Məhkəmə qərarları › İş №e-2(012)-923/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-923/2023

28.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-923/2023 28.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abiyev Elnur Elman oğlunun katibliyi ilə, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müqavilə üzrə maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müqavilə üzrə maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF-park” yaşayış massivində yerləşən 29 saylı küçədə, 2 saylı binanın 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 60.5 kv.m. olan 70 saylı və eyni ünvanda ümumi sahəsi 61.3 kv.m. olan 71 saylı mənzillərin, o cümlədən 29 saylı küçədə, 1 saylı binanın 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 31.2 kv.m. olan 123 saylı mənzillərlə bağlı bağlanmış xx.xx.2017-ci il tarixli, M-1642, M-1643 və M-1644 saylı müqavilələr üzrə öhdəliklərini icra etmədiyinə görə 54000 (əlli dörd min) manat maddi ziyan və 20 000 (iyirmi min) manat mənəvi ziyan olmaqla, cəmi 74 000 (yetmiş dörd min) manat və dövlət rüsumu olaraq ödənilmiş 312 (üç yüz on iki) manatın cavabdeh "xxxx" MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasıda xx.xx.2017-ci il tarixli, M- 1642, M-1643 və M-1644 saylı mənzil alqı-satqısına dair müqavilə imzalanmışdır. xx.xx.2017-ci il tarixli, M-1642 və M-1643 saylı müqavilələr üzrə 29 saylı küçədə, 2 saylı binanın 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 60.5 kv.m. olan 70 saylı və ümumi sahəsi 61.3 kv.m. olan 71 saylı mənzillərin dəyəri onun tərəfindən tam, M-1644 saylı müqavilə üzrə 29 saylı küçədə, 1 saylı binanın 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 31.2 kv.m. olan 123 saylı mənzil isə kredit şəklində alınmış və ümumi dəyəri olan 18720 manat məbləğdən 15490 manat iddiaçı tərəfindən ödənilmişdir. Lakin cavabdeh şəxs müqavilə üzrə öhdəliklərini icra etməmiş, müqavilə şərtlərini kobud pozaraq 2017-ci il tarixdən bugünə kimi iddiaçıya məxsus olan mənzillər ona təhvil verilmir. Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 2 mərtəbə 7, ümumi sahəsi 60.5 kv.m-dən ibarət, 2 otaqlı 70 nömrəli mənzil, xx.xx.2017-ci il tarixli M-1643 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 2 mərtəbə 7, ümumi sahəsi 61.3 kv.m-dən ibarət, 2 otaqlı 71 nömrəli mənzil, xx.xx.2017-ci il tarixli M-1644 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 1 mərtəbə 15, ümumi sahəsi 31.2 kv.m-dən ibarət, 1 otaqlı 123 nömrəli mənzilin ona təhvil verilməsi və həmin müqavilələrinin 2.2.4-cü bəndində göstərilən vəzifələrin icra edilməsi, qaz, su, elektrik təchizatının təmin edilməsi, binada yaşayış üçün zərurəti olan bütün şəraitin yaradılması, mənzillərin ona təhvil verilməsi, həmin mənzillərdə təmir işlərinə başlamağa icazə verilməsi vəzifəsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi qət edilmişdir. Lakin məhkəmə qətnaməsini bu şirkətə icra etdirə biləcək bir qurum yoxdur. Sanki Azərbaycan Respublikasının qanunları bu şirkət üçün keçərli deyil. İddiaçı əziyyət çəkərək çətin iş rejimində min bir əziyyətlə qazandığı vəsaiti bu şirkətə yatırım edib, mənzil almışdır. Bu mənzilləri alanda onun da müəyyən hədəf və istəkləri var idi. Lakin, mənzilləri aldığından bəri 7 ildən artıq vaxt keçməsinə baxmayaraq öhdəliklər icra olunmur. İddiaçı 2014-cü ildə AAAF İnşaat MMC-dən mənzil alsa da, 8 ildir həmin mənzillərin faydasın deyil zərərin görür. Bu illər ərzində maddi və mənəvi zərəri olmuşdur. 8 il əvvəl mənzil almış biri olaraq, hələ də mənzilə köçə bilməməsi səbəbindən kifayət qədər maliyyə itkisi ilə üzləşmişdir. Mənzillərin ağılabatan müddətə təhvil verilməli olduğu vaxtdan 5 il gecikdirildiyi üçün, ona ümmilikdə 54000 manat maddi ziyan, eyni zamanda ona qarşı törədilən qanunsuz hərəkətin müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirmələri olmuşdur ki, bununla da sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkmişdir. Bu səbədən də 20000 min manat da mənəvi zərər cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin rədd edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, qeyd olunan məhkəmə qətnaməsində də mənzillərin təhvil verilməsi ilə bağlı qeyd olunmamışdır. AAAF-İnşaat MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməkdən yayınmır. Ölkədə baş vermiş pandemiya ilə əlaqədar bir çox yerlərdə olan məhdudlaşdırma "xxxx" MMC-də olmuşdur. Odur ki, mənzillərin təhvil verilməsi ləngimişdir. İddia tələbinin maddi ziyan ilə bağlı hissəsinə münasibətdə isə başqa bir mülki işdə məhkəmə qətnaməsinə əsasən iddiaçının əldən çıxmış fayda kimi cavabdehdən tələb etdiyi 10800 manat təmin edilməmişdir. İddianın mənəvi ziyan hissəsinə dair iddiçı tərəfindən sübutlar təqdim olunmadığından təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: -AAAF-İnşaat MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli M-1642 saylı mənzilin alqı-satqı müqaviləsindən görünür ki, cəmiyyət Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 29 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 2 mərtəbə 7, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 60.5 kv.m-dən ibarət, 2 otaqlı 70 nömrəli mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. -Müqavilənin 2.2.2 və 2.2.3-cü bəndlərindən görünür ki, cəmiyyət inşa olunmuş/ inşa olunan yaşayış kompleksinin Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 29 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 2 mərtəbə 7, ümumi sahəsi 60.5 kv.m ibarət 2 otaqlı 70 nömrəli mənzili alıcıya təhvil verməyi öhdəsinə götürmüş, mənzilin ümumi sahəsi 60.5 kv.m təşkil edir. -Müqavilənin 3-cü bəndindən görünür ki, bu müqavilə üzrə mənzilin 1 kv.m-lik sahəsinin qiyməti 500 manat olmaqla, müqavilənin qiyməti cəmi 30250 manat müəyyən edilmişdir. Alıcı müqavilə qiymətindən 30250 manatı şəxsi vəsaiti hesabına ödəmişdir. -AAAF-İnşaat MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli M-1643 saylı mənzilin alqı-satqı müqaviləsindən görünür ki, cəmiyyət Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 29 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 2 mərtəbə 7, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 61.3 kv.m-dən ibarət, 2 otaqlı 71 nömrəli mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. -Müqavilənin 2.2.2 və 2.2.3-cü bəndlərindən görünür ki, cəmiyyət inşa olunmuş/ inşa olunan yaşayış kompleksinin Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 29 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 2 mərtəbə 7, ümumi sahəsi 61.3 kv.m ibarət 2 otaqlı 71 nömrəli mənzili alıcıya təhvil verməyi öhdəsinə götürmüş, mənzilin ümumi sahəsi 61.3 kv.m təşkil edir. -Müqavilənin 3-cü bəndindən görünür ki, bu müqavilə üzrə mənzilin 1 kv.m-lik sahəsinin qiyməti 500 manat olmaqla, müqavilənin qiyməti cəmi 30650 manat müəyyən edilmişdir. -AAAF-İnşaat MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli M-1644 saylı mənzilin alqı-satqı müqaviləsindən görünür ki, cəmiyyət Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 29 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 1 mərtəbə 15, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 31.2 kv.m-dən ibarət, 1 otaqlı 123 nömrəli mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. -Müqavilənin 2.2.2 və 2.2.3-cü bəndlərindən görünür ki, cəmiyyət inşa olunmuş/ inşa olunan yaşayış kompleksinin Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 29 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 1 mərtəbə 15, ümumi sahəsi 31.2 kv.m ibarət 1 otaqlı 123 nömrəli mənzili alıcıya təhvil verməyi öhdəsinə götürmüş, mənzilin ümumi sahəsi 31.2 kv.m təşkil edir. -Müqavilənin 2.3.1-ci bəndindən görünür ki, alıcının cəmiyyətdən bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərin vaxtında icrasını tələb etmək hüququ vardır. -Müqavilənin 3-cü bəndindən görünür ki, bu müqavilə üzrə mənzilin 1 kv.m-lik sahəsinin qiyməti 600 manat olmaqla, müqavilənin qiyməti cəmi 18720 manat müəyyən edilmişdir. Alıcı müqavilə qiymətindən 4890 manatı şəxsi vəsaiti hesabına ödəmiş, geri qalan 13830 manatlıq məbləği 24 ay müddətinə ödəniş etməyi və kredit məbləğinin 1%-i məbləğində (0.00 manat) komisyon xərcini müqavilə bağlandığı gün ödəməyi qəbul etmişdir. Müqavilədən irəli gələn hüquq və vəzifələrin kredit müqaviləsi ilə bağlı AAAF İnşaat MMC-nin müvafiq yazılı razılığı olduğu halda 3-cü şəxslərə ötürülməsi zamanı (ilkin olaraq qeyd olunan şəxsin təhlili AAAF-İnşaat MMC tərəfindən aparılmalıdır), alıcı müqavilənin 3.1. maddəsində razılaşdırılmış məbləğin 2% həcmində minimum 2000 manat olmaqla xidmət haqqı ödəyəcək. Müqavilədən imtina edildiyi (mənzilin geri qaytarılması) hallarında alıcı müqavilənin 3.1. maddəsində razılaşdırılmış məbləğin 2%-i həcmində minimum 1000 manat olmaqla Cəmiyyətə dəbbə pulu ödəyəcəkdir. -Müqavilələrin 2.2.4-cü bəndindən görünür ki, cəmiyyət mənzil üzrə öz seçiminə görə aşağıdakı işləri həyata keçirəcək: mənzilin giriş hissəsinə qədər kommunal (içməli və tullatın suları, elektrik) xətləri çəkilir, mənzilin bayır divarları ikiqat hörgü ilə hörülür, mənzilin daxili divarları (qonşular arası) bir qat hörgü ilə hörülür, plastik pəncərələrin qoyulması və şüşələnməsi təmin edilir, mənzil qazla təchiz olunur, liftlərin quraşdırılır. -AAAF-İnşaat MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2017-ci il tarixli M-1644 nömrəli Mənzilin alqı-satqı müqaviləsi üzrə Abşeron rayonu. Xırdalan şəhəri, H.Əliyev prosp.167, AAAF Park yaşayış massivi, 29 saylı küçə, 123 nömrəli mənzilin yerləşdiyi (mərtəbə 15) 1 nömrəli yaşayış binasının dəmir-beton işləri yekunlaşmış, dam vurulmuş, küçə tərəfdən fasad divarları hörülmüş, suvanıb, rənglənib, bina daxilində 12-ci mərtəbəyə qədər mənzillər bölünüb, arakəsmə divarlar hörülüb və suvanıb, mənzillərin pəncərələrinin quraşdırılması işləri davam edir, digər işlər davam etdirilir; xx.xx.2017-ci il tarixli M-1642 nömrəli və xx.xx.2017-ci il tarixli M-1643 nömrəli Mənzilin alqı-satqı müqavilələri üzrə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prosp.167, AAAF Park yaşayış massivi, 29 saylı küçə, 70 və 71 nömrəli mənzillərin yerləşdiyi (mərtəbə 7) 2 nömrəli yaşayış binasının dəmir-beton işləri yekunlaşmış, dam vurulmuş, küçə tərəfdən fasad divarları hörülmüş, suvanıb, rənglənmə-boyaq işləri davam etdirilir, mənzillərin arakəsmə divarların hörülməsi-bölünmə işləri davam etdirilir, mənzillərin pəncərələrinin quraşdırılması işləri davam edir, digər işlər davam etdirilir; -İddiaçı tərəfindən Cavabdehnə ünvanladığı xx.xx.2022-ci il tarixli öhdəliyin icrasına dair pretenziyadan görünür ki, Abşeron rayon Məhkəməsinin qətnamənin icrası mümkün deyildir. Çünki öhdəliklər icra edilməmiş və bina istismara təhvil verilməmişdir. İlkin olaraq 2014-cü ildə AAAF İnşaat MMC-dən mənzil alsa da, sonradan həmin mənzildə olan qüsurlara görə ona əlavə pul ödətməklə hazırkı ünvanlara deyişdirilmişdir. Bu illər ərzində maddi və mənəvi zərərləri olub. 8 il əvvəl mənzil almış biri olaraq, hələ də mənzilə köçə bilməməyi səbəbindən nə qədər maliyyə itkisi ilə üzləşmişdir. Mənzillərin ağlabatan müddətə təhvil verilməli olduğu vaxtdan 5 il gecikdirildiyi üçün, ona ümmilikdə 54000 manat maddi ziyan, eyni zamanda ona qarşı törədilən qanunsuz hərəkətin müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirmələri olmuşdur ki, bununla da sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkmişdir. Bu şəbədən də hesab edir ki, 50000 min manat da mənəvi zərər şirkət tərəfindən ona ödənilməlidir. Ümumilikdə 104000 (bir yüz dörd min) manat məbləğində pulun vurulmuş maddi və mənəvi zərərə görə 10 gün ərzində ona ödənilməsinin təmin edilməsini tələb etmiş, əks təqdirdə tələb üzrə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3467/2021 saylı qətnaməsindən görünür ki, xx.xx.2017-ci il tarixli M-1642 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 2 mərtəbə 7, ümumi sahəsi 60.5 kv.m-dən ibarət, 2 otaqlı 70 nömrəli mənzil, xx.xx.2017-ci il tarixli M-1643 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 2 mərtəbə 7, ümumi sahəsi 61.3 kv.m-dən ibarət, 2 otaqlı 71 nömrəli mənzil və xx.xx.2017-ci il tarixli M-1644 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 1 mərtəbə 15, ümumi sahəsi 31.2 kv.m-dən ibarət, 1 otaqlı 123 nömrəli mənzilin İddiaçı təhvil verilməsi və həmin müqavilələrinin 2.2.4-cü bəndində göstərilən vəzifələrin icra edilməsi, qaz, su, elektrik təchizatının təmin edilməsi, binada yaşayış üçün zərurəti olan bütün şəraitin yaradılması, mənzillərin İddiaçı təhvil verilməsi, həmin mənzillərdə təmiri işlərinə başlamağa icazə verilməsi vəzifəsi Cavabdehnə həvalə edilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, AAAF-İnşaat MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli M-1642 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 2 mərtəbə 7, ümumi sahəsi 60.5 kv.m-dən ibarət, 2 otaqlı 70 nömrəli mənzili qiyməti 30250 manat olmaqla, xx.xx.2017-ci il tarixli M-1643 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 2 mərtəbə 7, ümumi sahəsi 61.3 kv.m-dən ibarət, 2 otaqlı 71 nömrəli mənzili qiyməti cəmi 30650 manat olmaqla, xx.xx.2017-ci il tarixli M- 1644 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən isə, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 1 mərtəbə 15, ümumi sahəsi 31.2 kv.m-dən ibarət, 1 otaqlı 123 nömrəli qiyməti 18720 manat olmaqla iddiaçıya satmış, iddiaçı xx.xx.2017-ci il tarixli M-1642 saylı və xx.xx.2017-ci il tarixli M-1643 saylı mənzilin alqı-satqı müqavilələrinə əsasən, mənzillərin dəyərini tam şəkildə ödəmiş, xx.xx.2017-ci il tarixli M-1644 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən isə, mənzili kredit yolu ilə əldə etmişdir. Alıcı tərəfindən xx.xx.2017-ci il tarixli M-1642 saylı və xx.xx.2017-ci il tarixli M-1643 saylı müqavilələr özrə öhdəlik tam şəkildə, xx.xx.2017-ci il tarixli M-1644 saylı müqavilə üzrə isə qismən icra edilməsinə, həmçinin, iddiaçı tərəfindən mənzillərin təhvil verilməsinə dair pretenziya ilə müraciət edilməsinə baxmayaraq, satıcı tərəfindən mənzillərin təhvil verilməsi üzrə öhdəlik icra edilməmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3467/2021 saylı qətnaməsinə əsasən xx.xx.2017-ci il tarixli M-1642 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 2 mərtəbə 7, ümumi sahəsi 60.5 kv.m-dən ibarət, 2 otaqlı 70 nömrəli mənzil, xx.xx.2017-ci il tarixli M-1643 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 2 mərtəbə 7, ümumi sahəsi 61.3 kv.m-dən ibarət, 2 otaqlı 71 nömrəli mənzil və xx.xx.2017-ci il tarixli M-1644 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 1 mərtəbə 15, ümumi sahəsi 31.2 kv.m-dən ibarət, 1 otaqlı 123 nömrəli mənzilin İddiaçı təhvil verilməsi və həmin müqavilələrinin 2.2.4-cü bəndində göstərilən vəzifələrin icra edilməsi, qaz, su, elektrik təchizatının təmin edilməsi, binada yaşayış üçün zərurəti olan bütün şəraitin yaradılması, mənzillərin İddiaçı təhvil verilməsi, həmin mənzillərdə təmiri işlərinə başlamağa icazə verilməsi vəzifəsi Cavabdehnə həvalə edilmişdir. Cavabdeh isə qanuni qüvvəsini almış məhkəmə qətnaməsini hələ də icra etməmişdir. Odur ki, hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF-park” yaşayış massivində yerləşən 29 saylı küçədə, 2 saylı binanın 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 60.5 kv.m. olan 70 saylı və eyni ünvanda ümumi sahəsi 61.3 kv.m. olan 71 saylı mənzillərin, o cümlədən 29 saylı küçədə, 1 saylı binanın 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 31.2 kv.m. olan 123 saylı mənzillərlə bağlı bağlanmış xx.xx.2017-ci il tarixli, M-1642, M-1643 və M-1644 saylı müqavilələr üzrə öhdəliklərini icra etmədiyinə görə 54000 (əlli dörd min) manat maddi ziyan və 20 000 (iyirmi min) manat mənəvi ziyan olmaqla, cəmi 74 000 (yetmiş dörd min) manat və dövlət rüsumu olaraq ödənilmiş 312 (üç yüz on iki) manatın cavabdeh "xxxx" MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflər arasında podrat müqaviləsi ilə əlaqədar olaraq yaranmış mübahisəyə münasibətdə aşağıdakıları bildirir: Belə ki, Mülki Məcəllənin: - 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; - 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir; - 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. (...) Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır; - 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; - 767.1-ci maddəsinə əsasən, əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır; - 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Qeyd edilən normaların mənasına görə, podrat münasibətlərində müvafiq işlərin görülməsi müqabilində sifarişçi muzd ödəməli, podratçı isə sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia ərizəsində ona cavabdehin öhdliyini icra etmədiyindən 54 000 manat maddi ziyan dəydiyini bildirsə də, maddi ziyanın nədən ibarət olması barədə iddianı əsaslandırmamış, formal olaraq MM-nin 442,443-cü maddələrinin dəymiş zərərlə bağlı ümumi müddəalarını sadalamaqla kifayətlənmişdir.Bu əsasda məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyan tələbi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə qeyd edir ki, işin materiallarından və o cümlədən qüvvədə olan Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3467/2021 saylı qətnaməsinə əsasən müəyyən edilir ki, xx.xx.2017-ci il tarixli M-1642 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 2 mərtəbə 7, ümumi sahəsi 60.5 kv.m-dən ibarət, 2 otaqlı 70 nömrəli mənzil, xx.xx.2017-ci il tarixli M-1643 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 2 mərtəbə 7, ümumi sahəsi 61.3 kv.m-dən ibarət, 2 otaqlı 71 nömrəli mənzil və xx.xx.2017-ci il tarixli M-1644 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanı 29 saylı küçədə inşa edilən bina 1 mərtəbə 15, ümumi sahəsi 31.2 kv.m-dən ibarət, 1 otaqlı 123 nömrəli mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulsa da ötən müdət ərzində bu vəzifə hələ də icra edilməmişdir.Tərərflər arasında bağlanan müqavilədə icra müddəti göstərilməsə də, icra müddəti ağlabatan müddət üçün 3-4 il götürmək olar . Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarının 8-ci bəndinə görə plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, tərəflər arasında bağlanan müqavilənin şərtlərini cavabdeh tərəf tam olaraq vaxtında icra etmədiyindən onun bu hərəkəti ilə iddiaçıya mənəvi zərər dəyməsi mümkündür. Məhkəmə mənəvi zərərin məbləğini müəyyənləşdirərkən tərəflərin hər ikisinin mənafeyini, işin faktiki hallarını nəzərə alaraq mənəvi zərərin məbləğinin 3000 manat müəyyən edilməsini ağlabatan məbləğ hesab edir. Odur ki, məhkəmə hesab edir ki, iddia mənəvi zərər hissəsində qismən təmin edilməli, 3000 manat mənəvi zərərə görə pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 312 manat pul vəsaitinin 200 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehndən 3000 manat mənəvi zərərə və 200 manat dövlət rüsumuna görə ödənilmiş pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar