Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(013)-1003/2025 22.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, “X1» X2 Cavabdeh qarşı eyni növlü və keyfiyyətli aktivlərin natura şəklində agentliyə qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı “X1» X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanan "Özünüməşğulluğa kömək göstərilməsinə dair" xx.xx.2022-ci il tarixli, 2/ÖM/07002 saylı Müqaviləyə əsasən istifadəyə verilən aktivlərin təyinatı üzrə istifadə olunmaması səbəbindən Cavabdeh qızından (FİN: xxxxxxx) eyni növlü və keyfiyyətli aktivlərin natura şəklində tutularaq agentliyə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X1» X2 nümayəndəsi Pərviz Hacızadə məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin və sənədlərin geri qaytarılmasını xahiş etmiş, telefon əlaqəsi zamanı aralarında razılıq olmasını bildirmişdir. Cavabdeh məhkəmə iclasında ərizəyə etirazının olmamasını bildirdi. Məhkəmə iddia tərəfinin ərizəsini, iddia ərizəsini və işin materiallarını nəzərdən keçirib hesab etdi ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Belə olan halda məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-269-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: “X1» X2 Cavabdeh qarşı eyni növlü və keyfiyyətli aktivlərin natura şəklində agentliyə qaytarılması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın, sənədlər özünə qaytarılsın. Qərardaddan 10 /on/ gün müddətində onu qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: E.Bayramov
Məhkəmə qərarları › İş №e-2(013)-1003/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(013)-1003/2025
22.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver