Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-845/2024 23.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilin açıq hərracda satılması və satışdan əldə edilən pulun mülkiyyətçilər arasında bərabər bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı mənzilin naturada bölünməsi tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 1\2 hissədə Cavabdeh və 1\2 hissədə İddiaçı adına ünvan 1 ünvanda olan 72 saylı mənzilin naturada bölünməsi və açıq hərracdan satılaraq əldə edilmiş pulun tərəflərin paylarına uyğun olaraq bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 09 avqust 2009-cu i il tarixdə rəsmi nikaha bağlanmışdır. Tərəflərin birgə nikahından xx.xx.2010-cu ildə X2 anadan olmuşdur. Tərəflər birgə nikah dövründə ünvan 1 ünvanda olan 72 saylı mənzil əldə etmişlər. Mənzil Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixdə **********54- 05306-093108 (qeydiyyat nömrəsi:**********) reyestr nömrəli qeydiyyat vəsiqəsi əsasında qeydiyyata alınmışdır. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 30-cu məhəllə, ev.6 ünvanda olan 72 saylı ev cavabdehin adına rəsmiləşdirilmişdir. Tərəfindən birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsünə dair iddia qaldırılmış və Abşeron rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli e-2(012)-246/2023 saylı qətnaməsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 30-cu məhəllə, ev.6 ünvanda olan 72 saylı evə ikidə bir hissədə İddiaçı, ikidə bir hisədə Cavabdeh payları müəyyən edilmişdir. Məhkəmə qətnaməsi qəbul edildikdən sonra 19 iyun 2023-cü ildə AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri Xidmətindən İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 30-cu məhəllə, ev.6 ünvanda olan 72 saylı evə 1\2 hissədə payı hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın reyestrdən (Daşınmaz Əmlakın reyestr nömrəsi: **********54-05306-093108) Çıxarış ilə öz təsdiqini tapmışdır. Payları müəyyən edildikdən sonra Cavabdeh paylarınn müəyyən edildiyi mənzilin satılaraq pulunun bölünməsi, onun payına uyğun olaraq kompensasiyanın verilməsini təklif etsə də, nə evə görə ona kompensasiya verməsinə, nə də mənzili satıb pulunu bərabər sürətdə bölünməsinə razılıq verdi. Hazırda Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 30-cu məhəllə, ev.6 ünvanda olan 72 saylı evə 1\2 hissədə mülkiyyət hüququ təsdiq edilsədə ondan istifadə edə, yaşaya və sərəncam verə bilmir. 17 oktyabr 2023-cü il tarixdə Cavabdeh mənzilə körə kompensasiya verilməsi ilə bağlı təklif göndərmişdir. Lakin məktub onun evdə olmamasına görə geri qayıtdı. Məcburiyyət qarşısında qalıb telefon və whatapp vasitəsi ilə kompensasiya ödənilməsi barədə təklif göndərmişdir. Cavabı «ev satılmayacaq» oldu. Ona görə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 30-cu məhəllə, ev.6 ünvanda olan 72 saylı ev məhkəmə vasitəsi ilə naturada bölünməli, bölünə bilmədiyi təqdirdə hərrac vasitəsilə satılaraq əldə edilmiş pul vəsaiti payçıların paylarına uyğun olaraq bölünməlidir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Sonradan iddiaçının vəkili-nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, 1\2 hissədə Cavabdeh və 1\2 hissədə İddiaçı adına Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 30- cu məhəllə, ev.6 ünvanda olan 72 saylı mənzilin açıq hərracda satılması və satışdan əldə edilən pulun mülkiyyətçilər arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək onun təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. O, bildirdi ki, iddiaçı istəsə həmin evdə yaşaya bilər. Mübahisəli mənzil gələcəkdə onun oğluna qalacaq. Odur ki, mənzilin satılmasına razı deyil. O, məhkəmənin konpensassiya ödənilməklə tərəflər arasında razılıq əldə edilməsi təklifini qəbul etmir. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan **********54-05306-093108 reyestr nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, H.Əliyev prospekti, ev 6, 72 saylı mənzil xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ½ hissə Cavabdeh, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ½ hissə İddiaçı mülkiyyətindədir. İşdə olan Abşeron Rayon Məhkəməsinin e-2(012)-246/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixdə **********54-05306-093108 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəli qeydiyyat vəsiqəsi əsasında qeydiyyata alınmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 30-cu məhəllə, ev.6 ünvanda olan 72 saylı evə ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh paylı mülkiyyət hüququ tanınması qət edilmişdir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/387 saylı rəyindən görünür ki, ünvan 4 ünvanında olan 72 saylı mənzilin planlı yerləşməsini, yəni 9 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşdiyini, mənzilin yalnız bir giriş-çıxış qapısı olduğunu və mənzilin tərkibində yalnız bir mətbəx, bir sanitar qovşaq hamam, bir tualet olduğunu nəzərə alaraq, həmin mənzilin tərəflər arasında bölünməsinin “AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”-nın 5.2, 5.5., 5.6., 5.7. və 5.8. bəndlərində göstərilənlərə və “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İş materialları ilə müəyyən olunur ki, tərəflər birgə nikahda olarkən mübahisəli mənzili əldə etmişlər. Bu mənzil üzərində payları Abşeron Rayon Məhkəməsinin e-2(012)- 246/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə bərabər müəyyən edilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı mənzilin açıq hərracda satılması və satışdan əldə edilən pulun mülkiyyətçilər arasında bərabər bölünməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 1\2 hissədə Cavabdeh və 1\2 hissədə İddiaçı adına Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 30-cu məhəllə, ev.6 ünvanda olan 72 saylı mənzilin açıq hərracda satılması və satışdan əldə edilən pulun mülkiyyətçilər arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə görə Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. İşdən görünür ki, mübahisəli əmlak hazırda yalnız Cavabdeh faktiki istifadəsindədir. Tərəflərin paylı mülkiyyətində olan bu əmlakın paylara uyğun naturada bölünməsi isə mümkün deyildir. Məhkəmə prosesi zamanı tərəflər kompensasiya yolu ilə mübahisəyə son verilməsinə razı olmamışlar. Belə olan halda isə məhkəmə hesab edir ki, mübahisəli əmlak açıq hərracdan satılmalı və əldə edilmiş vəsait tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X3rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmənin qənaətinə görə mübahisənin hazırki formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə hesab edir ki, iddiaçı iddiasının əsaslarına dair tələblərini qismən sübut edə bilmişdir. Bu baxımdan məhkəmə onun iddia ərizəsində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər iddianın təmin edilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, birgə nikah zamanı əldə edilmiş ünvan 1 ünvanda olan 72 saylı mənzil (reyestr nömrəsi: **********54-05306-093108) açıq hərracda satılmalı, həmin əmlakın açıq hərracda satışından əldə edilən vəsait tərəflər arasında bərabər surətdə bölüşdürülməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsində göstərilmişdir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ekspert tədqiqatı üçün tələb olunan cəmi 50 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh oğlunun birgə nikahı zamanı əldə edilmiş ünvan 1 ünvanda olan 72 saylı mənzil (reyestr nömrəsi: **********54-05306-093108) açıq hərraca çıxarılaraq satılsın. ünvan 1 ünvanda olan 72 saylı mənzilin (reyestr nömrəsi: **********54-05306-093108) açıq hərracda satışından əldə edilən vəsait İddiaçı və Cavabdeh arasında bərabər surətdə bölüşdürülsün. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspert tədqiqatı üçün tələb olunan 50 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-845/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-845/2024
23.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver