Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-950/2025 21.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, İddiaçı Böyük Britaniyanın «X2 Services LTD» Şirkətinin filialının Cavabdeh qarşı hüquqi xidmətin göstərilməsinə görə ödənilən məbləğin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Böyük Britaniyanın «X2 Services LTD» Şirkətinin filialı Cavabdeh qarşı hüquqi xidmətin göstərilməsinə görə ödənilən məbləğin qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, tərəflərindən hüquqi xidmətlər üçün birinci instansiya üzrə 5000 manat, apellyasiya üzrə 8000 manat, ümumilikdə isə 13000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Böyük Britaniyanın «X2 Services LTD» Şirkətinin filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı Böyük Britaniyanın «X2 Services LTD» Şirkətinin filialının vəkili və nümayəndəsi Vəkil1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflərindən hüquqi xidmətlər üçün birinci instansiya üzrə 5000 manat, apellyasiya üzrə 8000 manat, ali məhkəmə üzrə 8000 manat, ümumilikdə isə 21000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Böyük Britaniyanın «X2 Services LTD» Şirkətinin filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak etmiş iddiaçı Böyük Britaniyanın «X2 Services LTD» Şirkətinin filialının nümayəndəsi Vəkil1 izahatında bildirmişdir ki, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Böyük Britaniyanın “X2 Services LTD" Şirkətinin filialından ona ödənilməmiş əmək haqqına görə 66907 manat, əmək haqqının gecikdirilməsinə görə 24957 manat və ona vurulmuş mənəvi ziyana görə 10000 manat, cəmi 101864 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə prosesi təxminən 4 ay davam etmiş, xx.xx.2024-cü il tarixdə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində yekun məhkəmə aktı çıxarılmışdır. e-2(006)-3096/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməyə əsasən iddiaçı Cavabdeh "X2 Services LTD“ Şirkətinin Filialına qarşı pul və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Cavabdeh iddiası üzrə tərəflərindən Vəkil1 müraciət olunmuş, vəkillə xx.xx.2024-cü il tarixli hüquqi xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən Cavabdeh iddiası üzrə birinci instansiyada göstərilən hüquqi xidmətlər üçün tərəflərindən 5000 manat, apellyasiya instansiyasında göstərilən hüquqi xidmətlər üçün 8000 manat, ali məhkəmədə göstərilən hüquqi xidmətlər üçün 8000 manat məbləğində haqq ödənilmişdir. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İddiaçı Böyük Britaniyanın «X2 Services LTD» Şirkətinin filialı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak etmiş Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 zahatında bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı şirkət ilə həmin şirkətin vəkili və nümayəndəsi olan Vəkil1 arasında bağlanmış hüquqi xidmətə dair müqavilə Vəkil1 fərdi sahibkar kimi bağladığı müqavilədir. Burada məhkəmədə iştirak etmək üçün bağlanan bariz müqavilədən söhbət getmir. Əgər bu müqavilə məhkəmədə iştirak etmək üçün bağlanan müqavilə olsaydı, vəkil bürosunun şablon formasına uyğun tərtib edilmiş və məbləğ hesaba köçürülmüş olardı. Bundan əlavə qeyd edir ki, müqavilə məhkəmədə iştirak etmək üçün bağlanan müqavilə olsaydı, şirkət birinci instansiyada həmin məbləği cavabdehdən tələb edə bilərdi. Həmin müqavilədə sırf Cavabdeh prossesi ilə bağlı şirkətin hüquqlarını müdafiə etmək üçün Vəkil1 ilə müqavilə bağlanmasını təsdiq edən sənədlər, mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən o, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak etmiş Cavabdeh öz vəkili və nümayəndəsinin izahatına uyğun izahat vermişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -X1 «X2 Services LTD» Şirkətinin filialı ilə icraçı Vəkil1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli hüquqi xidmət müqaviləsindən görünür ki, sifarişçi sifariş verməyi, icraçı isə hazırki müqavilə nəzərdə tutulmuş şərtlərlə sifarişçinin Cavabdeh iddiası üzrə mediasiya prossesində və birinci instansiya məhkəməsində təmsil edilməsi ilə bağlı hüquqi xidmət göstərməyi öz üzərinə götürmüşdür. Sifarişçi icraçı tərfindən göstərilən hüquqi üçün 5000 manat məbləğində haqq ödəyir. -xx.xx.2023-cü il tarixli #001XOH********** saylı ödəniş tapşırığından görünür ki, Böyük Britaniyanın «X2 Services LTD» Şirkətinin filialı tərəfindən "xxxx" ASC vasitəsi ilə Vəkil1 hesabına xx.xx.2023-cü il tarixli müqavilə üzrə 5000 manat pul köçürülmüşdür. -X1 «X2 Services LTD» Şirkətinin filialı ilə icraçı Vəkil1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli hüquqi xidmət müqaviləsindən görünür ki, sifarişçi sifariş verməyi, icraçı isə hazırki müqavilə nəzərdə tutulmuş şərtlərlə sifarişçinin işçilərlə olan əmək mübahisələrinə məhkəmədə baxılarkən hər bir iş üzrə hər bir instansiya məhkəməsində təmsil edilməsi ilə bağlı hüquqi xidmət göstərməyi öz üzərinə götürmüşdür. Sifarişçi icraçı tərfindən göstərilən hüquqi üçün 8000 manat məbləğində haqq ödəyir. -xx.xx.2024-cü il tarixli #001XOH********** saylı ödəniş tapşırığından görünür ki, Böyük Britaniyanın «X2 Services LTD» Şirkətinin filialı tərəfindən "xxxx" ASC vasitəsi ilə Vəkil1 hesabına 8000 manat pul köçürülmüşdür. -xx.xx.2024-cü il tarixli #001XOH********** saylı ödəniş tapşırığından görünür ki, Böyük Britaniyanın «X2 Services LTD» Şirkətinin filialı tərəfindən "xxxx" ASC vasitəsi ilə Vəkil1 hesabına 16000 manat pul köçürülmüşdür. -Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli 2(006)- 1469/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Böyük Britaniyanın "X2 Services LTD” Şirkətinin filialına qarşı cavabdehdən ona ödənilməmiş əmək haqqına görə 61494 manat, əmək haqqının gecikdirilməsinə görə 24597 manat və vurulmuş mənəvi ziyana görə 10000 manat, cəmi 96091 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə iddiası rədd edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3933/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1469/2024 nömrəli iş üzrə 23 aprel 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Poladov X3 rayonu, Xırdalan şəhəri, 28 məhəllə, ev 6a ünvanında qeydiyyatdadır. Məhkəmə iş materiallarının və sübutların tədqiqi zamanı müəyyən olunmuşdur ki, Cavabdeh Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Böyük Britaniyanın “X2 Services LTD" Şirkətinin filialından ona ödənilməmiş əmək haqqına görə 66907 manat, əmək haqqının gecikdirilməsinə görə 24957 manat və ona vurulmuş mənəvi ziyana görə 10000 manat, cəmi 101864 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və xx.xx.2024-cü il tarixdə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilməmişdir. Verilmiş apellyesiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsində Qətnamə qüvvəsində saxlanılmışdır. Cavabdeh iddiası üzrə iddiaçı tərəfindən Vəkil1 ilə xx.xx.2024-cü il tarixli hüquqi xidmət müqaviləsi bağlanmışdır. İddia ərizəsində göstərilənlərə əsasən, Cavabdeh iddiası üzrə birinci instansiyada göstərilən hüquqi xidmətlər üçün tərəflərindən 5000 manat, apellyasiya instansiyasında göstərilən hüquqi xidmətlər üçün 8000 manat, ali məhkəmədə göstərilən hüquqi xidmətlər üçün 8000 manat məbləğində haqq ödənilmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək, tərəflərindən hüquqi xidmətlər üçün birinci instansiya üzrə 5000 manat, Apellyasiya məhkəmə üzrə 8000 manat, Ali məhkəmə üzrə 8000 manat, ümumilikdə isə 21000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Böyük Britaniyanın «X2 Services LTD» Şirkətinin filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki Məcəllənin: 389.1. maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1. maddəsinə əsasən, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 121.1. maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 122.1. maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. 122.2. maddəsinə əsasən, iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. 122.3. maddəsinə əsasən, tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək qeyd edir ki, X1 «X2 Services LTD» Şirkətinin filialı ilə icraçı Vəkil1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli hüquqi xidmət müqaviləsindən görünür ki, sifarişçi sifariş verməyi, icraçı isə hazırki müqavilə nəzərdə tutulmuş şərtlərlə sifarişçinin Cavabdeh iddiası üzrə mediasiya prossesində və birinci instansiya məhkəməsində təmsil edilməsi ilə bağlı hüquqi xidmət göstərməyi öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli #001XOH********** saylı ödəniş tapşırığından görünür ki, Böyük Britaniyanın «X2 Services LTD» Şirkətinin filialı tərəfindən "xxxx" ASC vasitəsi ilə Vəkil1 hesabına xx.xx.2023-cü il tarixli müqavilə üzrə 5000 manat pul köçürülmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli 2(006)-1469/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Böyük Britaniyanın "X2 Services LTD” Şirkətinin filialına qarşı cavabdehdən ona ödənilməmiş əmək haqqına görə 61494 manat, əmək haqqının gecikdirilməsinə görə 24597 manat və vurulmuş mənəvi ziyana görə 10000 manat, cəmi 96091 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə iddiası rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3933/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1469/2024 nömrəli iş üzrə 23 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Mülki Prosessual Məcəllənin 122.1. maddəsinə əsaslanaraq qeyd edir ki, Böyük Britaniyanın «X2 Services LTD» Şirkətinin filialı həmin məhkəmə prossesində hüquqlarını müdafiə edən vəkil və nümayəndəsi Vəkil1 birinci instansiya məhkəməsində təmsil edilməsi üçün 5000 manat pul köçürsə də, məhkəmə birinci instansiya məhkəmələrində hüquqi yardımın göstərilməsi üçün 2500 manat məbləğin məqbul hesab edir. Məhkəmə qeyd editr ki, hazırda mülki işlərdə hüquqların müdafiəsi üçün hüquq müdafiəçiləri ilə bağlanan müqavilələr 300 manatdan 3000 manatadək müəyyən olunur ki, bütün mülki işlərdə orta hesabla bu rəqəmlərə rast gəlinir. Ona görə də, məhkəmə daxili inamına və hazırda göstərilən hüquqi xidmətləri nəzərə alaraq ağılabatan rəqəm olan 2500 manat hüquqi xidmət kimi qiymətləndirir və hesab edir ki, bu işin ədalətli həlli üçün daha düzgündür. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflər arasında mülki hüquqi müqavilə sərbəst olaraq bağlanmış və aralarında 5000 manat müəyyən edilmişdir. Bu onlar arasında razılaşma kimi qeyd edilsə də, həmin rəqəm reallığı əks etdirmir, şişirdilmiş rəqəm kimi tərəflərini öz arşında razılaşmasını əks etdirir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı Böyük Britaniyanın «X2 Services LTD» Şirkətinin filialı tərəfindən hüquqi xidmətlər üçün birinci instansiya üzrə 2500 manat pul vəsaiti Cavabdeh tutularaq Böyük Britaniyanın «X2 Services LTD» Şirkətinin filialına ödənilməlidir. Bundan əlavə iddiaçı tələbindən Apellyasiya instansiya məhkəməsində təmsil edilməsi üçün 8000 manat, Ali məhkəmədə təmsil edilməsi üçün ödədiyi 8000 manat pulu cavabdehdən tələb etsə də, həmin pulların sırf Cavabdeh qarşı olan iddiada «X2 Services LTD» Şirkətinin filialı tərəfindən şirkəti təmsil etmək üçün Vəkil1 ödənilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, hüquqi xidmət müqavilələrində hansı məhkəmələrdə hüquqların müdafiə edilməsi öz əksini tapmamışdır. Eyni zamanda Ali məhkəmədə həmin işə baxılması barədə Qərar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbləri bu hissələrdə sübut edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Beləliklə məhkəmə işin araşdırılan hallarını, sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli hesab edir ki, İddiaçı Böyük Britaniyanın «X2 Services LTD» Şirkətinin filialı tərəfindən hüquqi xidmətlər üçün birinci instansiya üzrə 2500 (iki min beş yüz) manat pul vəsaiti və 15,50 (on beş manat əlli qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq Böyük Britaniyanın «X2 Services LTD» Şirkətinin filialına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Mülki Prosessual Məcəllənin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 130 manat dövlət rüsumunun iddianın təmin edilmən hissəsinə mütənasib olaraq 15,50 manat məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı Böyük Britaniyanın «X2 Services LTD» Şirkətinin filialı tərəfindən hüquqi xidmətlər üçün birinci instansiya üzrə 2500 (iki min beş yüz) manat pul vəsaiti və 15,50 (on beş manat əlli qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq Böyük Britaniyanın «X2 Services LTD» Şirkətinin filialına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-950/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-950/2025
21.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver