Məhkəmə qərarları › İş №e-2(013)-129/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-129/2025

20.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-129/2025 20.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi – fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1, Üçüncü şəxslər X9 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı övladlığa götürmənin ləğv edilməsi tələbi barədə mülki işə 20 fevral 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, hazırki soyadı və ata adı ilə xx.xx.1985-ci ildə Ağdam rayonunun Maqsudlu kəndində anadan olmuş, doğma valideyinləri X10 və X9 olmuşdur. Onunla yanaşı dogma valideyinlərinin birgə nikahından xx.xx.1981-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. Ona verilmiş xx.xx.1986-cı il tarixli Xİ-JQ 356365 saylı doğum haqqında şəhadətnamədə valideyinləri olaraq X10 və X9 göstərilmişdir. Ağdam Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 76 saylı sərəncamı ilə o, Cavabdeh2 və Cavabdeh1 övladlğa verilmişdir. Doğma atası X11 xx.xx.2021-ci ildə vəfat etmişdir. X2 44 günlük vətən müharibəsind xx.xx.2020-ci ildə şəhid olmuşdur. Övladlığa verildiyi xalası Cavabdeh1 ilə Cavabdeh2 xx.xx.2024-cü ildə rəsmi olaraq boşandığını, doğma anasının hazırda onnan başqa övladı qalmadığını, bu səbəbdən doğma anasının qarşısında mənəvi borcunu yerinə yetirməli olduğunu qeyd etməklə onun Cavabdeh2 və Cavabdeh1 övladlığa verilməsinin ləğv edilməsi, doğum haqqında şəhadətnamədə övladlığa götürülmədən əvvəlki məlumatların bərpa olunaraq X3 qyed edilməsi, valideyinləri qrafasında ata yerində X10, ana qrafasında X9 yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi qismində məhkəmədə izahat verən Nümayəndə iddianı müdafiə edərək və iddiaçının doğma qardaşının 44 Günlük Vətən müharibəsində şəhid olduğunu, beləliklə doğma anasının tək qaldığını qeyd etməklə tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh2 iddianı etiraf edərək və arvadı Cavabdeh1 ilə boşandığını bildirərək tələbin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh1 iddianı etiraf edərək təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Üçüncü şəxs qismində məhkəmədə izahat verən M.Q.Qənbərova iddianın təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi qismində məhkəmədə izahat verən G.E.Hacıyeva iddianın əsasl olduğunu hesab edərək təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 76 saylı sərəncamının surətindən görünür ki, İddiaçı X10 və X5 uşağı olmuş, Cavabdeh2 və Cavabdeh1 övladlığa verilmişdir. İİ-JQ № 360398 saylı nikah şəhadətnaməsinin surətindən görünür ki, X10 ilə X9 arasında olan nikah xx.xx.1980-cı ildə Azərbaycan SSR Ağdam Rayon Maqsudlu kənd sovetində 21 nömrə ilə qeydə alınmışdır. Vİİİ-JQ № 310631 saylı və Xİ-JQ № 356365 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 və X5 birgə nikahından xx.xx.1981-ci ildə Mehman və xx.xx.1985-ci ildə Cavid adlı uşaqları olmuşdur. İ-JQ № 276552 saylı övladlığa götümə haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Sabir Mürşüd oğlu və Cavabdeh1 övladlığa verilmişdir. AZ-İİ № 226313 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, N.Ə.Qənbərov xx.xx.2021-ci ildə vəfat etmişdir. AZ-İ № 489939 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında olan nikah pozulmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı Ağdam Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 76 saylı sərəncamına əsasən Cavabdeh2 və Cavabdeh1 övladlığa verilmişdir. Onun doğum haqqında şəhadətnaməsində ata adı Cavabdeh2, ana adı isə Cavabdeh1 kimi qeyd olunmuşdur. Hazırda övladlığa götürülən, övladlığa götürülənin doğma valideyni və övladlığa götürənlər arasında övladlığa götürmənin ləğv olunması barədə razılıq əldə olunmuşdur. Azərbaycan Respulkasının Ailə Məcəlləsinin 135-ci maddəsində göstərilmişdir ki, uşaq yetkinlik yaşına çatdıqda övladlığa götürmənin ləğvinə yol verilmiş. Lakin övladlığa götürən, övladlığa götürülən və övladlığa götürülənin valideyinləri (valideyinlər sağdırsa, valideyinlik hüquqlarından məhrum olunmamışdırsa, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməmişdirsə) arasında qarşılıqlı razılığa əsasən övladlığa götürmənin ləğvinə yol verilir. Bütün bunlarla yanaşı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəməyə verdikləri ərizələrində iddianı etiraf etdiklərini göstərmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı Cavabdeh2 və Cavabdeh1 övladlınağa verilməsi ləğv edilsin və İddiaçı yeni doğum haqqında şəhadətnamə verilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum tarixi xx.xx.1985-ci il, doğum yeri Ağdam rayonu Maqsudlu kəndi, soyadı Qənbərov, ata adı X10, ana adı X9 yazılsın və qətnamənin icrası Ağdam Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar