Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-90/2024 22.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil2, Cavabdehlər Mohammadı Rahman və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Mohammadı Rahman və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 Məşğul oğlu və Cavabdeh1 onun xeyrinə 5750 manat məbləğində pul vəsaitinin, o cümlədən məhkəməyə ödənilən 77,50 manat dövlət rüsumunun cavabdehlərdən məcburi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil2 məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə verərək cavabdehlər Mohammadı Rahman və Cavabdeh1 iddiaçının xeyrinə 5750 manat məbləğində pul vəsaitinin, o cümlədən məhkəməyə ödənilən 77,50 manat dövlət rüsumunun cavabdehlərdən məcburi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil2 izahatında göstərdi ki, İddiaçı cavabdehlər Mohammadı Rahman və Cavabdeh1 yaşadığı mənzilində mətbəx mebeli yığmaq üçün 2022-ci ilin yanvar ayında sifariş vermiş, cavabdehlərlə iddiaçı arasınd olan şifahi razılaşmalarına uyğun olaraq iddiaçı tərəindən cavabdehlərə 5750 manat məbləğində pul verilmişdir. Cavabdehlər iddiaçının sifarişinin formasına, ölçülərinə və materialına uyğun deyil, başqa formada mətbəx mebelinin çərçivəsini gətirib mənzildə quraşdırmışlar. Bir qədər sonra tərəflər arasında narazılıq yaranmış, iddiaçı cavabdehlərdən pulunu tələb etmiş, cavabdehlərdən quraşdırdıqları çərçivəni geri aparmağı, 5750 manat pulu geri qaytarmağı tələb etmiş, lakin cavabdehlər gətirdikləri çərçivəni geri aparmaqdan, sifarişə uyğun mebel yığmaqdan və iddiaçının onlara ödədiyi 5750 manat pulu geri qaytarmaqdan imtina etmişlər. Nəticədə, cavabdehlər iddiaçı ilə şifahi qaydada bağladıqları xidmət müqaviləsinin şərtlərinə əməl etməmiş, öhdələrinə götürdükləri öhdəliyi sifarişə uyğun icra etməyərək iddiaçıya xeyli miqdarda ziyan vurmuşlar. Sifariş verilmiş mətbəx mebelinin eskiz layihəsindən və mənzildə quraşdırılmış çərçivədən də görünür ki, sifarişlə icra olunmuş iş tam fərqlidir. İddiaçı tərəfindən cavabdeh Mohammadı Rahmana 4340 manatın ödənilməsini təsdiq edən çeklər mövcuddur, hətta cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarda göstərildiyi kimi qarşı tərəf də İddiaçı qeyd edilən məbləğdə pul aldığını etiraf etmişdir. Həmçinin iddiaçının 5750 manat məbləğində ödəniş etdiyini sübut edən qəbz də vardır. Cavabdehlərə ödənilmiş 5750 manat məbləğində pulun 4040 manat hissəsi cavabdeh Mohammadı Rahmana, qalan məbləğ isə Cavabdeh1 verilmişdir. Lakin iddiaçı tərəfindən Cavabdeh1 hansı məbləğdə pulun ödənildiyini təsdiq edən sübutlar yoxdur. Beləliklə cavabdehlər Mohammadı Rahman və Cavabdeh1 İddiaçı məxsus 5750 manat məbləğində pul vəsaiti məhkəmə qaydasında onlardan tutulmalıdır. Göstərilənləri nəzərə alaraq o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasında nümayəndəsi Vəkil2 izahatı ilə eyni məzmunda izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, mətbəx mebeli düzətmək işinə əvvəl Rəhman Mohammadi başlamışdır. Bir gün Rəhman Mohammadi ona mebelin korpusunu düzəldən ustanın işdən boyun qaçırdığını bildirmiş, onun korpus üstündə işləyə bilib-bilməyəcəyi barədə soruşmuşdur. O isə Rəhman Mohammadiyə mebel üstündə işləyə biləcəyini söyləmişdir. Rəhman Mohammadi mebelin çertyojlarını ona vermiş, o, çertyojları nəzərdən keçirdiyi zaman ölçülərin dəqiq olmadığını, artıq və əskikliklərin olduğunu görmüşdür. Daha sonra o, mebelin ölçülərini götürmək üçün İddiaçı evinə getmişdir. İddiaçı mebel seçimi barədə məsləhət almaq üçün onunla mütəmadi olaraq əlaqə saxlamışdır. Rəhman Mohammadi həmin ərəfədə iddiaçıdan 3040 manat pul almışdır. O, ancaq Rəhman Mohammadiyə kömək məqsədilə iddiaçının evində işləmiş, Rəhman Mohammadinin ona verdiyi çertyojlara və iddiaçının evindən götürdüyü ölçülərə uyğun olaraq korpuslar yığmışdır. Onlar İddiaçı evdə olmadığı vaxt mebelləri gətirmiş, gəldikləri zaman iddiaçının oğlu evdə olmuşdur. Mebeli təhvil verdikdən sonra səhəri gün İddiaçı Rahman Mohammadiyə zəng edərək mebel korpusunun onun istədiyi kimi olmadığını bildirmişdir. İddiaçı ona 1000 manat məbləğində pul verdiyini bildirsə də əslində o, iddiaçıdan pul almamış, X2 ona 300 manat pul vermişdir. Odur ki, iddianın ona aid hissədə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Cavabdeh Mohammadı Rahman məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək bildirdi ki, o, İddiaçı təxminən 2022-ci ilin əvvəllərindən tanıyır və onunla işlədiyi mebel sexində tanış olmuşdur. Belə ki, İddiaçı işlədiyi sexə gələrək mebel sifariş vermək istədiyini və sexə onu tanıdığı üçün gəldiyini bildirmişdir. İddiaçı onun əvvəllər “Paşa Holdinq”in tabeliyində olan “North West” şirkətində rəngsaz işlədiyindən və gördüyü işlərdən məlumatlı olduğunu bildirmişdir. Sonra İddiaçı mebellər üçün ölçü götürməyi ilə bağlı onu evinə dəvət etmiş, o da həmin ünvanda mətbəx mebelinin ölçüsünü götürmüşdür. İddiaçı ilk gün ona yataq otağı üçün 2 tumba sifariş edib və telefon vasitəsi ilə ona istədiyi mətbəx mebelinin kataloqunu göndərəcəyini bildirdi. Təxminən bir neçə gün sonra İddiaçı Whatsapp proqramı vasitəsilə telefonuna istədiyi mətbəx mebelinin şəklini göndərmiş, işə başlamaq üçün tələsmədiyini bildirmişdir. Beləliklə, iddiaçı bir neçə dəfə fikrini dəyişərək fərqli şəkillər göndərmişdir. Sonuncu dəfə şəkil göndərərkən fikrinin dəqiq olduğunu bildirmiş və onun işə başlamasını istəmişdir. Bundan sonra onlar mətbəx mebeli üçün 7500 manata razılaşmışlar. İddiaçı onun kart hesabına işə başlamağı üçün ilkin olaraq 500 manat məbləğində pul köçürmüşdür. Beləliklə, o, işə başlamış və iş davam etdiyi müddətdə iddiaçı onun kart hesabına 3540 manat məbləğində pul köçürtməklə ona, ümumilikdə, 4040 manat məbləğində pul ödəmişdir. Həmin vaxtda İddiaçı evində olan 6 otağın qapılarının da rənglənməli olduğunu bildirmiş, bu iş üçün 1000 manata razılaşmışlar. İddiaçı ilk öncə evində olan 6 otağın qapılarının rənglənməli olduğunu bildirmiş, bu iş üçün onun kart hesabına 1100 manat məbləğində pul köçürmüşdür. Qeyd edir ki, ödəniləcək məbləğlərin kart hesabına ödənilməsi İddiaçı öz istəyi, fikri olmuşdur. O, qapıların rənglənməsini işləyən zaman, onun ustası - Mahmud adlı şəxs mətbəx mebellərinin ölçülərində müxtəlif səhvlərə yol vermişdir. Təxminən iyul ayında başqa sexdə usta işləyən qaynı Cavabdeh1 həmin nöqsanları aradan qaldırmasını xahiş etmiş, bu iş üçün Fərhada 300 manat məbləğində pul vermişdir. Beləliklə, yayın ortalarında mebel hazır olduqdan sonra İddiaçı sexə gələrək mətbəx mebelinə baxmış, mebeli bəyəndiyi üçün Fərhadla birlikdə həmin mətbəx mebelini onun ünvanına aparıb orada quraşdırmışlar. Quraşdırma bitdikdən sonra İddiaçı mebelin sol tərəfini bəyənmədiyini bildirmiş, o isə iddiaçıya bəyənmədiyi hissəni istədiyi kimi düzəltməyə hazır olduğunu bildirsə də iddiaçı onunla razılaşmayaraq ödədiyi pul məbləğini geri qaytarmasını tələb etmişdir. O, iddiaçıya ödədiyi pulların onun sifarişlərinə xərclədiyini deyərək pulunu geri qaytara bilməyəcəyini söyləmiş, bundan sonra iddiaçı onun barəsində şikayət edəcəyini bildirərək ona hədə-qorxu gəlməyə başlamışdır. Onu da qeyd edir ki, İddiaçı sifariş etdiyi 2 tumba da sexində hazırdır, lakin iddiaçı indiyədək sifarişlərini qəbul etməmişdir. O, iddiaçıdan haqqı olaraq 1100 manat məbləğində pul alıb onun evindəki 6 qapını rəngləmiş, mətbəx mebeli üçün 4040 manat məbləğində pul alıb mebeli montaj etmişdir. İddiaçı ilə razılaşmaları pozulduğuna görə mətbəx mebelinin qapaqları onun sexindədir və tam hazırlamamışdır. İddiaçının mətbəx mebeli üçün verdiyi 4040 manat pulun 3200 manat hissəsindən 400 manat Mahmud adlı ustaya, 300 manat qaynı Fərhada vermiş, 2500 manat isə materiala xərcləmişdir. Ondan əvvəl İddiaçı “North West” şirkətində eyni sifarişdən vermiş, lakin sonradan fikrini dəyişərək həmin şirkəti də məhkəmə ilə hədələyərək pul təzminatı almışdır. O, bu barədə məlumat aldıqda artıq gec olmuşdur. İddiaçı verdiyi iddia ərizəsində yanlış məlumatlar qeyd olunmuşdur. Belə ki, onunla qaynı Fərhad yayda mətbəx mebelini ünvanında montaj edərkən tanış olublar. Amma iddiaçının onu da haqsız yerə günahlandırması yolverilməzdir. İddiaçının mətbəx mebelinin çertyojunu ona təqdim etdiyini qeyd etmişdir, lakin o, bunu qəbul etmir, çünki mebelin çertyojunu o özü çəkmişdir. İddiaçı ona 3500 manat məbləğində pul ödəməlidir, həmçinin qapıların rənglənməsinə görə ona iddiaçı tərəfindən ödəniş olunmalıdır. Odur ki, o, iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli, 9/4667 nömrəli ekspert rəyindən görünür ki, baxış zamanı mütəxəssis cəlb edilmədiyindən və hazırki tarixədək mütəxəssis rəyi daxil olmadığından qoyulmuş suallar üzrə tədqiqat aparmaq mümkün olmamış, ekspert baxışına təqdim edilən mətbəx mebelinin əmək haqqı ilə orta bazar qiymətləri təxminən 1400 manat müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, 2022-ci ilin yanvar ayında cavabdeh Mohammadı Rahman ilə İddiaçı ilə arasında 7500 manat müqabilində sonuncunun yaşadığı mənzilin mətbəxində mətbəx mebeli yığılması üçün şifahi razılaşma əldə olunmuşdur.İddiaçı tərəfindən mətbəx mebelinin yığılması üçün 5750 manat ödənildiyi bildirilsədə,lakin məhkəmədə mötəbər sübutlarla İddiaçı tərəfindən 4040 manat Mohammadı Rahmana verilməsi təstiqini tapmış,o cümlədən məhkəmədə cavabdehlərin izahatı ilə də bu hal təstiqini tapmışdır.Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, iddiaçının mənzilinə gətirilərək quraşdırılan mətbəx mebelinin çərçivəsi sifarişinin formasına, ölçülərinə və materialına uyğun olmadığından, yəni safariş qusurla icra olunduğundan ,ilk andan iddiaçı gətirilən mətbəx mebelinin çərçivəsinə özünün etirazını bildirmiş və bu hal iddiaçının və onun nümayəndəsinin izahatı,iş materiallarında olan fotoşəkillərlə(çərçivənin düzəldilməsində istifadə olunan materialların rənglərinin eyni olmaması adi gözlə müşayət olunması) yanaşı, dolayısı ilə cavabdehlərin məhkəmə iclasında verdiyi verdiyi izahatlarla da təstiq olunur.Qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, İddiaçı ilə cavabdeh Mohammadı Rahman arasında podrat və öhdəlik hüquq münasibətləri yaranmış və iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəllənin 324,329, 425,442,752 və 762-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Azərbaycan Respublikası Mülki Məcəllənin 587.2, 587.2.1-ci maddələrinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Azərbaycan Respublikası Mülki Məcəllənin 587.5-ci maddəsinə görə əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə işin faktii halalrına və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki,iddiaçı tərfindən mətbəx mebelinin sifarişi üçün ödənilmiş 4040 manat pul cavabdeh Mohammadı Rahmandan alınaraq İddiaçı ödənilməli,həmçinin Mohammadı Rahmana, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 16 oktyabr 2023-cü il tarixli, 9/4667 nömrəli ekspert rəyi ilə 1400 manat qiymətləndirilmiş mətbəx mebelinin çərçivəsini İddiaçı geri almaq hüququnun olması izah edilməlidir. Məhkəmə iddia tələbinin digər Cavabdeh1 aid hissəsi ilə bağlı qeyd edir ki, məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı ilə Cavabdeh1 arasında Azərbaycan Respublikası Mülki Məcəllənin 14-cü maddəsi ilə müəyyən edilən mülki hüquq və vəzifələrin əmələ gəlməsi hallarını təstiq edən sübutlar müəyyən edilmədiyindən iddia tələbi Cavabdeh1 aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 77,50 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun mütənasib olaraq 37,1 manat məbləği cavabdeh Mohammadı Rahmandan alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərci cavabdeh Mohammadı Rahmandan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Mohammadı Rahmandan 4040 manat məbləğində pul və 37,1 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi Cavabdeh1 aid hissədə rədd edilsin. Mohammadı Rahmana Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli, 9/4667 nömrəli ekspert rəyi ilə 1400 manat qiymətləndirilmiş mətbəx mebelinin çərçivəsinin İddiaçı geri almaq hüququnun olması izah edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli, 9/4667 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərci cavabdeh Mohammadı Rahmandan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-90/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-90/2024
22.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver