Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-989/2023 24.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 25246.63 manat sığorta ödənişi və ödənilmiş 165.74 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan “Qaz 3110” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış “Range Rover” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. Müqavilə üzrə öhdəlik əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" təmir mərkəzi tərəfindən tərtib olunmuş zərər aktına əsasən avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 30330.63 manat təmir müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən, zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə, azadolma 100 manat çıxılmaqla 30230.63 manat sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün təmir mərkəzinin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, mülki iş üzrə məhkəməyə daxil olmuş ekspert rəyi ilə razı deyildir. Ekspert rəyi ilə nəqliyyat vasitəsinə mövcud hadisə zamanı nə qədər zərər dəyməsi müəyyən olunmur, hesab edir ki, avtomobil təmir olunduğundan və əvvəlki vəziyyətinə çatdırıldığından yalnız mülki iş materiallarına əlavə olunmuş sənədlər əsasında iddia tələbi təmin olunmalıdır. "xxxx" Sığorta şirkəti ASC 4984 manat ödəniş etmişdir. Qanunvericiliklə sığorta hadisəsində hər iki tərəf təqsirli olduqda zərərin tərəflər arasında bölünməsi barədə norma nəzərdə tutulmamışdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Vəkil iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində sürücülərin hər birinin nəqliyyat vasitəsinə ziyanı dəymişdir. Baş vermiş hadisədə nəqliyyat vasitəsinə böyük məbləğdə maddi ziyan vurulmamışdır. Tərtib edilmiş qüsur aktında məbləğ yüksək yazılmışdır. Ekspert həmin qüsur aktına əsasən rəy vermişdir. Bu səbəbdən də, hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsində hər iki tərəfin təqsiri vardır. Belə ki, “Range Rover” markalı, ** HG *** qeydiyyat nişanlı avtomobil sürət həddini aşmaqla qəza halını yaratmışdır. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək nümayəndəsi-vəkili Vəkil izahatını təsdiq etmişdir. xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş Məhkəmə Ekspertiza Mərkəzinin iqtisadi ekspert şöbəsinin aparıcı eksperti X7 izahatında göstərmişdir ki, “Range Rover” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilin qüsur aktına əsasən, 30333 manat maddi ziyan dəymişdir. Yeni ehtiyat hissələrinin qiymətlərinə, əgər qiymətlərin düzgünlüyü təsdiqini tapırsa hadisə baş verən tarixə illik 4 faiz aşınma tətbiq olunur. Ehtiyat hissələri yeni olmaqla onlara da aşınma tətbiq olunur. Qeyd olunan məbləğlər orta bazar qiyməti ən maksimal olduğu üçün orta bazar qiyməti tətbiq olunmuşdur. Avtomobilin hansı hissələrinin sıradan çıxmasını ekspert müəyyən edə bilməz və rəy tərtib olunarkən yalnız tərtib olunmuş qüsur aktına əsasən dəymiş zərər hesablanır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC-də İ-MİC-2559/1 saylı sığorta şəhadətnaməsinə əsasən, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 132000 manat dəyərində sığortalanmış, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Range Rover” markalı, ** HG *** qeydiyyat nişanlı avtomobil şərtsiz azadolma məbləği 100 manat olmaqla, sığorta haqqı 3168 manat dəyərində müəyyən edilmişdir. -Abşeron rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X2 xəsarət alması barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan daha sonra görünür ki, izahatı alınmış Cavabdeh bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 13.00-da idarə etdiyi “Qaz 3110” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xırdalan şəhəri, H.Əliyev prospekti ilə köhnə bazar istiqamətindən Xırdalan dairəsi istiqamətində saatda 10 km/saat sürətlə hərəkətdə olan zaman “At heykəli” deyilən ərazidə yolun əks istiqamətinin boş olduğunu görüb M.Ə.Rəsulzadə küçəsinə dönmə əməliyyatı etmək istəmişdir. Bu zaman əks istiqamətdə hərəkətdə olan “Rang Rover” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətinə davam edərək onun idarə etdiyi avtomobillə toqquşmuş, nəticədə, həmin vaxt onun avtomobilində olan arvadı X1 və bədənindən xəsarətlər almışdır. Həmçinin, “Rang Rover” markalı avtomobilin ön sağ hissəsi, onun avtomobilinin isə sağ arxa hissəsi əzilmişdir. Qərardan daha sonra görünür ki, izahatı alınmış X4 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 13.00 radələrində idarə etdiyi “Rang Rover” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhəri, H.Əliyev prospekti ilə Xırdalan dairəsi istiqamətindən, köhnə bazar istiqamətində saatda 80 km/saat sürətlə hərəkətdə olmuş, “At heykəli” deyilən ərazidə hərəkətdə olduğu yolun boş olduğunu görüb hərəkətinə davam edən zaman əks istiqamətdə hərəkətdə olan “Qaz 3110” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəfildən onun hərəkət yoluna çıxaraq M.Ə.Rəsulzadə küçəsinə dönmə əməliyyatı etmək istəmişdir. O, toqquşmadan yayınmaq üçün sükanı sola döndərsə də toqquşmadan yayına bilməmiş, nəticədə, onun idarə etdiyi avtomobillə “Qaz 3110” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, avtomobilin arxa sağ hissəsi, onun avtomobilinin isə ön sağ hissəsi əzilmiş, xəsarət alan olmamışdır. -Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Abşeron DYPİ bildirir ki, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ünvanında saat 13:00-da toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh mülkiyyətində olan, hadisə baş verən anda Cavabdeh tərəfindən idarə olunmuş “Qaz 3110” minik markalı, ** BK *** qeydiyyat nişanlı avtomobil ilə X2 mülkiyyətində olan, hadisə baş verən anda X4 tərəfindən idarə olunmuş “Range Rover” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və “Qaz 3110” minik markalı, ** BK *** qeydiyyat nişanlı avtomobilin sağ arxa hissəsinə, “Range Rover” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilin isə ön sağ hissəsinə ziyan dəymişdir. -xx.xx.2022-ci il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 13:00 radələrində X4 onun tərəfindən idarə olunmuş “Range Rover” minik markalı, ** HG *** qeydiyyat nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat aşmağa görə yol hərəkət qaydalarını pozmuş, nəticədə, sürücü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən, təqsirli bilinərək 10 manat dəyərində cərimə olunmuşdur. -xx.xx.2022-ci il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 13:00 radələrində Cavabdeh onun tərəfindən idarə olunmuş “Qaz 3110” minik markalı, ** BK *** qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuş, nəticədə, sürücü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, təqsirli bilinərək 60 manat dəyərində cərimə olunmuşdur. -xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış “Range Rover” minik markalı, ** HG *** qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən 30333.63 manat zərər məbləği müqabilində təmir olunaraq səlahiyyətli şəxs X3 təhvil verilmişdir. -xx.xx.2022-ci il tarixli, 40 saylı qüsur aktından görünür ki, “Range Rover” markalı, ** HG *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 30330.63 manat hesablanmışdır. -Elektron qaimədən görünür ki, "xxxx" ASC tərəfindən 30330.63 manat pul vəsaiti köçürülmüşdür. -"xxxx"xxxx"xxxx" ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC subroqasiya tələbi hüququna əsasən, 5000 manat sığorta ödənişinin ödənilməsini xahiş etmişdir. -"xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə sığorta ödənişi məbləği olaraq 25246.63 manat pul vəsaitinin 15 gün müddətinə ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 16B saylı evin, 5 saylı mənzilində qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1789 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Range Rover” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən, 30649 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti 28249 manat; təmir-bərpa işlərinin qiyməti 2400 manat. Rəydən daha sonra görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Range Rover” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 22278 manat müəyyən edilir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 34-cü maddəsinə əsasən, sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 81-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də icbari sığorta növü üzrə sığortalanmış, Cavabdeh mülkiyyətində olan, hadisə baş verən anda Cavabdeh tərəfindən idarə edilmiş “Qaz 3110” minik markalı, ** BK *** qeydiyyat nişanlı avtomobili ilə X2 mülkiyyətində olan və onun tərəfindən idarə olunmuş “Range Rover” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə, sonuncu avtomobilə 30330.63 manat zərər dəymişdir. İddiaçı tərəfindən təqdim olunmuş qüsur aktından göründüyü kimi, avtomobilə dəymiş zərərin məbləği 30330.63 manat müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC 100 manat azadolma məbləği, 4984 manat "xxxx" Sığorta Şirkəti ASC tərəfindən subroqasiya qaydasında sığorta ödənişi həyata keçirildikdən sonra qalıq qalan 25246.63 manat sığorta ödənişinin subroqasiya qaydasında tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, TP № ******* saylı və xx.xx.2022-ci il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarlardan göründüyü kimi, baş vermiş yol nəqliyyat hadisəsində yol hərəkət qaydalarının pozulması nəticəsində “Qaz 3110” minik markalı, ** BK *** qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh ilə “Range Rover” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 təqsirli bilinmiş, hər iki avtomobilə maddi ziyan vurulmuş, Cavabdeh isə nəticədə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərinə əsasən, təqsirli bilinmişdir. “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 14 aprel 2023-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, sığorta hadisəsi sığorta təminatı altına alınmış riskin reallaşmasıdır ki, onun baş verməsi ilə sığorta ödənişini tələb etmək hüququ yaranır. Sığorta hadisəsi konkret bir hadisədir, haldır, lakin onun baş verməsi nəticəsində bir və ya daha çox zərərçəkmiş (nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası zamanı üçüncü şəxslər) ola bilər. Bundan başqa, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 40.4-cü bəndində qeyd olunmuşdur ki, eyni sığorta hadisəsi nəticəsində bir neçə şəxsin əmlakına və ya həyat və sağlamlığına dəyən zərərin ümumi məbləği avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə müəyyən olunmuş sığorta məbləğindən artıq olduqda sığortaçı hər bir zərərçəkənə ona vurulan zərər məbləğinə mütənasib məbləğdə sığorta ödənişi verir. Bu halda zərərçəkənlərin hamısına verilən sığorta ödənişinin ümumi məbləği avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə müəyyən olunmuş sığorta məbləğinə bərabər olmalıdır. Məhkəmə ekspert rəyini iddia tələbi və iş materiallarına əlavə edilmiş digər sənədlərlə yanaşı qiymətləndirərək belə qənaətə gəlir ki, baş vermiş yol nəqliyyat hadisəsində “Range Rover” markalı, ** HG *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə iddiaçı tərəfindən dəymiş zərər olaraq 25246.63 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini iddia tələbi və digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən qiymətləndirib, əsas sübut növü kimi qəbul edir. Belə ki, iddiaçı tərəfindən hesablanmış 25246.63 manat dəymiş zərər məbləği tələb etdiyi halda, ekspert rəyinə əsasən avtomobilə dəymiş zərər məbləği 22778 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyinə uyğun olaraq hesablanmış 22778 manat məbləğini baş vermiş yol nəqliyyat hadisəsində hər iki sürücünün təqsirli olmasını nəzərə alaraq, (22778/2=11389) 11389 manat dəymiş zərərdən 100 manat azadolma məbləği və 4984 manat ödənilmiş sığorta məbləği çıxılmaqla, yekun 6305 manat pul vəsaitinin tutulmasını daha ədalətli, qanunauyğun hesab edərək cavabdehdən subroqasiya qaydasında sığorta ödənişini tələb etmək hüququna malik olan iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Beləliklə, məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərər olaraq 6305 manat sığorta ödənişi Cavabdeh subroqasiya qaydasında tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 165.74 manat dövlət rüsumundan 41 manat dövlət rüsumu iddiaçının özünə, qalıq qalan 124.74 manat dövlət rüsumu məbləği isə cavabdehdən alınaraq iddiaçının xeyrinə, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat pul vəsaitindən 12 manat iddiaçıdan, qalıq qalan 38 manat isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 6305 (altı min üç yüz beş) manat sığorta ödənişi və dövlət rüsumuna görə 124.74 (yüz iyirmi dörd manat yetmiş dörd qəpik) manat olmaqla, ümumilikdə, cəmi 6429.74 (altı min dörd yüz iyirmi doqquz manat yetmiş dörd qəpik) manat pul vəsaiti subroqasiya qaydasında tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul vəsaitindən 12 (on iki) manat hissəsi iddiaçı "xxxx" ASC-dən, 38 (otuz səkkiz) manat hissəsi isə Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov