Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1014/2025 04.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 04 iyun 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 13500 manat və ödənilmiş dövlət rüsumu əvəzində 131 manat dövlət rüsumu - cəmi 13631 (on üç min altı yüz otuz bir) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-60/2024 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı 13500 manat pul tələbi barədə iddiası İddiaçı tərəfindən qismən etiraf edildiyindən qismən təmin edilmis, 11250 manat pulun İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Bundan sonra Cavabdeh 055 ***-**-** saylı mobil nömrəsi ilə İddiaçı 070 ***-**-** saylı mobil nömrəsinə whatsapp mesencer vasitəsi ilə dəfələrlə zəng edərək pulun məhkəmə icraçısı vasitəsi ilə deyil, birbaşa Cavabdeh hissə-hissə ödənilməsini təklif etmişdir. İddiaçı Cavabdeh təklifi ilə razılaşaraq: iddiaçı xx.xx.2024-cü il tarixdə gündüz saatlarında Mingəçevir şəhəri, A.Məmmədov küçəsində, «Əşya Bazar»ın arxasında yerləşən avtomobil dayanacağında 5000 (beş min) manat pulu X2 yanında Cavabdeh vermişdir. Bu hal whatsapp mesencer danışıqları və şahid ifadəsi ilə öz təsdiqini tapmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri, Puşkin küçəsi 20 saylı binanın (bazarın yanındakı SU-60 yataqxana) yanında üç min beş yüz manatı Cavabdeh vermişdir. Bu hal aramızda olan whatsapp mesencer danışıqları vasitəsi ilə öz təsdiqini tapmışdır. xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri, Samux küçəsində yerləşən «414» avtoservisdə usta işləyən X3 vasitəsi ilə iddiaçının xahişi ilə iki min manat pul Cavabdeh verilmiş və bu hal whatsapp mesencer, telefon danışıqları və şahid ifadəsi ilə öz təsdiqini tapmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri, Yeni qaçqın qəsəbəsində üç min manat pulu Cavabdeh vermiş, bu hal whatsapp mesencer danışıqları vasitəsi ilə öz təsdiqini tapmışdır. Beləliklə iddiaçı cavabdehə hissə-hissə 2 ay müddətinə qətnamə icraya yönələnə qədər qətnamədə göstərilən 11250 manatdan da artıq cəmi 13500 manat pulu aralarında olan razılığa və inama əsasən nəğd şəkildə tam ödəmişdir. Bundan sonra pulu tam qaytardığına görə avtomobil Cavabdeh tərəfindən iddiaçıya qaytarılmış, xx.xx.2024-cü il tarixdə avtomobilin mülkiyyətçisi iddiaçıya pulu cavabdehə qaytardığına görə etibarnamə vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin icra sənədi 2024-cü ilin may ayının 15-də Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə daxil olduqdan sonra xx.xx.2024-cü ildə iddiaçını icra məmuru Sənan Hacıməmmədov borcu ödəmək üçün icra və probasiya şöbəsinə dəvət etmiş, iddiaçı cavabdehə 13500 manat borcun tam ödənilməsi barədə izahat vermişdir. İddiaçı məhkəmə qətnaməsini qəsdən icra etməkdən boyun qaçırmamışdır. Buna baxmayaraq 2024-cü ilin avqust ayında iddiaçı barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə (qətnaməni icra etməkdən qəsdən boyun qaçırma) inzibati xəta protokol tərtib edilərək Mingəçevir Şəhər Məhkəməsinə təqdim edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)-434/2024 saylı qərarı ilə İddiaçı əməlində inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilmişdir. Bundan sonra Cavabdeh şikayət ərizəsi əsasında işə baxan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2024-cü il tarixli 3(107)-272/2024 saylı qərarı ilə Cavabdeh şikayətini təmin etməmiş, Mingəçevir Şəhər Məhkəməsinin qərarını qüvvədə saxlamışdır. İddiaçı həmin avtomobili verilmiş etibarnamə ilə 2025-ci ilin yanvar ayında 8200 manata başqa şəxə satmış və artıq tələbkarla arasında olan avtomobil və borcun qaytarılması tam öz həllini tapmışdır. Cavabdeh iddiaçıdan aldığı 13500 manat pulu qaytarmaqdan imtina edir. Bu barədə ona bildiriş-təklif göndərməklə 13500 manat pulun iddiaçıya ödənilməsini təklif etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənləri təsdiq edərək göstərmişdir ki, Cavabdeh maşın satmış, sonuncu avtomobilin nasaz olduğunu deyərək geri qaytarmışdır. Bundan sonra məhkəmə qətnaməsi ilə ondan 11250 manat tutularaq Vasibə ödənilməsi qət edilmişdir. Qətnamə icraya yönəldilənə qədər Vasibə 11250 mana və əlavə 2250 manat ödəmişdir. Vasib 2250 manat məbləği ondan icra xidməti haqqı və ziyan etməsi adı ilə almışdır. Bundan sonra onu icra məmuru çağırmış, Vasib isə 13500 manat aldığını etiraf etməmişdir. Qətnaməni icra etdiyini və əlavə olaraq Cavabdeh 2250 manat ödədiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 15:40-a təyin edilərək bu barədə tərəflərə məlumat verilmiş, lakin Cavabdeh heç bir səbəb göstərmədən hazırlıq iclasına gəlməmişdir. Hazırlıq iclası keçirildikdən sonra məhkəmə baxışı xx.xx.2025-ci il tarixə saat 12:00-a təyin edilərək cavabdehə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh gəlmədiyindən məhkəmə baxışı 04 iyun 2025-ci il tarixə saat 12:40-a təxirə salınmışdır. Cavabdeh 04 iyun 2025-ci ildə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasına gələ bilməyəcəyini bildirib işin baxılmasının başqa vaxta təyin edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-60/2024 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı qarşı 13500 manat pul tələbi barədə iddiası qismən təmin edilərək 11250 manat pulun İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)-434/2024 saylı qərarının surətindən görünür ki, İddiaçı əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(107)-272/2024 saylı qərarının surətindən görünür ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməyərək Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)-434/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(051)-359/2025 saylı qərarının surətindən görünür ki, İddiaçı əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Mülki işə baxılarkən məlum olmuşdur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-60/2024 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı 13500 manat pul tələbi barədə iddiası qismən təmin edilərək 11250 manat pulun İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Bundan sonra qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilənə qədər İddiaçı qətnaməyə əsasən iddiaçıya 11250 manat ödəmiş, bundan əlavə isə Cavabdeh İddiaçı 2250 manat almışdır. Qeyd edilən hal iddiaçının məhkəməyə təqdim etdiyi telefon danışıqlarının audioyazısına dair bir ədəd disk, mesajlara dair sənədlər, həmçinin Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)- 434/2024 saylı və xx.xx.2025-ci il tarixli 3(051)-359/2025 saylı, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(107)-272/2024 saylı qərarları ilə təsdiq olunmuşdur. Beləliklə Cavabdeh İddiaçı məxsus 2250 manat məbləği heç bir hüquqi əsas olmadan əldə etmişdir. Belə olan halda Cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən 2250 manat məbləği geri qaytarmalıdır. Həmin maddədə göstərimişdir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsində göstərilmişdir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsində qeyd olunmuşdur ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İddiaçı məhkəmə qətnaməsinə əsasən Vasif Quluyevə ödədiyi 11250 manat pulu geri tələb etmək üçün əsaslar olmamışdır. Bu səbəbdən iddianın həmin hissəsi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumu əvəzində cavabdehdən 42,50 manat alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2250 manat və ödənilmiş dövlət rüsumu əvəzində 42,50 manat – cəmi 2292 (iki min iki yüz doxsan iki) manat 50 (əlli) qəpik alınaraq İddiaçı verilsin. İddiaçı Cavabdeh qarşı olan iddiasının qalan 11250 (on bir min iki yüz əlli) manat və ödənilmiş dövlət rüsumu əvəzində 88 (səksən səkkiz) manat 50 (əlli) qəpik tələbinə dair hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №e-2(013)-1014/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1014/2025
04.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver