Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(013)-1459/2025 13.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıllıl oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 cavabdeh Ağcabədi Rayon Qeydiyyat Şöbəsinə qarşı doğum akt qeydinin bərpa edilməsi tələbi barədə mülki işə 13 may 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: X1 Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsində onun baəsində cavabdeh Ağcabədi Rayon Qeydiyyat Şöbəsində aparılmış doğum haqqında akt qeydinin bərpa edilməsi, doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1974-cü il, adının Rəsmiyə, soyadının Musayeva, ata adının İnqlab, doğum yerinin Azərbaycan, Dağlıq Qarabağ, Ağdərə rayonu Manikli kəndi, ata qrafasında X4, ana qrafasında X5, milliyyəti azərbaycanlı kimi qeyd edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardaadı ilə icraata götürülmüşdür. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, mülki işə ərazi aidiyyəti üzrə Ağcabədi Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, iş üzrə cavabdeh Ağcabədi Rayon Qeydiyyat Şöbəsi Ağcabədi rayonunda yerləşir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunmuşdur ki, qanunla başqa hal nəzərdə tutulmayıbsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Həmin Məcllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəməyə baxılmağa verir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı X2 cavabdeh Ağcabədi Rayon Qeydiyyat Şöbəsinə qarşı doğum akt qeydinin bərpa edilməsi tələbi barədə 2(013)-1459/2025 saylı mülki iş baxılması üçün aidiyyəti üzrə Ağcabədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №e-2(013)-1459/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(013)-1459/2025
13.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver