Məhkəmə qərarları › İş №e-2(012)-970/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-970/2022

01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-970/2022 01.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh dəymiş zərərə görə 230 manat sığorta ödənişi və 30 manat dövlət rüsumunun tutulub iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 28.12.2019-cu il tarixdə, saat 19:00 radələrində Abşeron rayonu, Xırdalan şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil, “X9” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, “Daewoo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 11.02.2019-cu il tarixindən 11.11.2020-ci il tarixinə qədər PXA********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. 06.02.2020-ci il tarixli ödəniş sənədindən görünür ki, zərərin məbləği olaraq 230 manat iddiaçı tərəfindən zərərçəkmiş şəxs X3 ödənilmişdir. 08.01.2020-ci il tarixli Abşeron RPİ-nin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, təhqiqata şəxsiyyəti məlum olmayan naməlum şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri əsasında inzibati xəta haqqında protokol tərtib edilmişdir. 31.01.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, Qulamov X6 Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı (hadisə yerindən yayınma) maddələri ilə təqsirli bilinmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə 17.12.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və 20.12.2021-ci il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -İcbari sığorta müqaviləsinə dair 11.02.2019-cu il tarixli məlumatdan görünür ki, Union Lizinq ASC 11.02.2019-cu il tarixdən 11.02.2020-ci il tarixədək olan müddətdə Daewoo Gentra markalı ** PG *** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini sığorta haqqı 60 manat, bonus-malus əmsalı 1.00, yekun sığorta haqqı 60 manat olmaqla əmlaka dəyən zərərə görə 5000 manat, sağlamlığa dəyən zərərə görə 5000 manat dəyərində sığortalamışdır. -"xxxx" ASC-nin PXA58186 saylı Sığorta aktından görünür ki, sığortalı Union Lizinq ASC-yə məxsus olan 11.02.2019-cu il tarixdən 11.02.2020-ci il tarixədək Daewoo Gentra markalı ** PG *** qeydiyyat nişanlı avtomobili 55000 manat məbləğində icbari sığorta növündə sığortalamış, 28.12.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X3 məxsus X9 markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 230 manat zərər dəymiş, dəymiş zərərin əvəzi köçürmə yolu ilə ödənilmişdir. -Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 30.01.2020-ci il tarixli arayışdan görünür ki, 28.12.2019-cu il tarixdə toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermiş, Union Lizinq ASC-nin mülkiyyətində olan, hadisə baş verən anda ayıq vəziyyətində olmuş Cavabdeh tərəfindən idarə olunmuş Daewoo Gentra markalı, ** PG *** qeydiyyat nişanlı avtomobil X5 mülkiyyətində olan, hadisə baş verən zaman X8 tərəfindən idarə olunmuş X9 markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə yerindən yayınmışdır. -Abşeron RPİ-nin 08.01.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan daha sonra görünür ki, araşdırma zamanı X2 müraciəti əsasında onun idarə etdiyi X9 markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa tərəfdən vuraraq yol-nəqliyyat hadisəsi törətmiş və Ramin Məlikovu vuraraq hadisə yerindən uzaqlaşmış Daewoo Gentra markalı, ** PG *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün şəxsiyyətinin və yerinin müəyyən edilərək izahatının alınması məqsədilə aparılmış araşdırmalar müsbət nəticə verməmişdir. Qərardan daha sonra görünür ki, araşdırma zamanı Daewoo Gentra markalı, ** PG *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün müəyyən edilməsi məqsədilə Abşeron RPİ-nin polis serjantı Q.K.Baxşıyevin iştirakı ilə DYPŞ-nin məlumat portalına baxış keçirilmiş və həmin avtomobilin Union Lizinq ASC-yə məxsus olması müəyyən edilmişdir. -İnzibati tənbeh vermə haqqında 31.01.2020-ci il tarixli TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh 28.12.2019-cu il tarixdə Daewoo Gentra markalı, ** PG *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədərək 100 manat dəyərində cərimə olunmuşdur. -Defect aktından görünür ki, X9 markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 230 manat ziyan dəydiyi hesablanmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 09.07.2021-ci il tarixli arayışdan görünür ki, Qulamov X7 rayonu Xırdalan şəhəri Quşçuluq Y/M 19-cu küçə, döngə 1, 1 saylı evdə qeydiyyatdadır. İşin araşdırılan hallarından və tədqiq edilən sübutlardan müəyyən olunur ki, Union Lizinq ASC-nin mülkiyyətində olan Daewoo Gentra minik markalı ** PG *** qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilmiş, 28.12.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində hadisə baş verən anda X4 tərəfindən idarə olunmuş X9 markalı, **-SU-*** qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncu avtomobilə 230 manat dəyərində ziyan dəymiş, həmin məbləğin PXA58186 saylı sığorta aktına əsasən X1 yolu ilə ödənilməsi qərara alınmışdır. “Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6.-cı maddəsinə əsasən, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Mülki iş materiallarına əlavə olunmuş inzibati tənbeh vermə haqqında 31.01.2020-ci il tarixli TP ******* saylı qərara əsasən, 28.12.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində Daewoo Gentra markalı, ** PG *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü olan Cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi və təqsiri sübuta yetirilməsi öz təsdiqini tapmış, nəticədə, cavabdeh 100 manat dəyərində cərimə olunmuşdur. Göründüyü kimi, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan cavabdeh hadisə yerindən yayınmışdır. Məhkəmə mülki işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddiaçı sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək baş vermiş sığorta hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəyən ziyanı sığorta aktına müvafiq məbləğdə ödəmiş, cavabdeh idarə etdiyi nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinib hadisə yerindən yayındığından iddiaçı 230 manat məbləğində pul vəsaitinin subroqasiya qaydasında tutulmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, İcbari sığorta haqqında Azərbaycan Respublikasının Qanununun 25-ci və 63-cü maddəsində Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququnu yaradan hərəkətlərdən həmin Qanunun 63.1 maddəsidir ki, həmin maddələrə əsasən: 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Ona görə də iddiaçının subroqasiya hüququ əsasında sığorta ödənişini cavabdehdən tələb etməsi əsaslıdır və haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 1108.1. maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. 1114.1. maddəsinə əsasən başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Mülki Məcəllənin: 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin edilərək Cavabdeh X9 markalı, **-SU-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 230 manat pul vəsaiti və 30 manat dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Cavabdeh X9 markalı, **-SU-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 230 (iki yüz otuz) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi 260 (iki yüz altmış) manat "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər barəsində çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar