Məhkəmə qərarları › İş №e-2(013)-1710/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1710/2025

16.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1710/2025 16.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 16 iyul 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 800 (səkkiz yüz) manat pul tutularaq ona ödənilməsi, yaxud onun avtomobili cavabdehə geri qaytarmaqla həmin avtomobilə görə ödədiyi 5600 (beş min altı yüz) manat məbləğin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 04 aprel 2025-ci ildə Bərdə maşın bazarında cavabdehdən şifahi alqı- satqı münasibətləri ilə şahidlərin yanında 5600 manat cavabdehə ödəyərək ** BL *** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtomobili satın almışdır. Bunun müqabilində cavabdeh iddiaçıya baş etabarnamə vermişdir. Avtomobili alarkən cavabdeh iddiaçıya avtomobildə heç bir qüsurun olmadığını və avtomobilin qüsurları üçün məsuliyyət daşıdığını söyləmişdir. Lakin avtomobili aldıqdan sonra iddiaçı həmin avlomobildə xeyli dərəcədə gizli, xarici səthdən maskalanmış qüsurlar aşkar etmişdir. Belə ki, həmin avtomobili idarə edərək yaşadığı ünvana gətirərkən yolda akkumulyator işləməmiş, iç tərəfdən döşəmə hissəsi linolium altından bütov çürük, xarici səthin çürüyü isə üzləndiyi məlum olmuşdur. İddiaçı cavabdehə zəng edib ya bu qüsurların aradan qaldırılması üçün 800 manat məbləği geri qaytarmasını, yaxud iddiaçının avtomobilə görə ödədiyi 5600 manat pulu geri qaytarıb avtomobili təhvil almağı tələb etdikdə, cavabdeh aldadıldığını, iddiaçıya heç cürə kömək edə bilməyəcəyini demişdir. Artıq cavabdehin iddiaçıya dəyən ziyanı ödəmək niyyətində olmadığı sonuncuya məlum olmuşdur. Cavabdehin bu cür hərəkəti qanunvericiliyə ziddir və iddiaçının hüquqlarını kobudcasına pozur. İddiaçı Cəbrayıl rayonundan məcburi köçkün və 2-ci Qarabağ müharibəsinin veteranıdır, «Vətən müharibəsi» və «Ağdamın işğaldan azad olunması uğrunda» medalları ilə təltif olunmuş, vətənimizin müdafiəsi uğrunda iştirak edərək düşmənə qarşı müabrizə apararaq döyüşmüşdür. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı qismən etiraf edərək göstərmişdir ki, ** BL *** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtomobili iddiaçıya 2025-ci ilin aprel ayında 5600 manata satmışdır. Sonra Vüsal avtomobilin nasaz olduğunu bildirmiş, o, isə geri qaytarmasını Vüsala demişdir. Aralarında alqı-satqı müqaviləsi olmamışdır. Hazırda avtomobili geri alaraq iddiaçıya 5000 manat ödəməyə etiraz etmədiyini bildirmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, qanunvericiliyin tələbləri baxımından Cavabdeh İddiaçı satmaq istədiyi VAZ 21074 markalı ** BL *** dövlət qeydiyyat nişanlı rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşya olmaqla alqı-satqı zamanı satıcı onu alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür, avtomobilə sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Lakin mülki işin məhkəmə araşdırmasında məlum olmuşdur ki, Cavabdeh avtomobili İddiaçı mülkiyyətinə verməmiş, avtomobilin İddiaçı sahiblik, istifadə və mülkiyyətinə verilməsinə dair notariat qaydasında hər hansı bir əqd təsdiqlənməmişdir. Göründüyü kimi tərəflər arasında mülki qanunvericiliyin tələblərinə zidd olaraq rəsmi reyestrdə qeydə alınan daşınar əşyanın alqı-satqısına dair əqd bağlanmışdır. Ona görə də həmin əqd bağlandığı andan etibarsız sayılmalıdır. Belə olan halda İddiaçı avtomobili almaqdan ötrü Cavabdeh vermiş olduğu 5600 manat məbləği geri tələb etmək, aldığı avtomobili isə qaytarmaq hüququ var. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «Daşınar əmlakın dövlət reyestrləri, onların tərtib edilməsi və aparılması qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Rrezidentinin 11 aprel 2007-ci il tarixli fərmanından (əlavə 2) görünür ki, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarım qoşquları rəsmi reysterləri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 650-ci maddəsində göstərilmişdir ki, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsində qeyd olunmuşdur ki, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqısatqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 146.1-ci məddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 648.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əşyaların alqısatqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Həmin Məcəllənin 648.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.5-ci maddəsində qeyd olunmuşdur ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadəyə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu əvəzində cavabdehdən 76 manat tutulmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. VAZ 21074 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı alınaraq Cavabdeh verilməklə Cavabdeh 5600 (beş min altı yüz) manat alınaraq İddiaçı verilsin. Cavabdeh 76 (yetmiş altı) manat dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar