Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-947/2022 05.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair mülki işə 05 iyul 2025-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 2325 sığorta ödənişi məbləği və 43,65 manat rüsuma görə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də 13 yanvar 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “VAZ-21061” markalı 03BF261 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 26 mart 2021-ci il tarixdə Abşeron rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X16 tərəfindən idarə olunan “KAMAZ 5320” markalı 99TX786 dövlət qeydiyyat nişanlı, “Chevrolet Aveo” markalı 10TZ096 dövlət qeydiyyat nişanlı, və “Chevrolet Aveo” markalı 90RZ759 dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq onları zədələmiş, bundan başqa X5 hadisə nəticəsində yüngül xəsarət almışlar. Abşeron RPİ-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Zərərçəkənlərin avtomobillərinin zədələnməsi və xəsarətlə bağlı cəmi 2325 manat məbləğində sığorta ödənişi verilmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh sürücülük hüququ olmadan "Vaz 21061" markalı 03BF261 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı zərərçəkmiş "Chevrolet Aveo" markalı 10TZ096 dövlət qeydiyyat nişanlı avtomobil ilə əlaqədar sığorta aktı tərtib olunmuş və 150 manat zərər müəyyən edilmişdir. Məhkəmə prosesi gedişində hadisə ilə əlaqədar olan sənədlər yenidən araşdırılarkən müəyyən olunmuşdur ki, ödənişlə bağlı müraciət olunmadığından həmin avtomobil sahibinə ödəniş olunmamışdır. Odur ki, qeyd olunan hadisə ilə əlaqədar Cəmiyyət tərəfindən ümumilikdə 2325 manat deyil, 2175 manat məbləğində ödəniş olunmuşdur. Qeyd olunanları və MPM-nin 53-cü maddəsini nəzərə alaraq, iddia tələbinin həcminin 150 manat azaldılmasını və Cavabdeh 2175 manat sığorta ödənişinin, 43,65 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarından olan xx.xx.2021-ci il tarixli sığorta aktından müəyyən edilir ki, "xxxx" ASC tərəfindən 150 manat məbləğində sığorta ödənişinin zərərçəkən şəxs X6 zərər vurulmuş predmet “KAMAZ 5320” markalı 99TX786 dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Mülki işin materiallarından olan xx.xx.2021-ci il tarixli sığorta aktından müəyyən edilir ki, "xxxx" ASC tərəfindən 1.275,00 manat məbləğində sığorta ödənişinin zərərçəkən şəxs X7 zərər vurulmuş predmet “Chevrolet Aveo” markalı 90RZ759 dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Mülki işin materiallarından olan xx.xx.2021-ci il tarixli sığorta aktından müəyyən edilir ki, "xxxx" ASC tərəfindən 750 manat məbləğində sığorta ödənişinin zərərçəkən şəxs X3 xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X15 Publik Hüquqi şəxs tərəfindən verilmiş 733 nömrəli xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, 1976-cı il təvəllüdlü X1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər — başın alın-təpə nahiyəsinin sağ yarısının əzilmiş-cırılmış yarası bərk- küt əşya təsirindən törənmişlər; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırıqlarınından görünür ki, "xxxx" ASC tərəfindən X6 xx.xx.2021-ci il tarixdə 150 manat, X8 xx.xx.2021-ci il tarixdə 1275 manat, X3 xx.xx.2021-ci il tarixdə 750 manat məbləğində ödəniş edilmişdir. Mülki işin materiallarından olan xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd olunması barədə qərarın surətindən görünür ki, X9 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh Əbdüləhəd oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİnin DYPŞ-yə göndərilməsi qərar alınmışdır. Mülki iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Chevrolet Aveo” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 150 manat, xx.xx.2021-ci il tarixli Dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Chevrolet Aveo” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1285 manat, xx.xx.2021-ci il tarixli Dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “KAMAZ 5320” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 150 manat məbləğində zərər dəymişdir. Mülki işin materiallarında olan 826096 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “Chevrolet Aveo” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. Mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, X4 “Chevrolet Aveo” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobili X10 idarə etməyi xx.xx.2021-ci il tarixədək etibar etmişdir. Mülki işin materiallarında olan 566000 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “KAMAZ 5320” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X11r. Mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X16 “KAMAZ 5320” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilə avtomobili X12 idarə etməyi xx.xx.2026-cı il tarixədək etibar etmişdir. Mülki işin materiallarında olan 958085 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “Chevrolet Aveo” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X13r. Mülki işin materiallarında olan 028857 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “VAZ-21061” markalı 03BF261 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X17r. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 19 may 2022-ci il tarixli, 9/2249 №-li ekspert rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1985-ci il buraxılışlı “Kamaz 5320” markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci hadisə baş verən tarixə təxminən 150,0 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Chevrolet Aveo” markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci hadisə baş verən tarixə təxminən 150,0 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, Avtoservis tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Chevrolet Aveo” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 1275,0 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsində əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilmişdir. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh sürücülük hüququ olmadan idarə etdiyi, digər cavabdeh X14 mülkiyyətində olan “VAZ- 21061” markalı 03BF261 dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə, “KAMAZ 5320” markalı 99TX786 dövlət qeydiyyat nişanlı, “Chevrolet Aveo” markalı 10TZ096 dövlət qeydiyyat nişanlı, “Chevrolet Aveo” markalı 90RZ759 dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq onları zədələmiş, bundan başqa X5 hadisə nəticəsində yüngül xəsarət almışlar. "xxxx" ASC tərəfindən Zərərçəkənlərin avtomobillərinin zədələnməsi və xəsarətlə bağlı cəmi 2175 manat məbləğində sığorta ödənişi verilmişdir. Hazırda şirkət subroqasiya qaydasına cavabdehlərdən həmin məbləğdə pul tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 19 may 2022-ci il tarixli, 9/2249 №-li ekspert rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1985-ci il buraxılışlı “Kamaz 5320” markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci hadisə baş verən tarixə təxminən 150,0 manat,2012-ci il buraxılışlı “Chevrolet Aveo” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci hadisə baş verən tarixə təxminən 1275,0 manat müəyyən edilir. Həmin rəyi təkzib edən hər hansı sübut işdə olmadığından məhkəmə ziyan məbləğinin müəyyən edilməsində həmin rəylə razılaşır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, “Kamaz 5320” markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci üçün 150,0 manat,2012-ci il buraxılışlı “Chevrolet Aveo” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci 1275,0 manat və zərərçəkən şəxs X3 ödənilmiş 750 manat sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzi cəmisi 2175 manat məbləğində pul Cavabdeh 2175 manat məbləğində sığorta ödənişinin əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, bu hissədə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 43,25 manat dövlət rüsumu ödənilmişdir.Lakin iddiaçı 43,65 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək cavabdehdən tutulmalı olan dövlət rüsumunun məbləğinin 30 manat müəyyən edilməsi nəticəsinə gəlir. Həmçinin, iş üzrə 100 manat məhkəmə ekspertizası xərci vardır ki, həmin xərc cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2175 manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Cavabdeh 100 manat məhkəmə ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-947/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-947/2022
05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver