zərərin miqdarı 920 manat məbləğində qiymətləndirilməli, vurulmuş zərərə görə iddiaçının xeyrinə 920 manat məbləğindən 771 (yeddi yüz yetmiş bir) manat pul vəsaiti Cavabdeh1, 149,77 (yüz qırx doqquz manat yetmiş yeddi qəpik) manat məbləğində pul vəsaiti isə Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-nə verilməlidir. Eyni zamanda iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 120 (yüz iyirmi) manat cavabdehlərdən müştərək qaydada tutularaq, dövlət rüsumunu dövlət büdcəsinə, ekspertiza tədqiqatının dəyəri isə Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçının xeyrinə 920 manat məbləğindən 771 (yeddi yüz yetmiş bir) manat pul vəsaiti Cavabdeh1, 149,77 (yüz qırx doqquz manat yetmiş yeddi qəpik) manat məbləğində pul vəsaiti isə Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-nə verilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 120 (yüz iyirmi) manat Cavabdeh1 və Cavabdeh2 müşdərək qaydada tutularaq, dövlət rüsumunu dövlət büdcəsinə, ekspertiza tədqiqatının dəyəri isə Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-754/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-754/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver