Məhkəmə qərarları › İş №e-2(013)-1108/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1108/2025

16.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1108/2025 16.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı "xxxx" Bankı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Bankı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" Bankı ASC-nin xeyrinə 669.37 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Bankı ASC tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Bankı ASC ilə “X1 MMC” arasında bağlanmış xx.xx.2022-ci il, SD-1000116 saylı “Təşkilatın işçiləri üçün "xxxx" Bankının beynəlxalq plastik kartlarının buraqxılması və onlara xidmət göstərilməsi qaydası haqqında” Müqaviləyə əsasən Bankın təşkilatın işçiləri üçün Azərbaycan manatında kart hesabları açır, kart saxlayıcıları üçün əmək haqqı kartlarını buraxırvə kartlar üzrə kart saxlayıcılarının hesablaşma əməliyyatlarına xidmət göstərilməsini təmin edir. Müqaviləyə uyğun olaraq təşkilatın işçisi Cavabdeh plastik kartın sifarişiolunması barədə ərizə əsasında ona müvafiq kart hesabı açılmışdır. Müqavilənin 2-ci bəndinə əsasən Bank təşkilatın tapşırığı ilə işçilərin kart hesabına pul vəsaitini köçürür, təşkilat isə ödəniş sənədlərinin rəsmiləşdirilməsini həyata keçirir. Qeyd olunan şərtlərə əsasən təşkilatın xx.xx.2023-cü il tarixli, 324 nömrəli ödəniş ödəniş tapşırığı əsasında, elə həmin tarixdə Bank tərəfindən 670.87 manat məbləğində pul vəsaiti Cavabdeh kart hesabına köçürülmüşdür. Bundan sonra Cavabdeh kart hesabına köçürülməsi nəzərdə tutulmuş məbləğ texniki overdaft halı baş verməsi nəticəsində xx.xx.2023cü il tarixdə təkrarən ikinci dəfə köçürülmüş və bunun nəticəsində cavabdeh iddiaçının 670.87 manat məbləğində vəsaiti hesabına əsassız olaraq varlanmışdır. Nəticədə cavabdehin "xxxx" Bankı ASC qarşısında 670.87 manat məbləğində ödənilməmiş borc öhdəliyi qalmış və həmin borcun ödənilməsi ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə iş üzrə təqdim olunmuş yoxlayaraq, iddia ərizəsinin dəlillərini və iddiaya qarşı əsaslandırılmış etirazın olmamasını nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: "xxxx" Bankı ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 324 nömrəli ödəniş ödəniş tapşırığından görünür ki, "xxxx" Bankı ASC tərəfindən “X1 MMC”-nin hesabına köçürülmə edilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, "xxxx" Bankı ASC tərəfindən Cavabdeh hesabına xx.xx.2023-cü il tarixdə iki dəfə 670.87 manat məbləğində pul vəsaiti köçürülmüş və cavabdehin 669.37 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 385.2-ci maddəsinə əsasən, öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 669.37 manat pul və 30 manat dövlət rüsumu qismində pul tutularaq iddiaçı "xxxx" Bankı ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 669.37 (altı yüz altmış doqquz manat otuz yeddi qəpik) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi pul vəsaiti alınaraq iddiaçı "xxxx" Bankı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar