Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-935/2022 26.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Hüsenzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki işə 26 sentyabr 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh və X4 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X1 qaydasında müştərək olaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 2 455,57 (iki min dörd yüz əlli beş manat əlli yeddi qəpik) manat sığorta ödənişinin, ödənilmiş 44,56 manat dövlət rüsumunun və 0,40 bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddianın həcmini azaldaraq X3 ölməsi ilə əlaqədar, onun cavabdehlikdən çıxarılması və iddia olunan pul məbləğinin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 məxsus və Cavabdeh tərəfindən idarə olunan ** CA *** dövlət qeydiyyat nişanlı VAZ 21099 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PU *** dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı avtonəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** PU *** dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 7 488,80 (yeddi min dörd yüz səksən səkkiz manat səksən qəpik) manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə azadolma çıxılmaqla7 388,80 (yeddi min üç yüz səksən səkkiz manat səksən qəpik) manat məbləğində sığorta ödənişinin zərərçəkmiş nəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən şəxsin şəxsi hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 4 933,23 (dörd min doqquz yüz otuz üç manat iyirmi üç qəpik) manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. Sığorta tərəfindən sığortalıya 2 455,57 (iki min dörd yüz əlli beş manat əlli yeddi qəpik) manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehlərə müvafiq bildiriş göndərilmiş lakin, cavabdehlər dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. "xxxx" ASC tərəfindən sığortalıya 2 455,57 (iki min dörd yüz əlli beş manat əlli yeddi qəpik) manat məbləğində vəsaitin subroqasiya qaydasında Cavabdeh subroqasiya qaydasında tutulmalıdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini edərək təmin edilməsini xahiş etdi. Eyni zamanda ərizə təqdim edərək, cavabdehlərdən X3 vəfat etdiyindən iddia tələbi üzrə X3 cavabdeh qismində çıxarılmasını, tələb olunan 2455,57 manat məbləğinin Cavabdeh tutulmasını xahiş etmişdir. Bundan əlavə iş üzrə alınmış ekspert rəyinə etiraz edərək bildirdi ki, ekspert dəymiş zərərlə bağlı rəy verərkən birmənalı olaraq "xxxx" ASC-nin maraqlarını nəzərə almadan qərəzli mövqedən çıxış edərək zərər dəymiş nəqliyyat vasitələrinin dəyişdirilmiş ehtiyat hissələrini bazar dəyəri nəzərə alınmadan yalnız köhnəlmə tətbiq edilməklə çıxarmışdır. Belə ki, rəydə qeyd olunur ki, “mərkəz tərəfindən işlənib hazırlanmış metodikaya əsasən köhnəlmə tətbiq edilməklə nəzəri hesablama yolu ilə təxminən 7222,00 manat zərər müəyyən olunmuşdur”. İş materiallarından aydın görünür ki, zərər çəkmiş sığortalı nəqliyyat vasitəsinin buraxılış ili 2018-ci il olmuşdur. Yol-nəqliyyat hadisəsi isə 2019-cu ildə olmuşdur. Belə olan halda mövcud qanunvericiliyə əsasən nəqliyyat vasitəsinin dəyişdirilmiş və ya təmir edilmiş ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilə bilməz. Həmçinin, ekspert rəyində qeyd etmişdir ki, zərər nəzəri yolla hesablanmış və təmir mərkəzindən asılı olaraq zərərin dəyişməsi mümkündür. Bu halda, ekspertizanın rəyi məhkəmə üçün sübut kimi qiymətləndirilməməlidir. 28 iyun 2022-ci il tarixli 9/3364 saylı ekspert rəyi heç bir halda həqiqəti əks etdirmir, zərərin qiymətləndirilməsi sığorta şirkətinin müstəsna hüququ olduğu halda birmənalı olaraq tərəf olaraq onların hüquqlarını pozur. Bu baxımdan iş üzrə yekun məhkəmə aktının çıxarılması zamanı ekspertizanın rəyi nəzərə alınmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, hadisə zamanı onun təqsiri olsa da, digər avtomobil sahibi əks istiqamətdə hərəkət etməklə onun maşınına ziyan vurmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh və X4 xx.xx.2020-ci il tarixdə göndərilmiş məktubdan görünür ki, Cavabdeh tərəfindən idarə olunan ** CA *** dövlət qeydiyyat nişanlı VAZ 21099 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PU *** dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı avtonəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən 7 388,80 (yeddi min üç yüz səksən səkkiz manat səksən qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Onun mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Ödənilmiş məbləğdən 4 933,23 (dörd min doqquz yüz otuz üç manat iyirmi üç qəpik) manat məbləğin sığortaçı tərəfindən ödənildiyini əsas tutaraq 2 455.57 (iki min dörd yüz əlli beş manat əlli yeddi qəpik) manat məbləğində vəsaitin 15 (on beş) təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsi xahiş olunmuşdur. Mülki iş materiallarında olan ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına 7388.8 (yeddi min üç yüz səksən səkkiz manat 80 qəpik) manat köçürülmüşdür. Mülki iş materiallarında olan avtonəqliyyat vasitələrinin (Kasko) Sığortası Şəhadətnaməsindən görünür ki, "xxxx" MMC-yə məxsus Hyundai Accent markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" ASC-də sığorta olunmuşdur. Mülki iş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan müəyyən olunur ki, Binəqədi DYPİ-si bildirir ki, xx.xx.2019-cu il tarixdə saat 09:10 dəqiqədə DSK yolunda yol nəqliyyat hadisəsi( toqquşma) baş vermişdir. Hadisə nəticəsində X3 mülkiyyətində olan Cavabdeh idarə etdiyi VAZ 21099 markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə "xxxx" MMC-yə məxsus olan X7 tərəfindən idarə olunan Hyundai Accent markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, Hyundai Accent markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, avtomobilin qabaq sağ hissəsinə zərər dəymişdir. Mülki iş materiallarında olan ******* saylı, xx.xx.2019-cu il tarixli İnzibati tənbeh vermə haqqında Qərarın surətindən müəyyən edilir ki, Cavabdeh 15.011.2019-cu il tarixdə VAZ 21099 markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozmuş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, barəsində 40 manat məbləğində cərimə tənbeh növü kimi tətbiq edilmişdir. Mülki işin materiallarında olan 334161 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, Hyundai Accent markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir Mülki işin materiallarında olan 230020 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, VAZ 21099 markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5r. Mülki işin materiallarında olan sürücülük vəsiqələrinin surətlərindən görünür ki, X6 və Cavabdeh BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Mülki iş materiallarında olan etibarnamənin surətindən görünür ki, X8 ona məxsus olan VAZ 21099 markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilini xx.xx.2020-ci ilədək sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək, digər hərəkətlər etməyi xx.xx.2020ci il tarixədək etibar etmişdir. Mülki iş materiallarında olan "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin balansında olan Hyundai Accent markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobillə qəza hadisəsi baş vermişdir. Həmin avtomobilə dəymiş zərər 7488.80 (yeddi min dörd yüz səksən səkkiz,80 qəpik) manat təsdiq olunmuşdur. Müqaviləyə əsasən 100 (bir yüz) manat azadolmanı nəzərə alaraq aşağıdakı bank hesabımıza 7388.8 (yeddi min üç yüz səksən səkkiz,80 qəpik) manat ödəməyi xahiş etmişdir. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli sığorta aktından müəyyən edilir ki, "xxxx" ASC tərəfindən (dəymiş zərər 7488,80 manat) 7388,80 manat məbləğində sığorta ödənişinin zərərçəkən şəxs "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Hyundai Accent markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin həcmi 7488,80 manat təşkil edir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 28 iyun 2022-ci il tarixli, 9/3364 №-li ekspert rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2019- cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Hyundai Accent” markalı” **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə -6372 manat dəyişilməli hissələr və 850 manat təmir xərci, təxminən 7222,0 manat, köhnəlmə faizi nəzərə alınmadığı halda isə 6638,80 manat dəyişilməli hissələr, 850 manat isə təmir xərci olmaqla təmir -bərpa xərci 7488manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən,partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsində əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilmişdir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olunur ki, X4 məxsus və Cavabdeh tərəfindən idarə olunan ** CA *** dövlət qeydiyyat nişanlı VAZ 21099 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PU *** dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı avtonəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** PU *** dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 7 488,80 (yeddi min dörd yüz səksən səkkiz manat səksən qəpik) manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə azadolma çıxılmaqla7 388,80 (yeddi min üç yüz səksən səkkiz manat səksən qəpik) manat məbləğində sığorta ödənişinin zərərçəkmiş nəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən şəxsin şəxsi hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 4 933,23 (dörd min doqquz yüz otuz üç manat iyirmi üç qəpik) manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. Sığorta tərəfindən sığortalıya 2 455,57 (iki min dörd yüz əlli beş manat əlli yeddi qəpik) manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehlərə müvafiq bildiriş göndərilmiş lakin, cavabdehlər dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. İş materiallarından göründüyü kimi zərər çəkmiş sığortalı nəqliyyat vasitəsinin buraxılış ili 2018-ci il olmuşdur. Yol-nəqliyyat hadisəsi isə 2019-cu ildə olmuşdur. Belə olan halda mövcud qanunvericiliyə əsasən nəqliyyat vasitəsinin dəyişdirilmiş və ya təmir edilmiş ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilə bilməz. Köhnəlmə faizi nəzərə alınmadığı halda isə 6638,80 manat dəyişilməli hissələr, 850 manat isə təmir xərci olmaqla təmir -bərpa xərci 7488 manat müəyyən edilir ki, həmin məbləğdən mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 4 933,23 (dörd min doqquz yüz otuz üç manat iyirmi üç qəpik) manat məbləğində sığorta ödənişi və 100 manat franşiza məbləği çıxandan sonra 2454,77 manat məbləğində ziyan məbləğ müəyyən edilir ki, iddia qismən təmin edilməli,Cavabdeh 2454,77 manat məbləğində sığorta ödənişinin əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumuna görə pul Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Həmçinin, iş üzrə 100 manat məhkəmə ekspertizası xərci vardır ki, həmin xərc cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2454,77 manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilsin. Cavabdeh 100 manat məhkəmə ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-935/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-935/2022
26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver