Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(013)-1793/2025 12.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı “X2” X4 Cavabdeh qarşı eyni növlü və keyfiyyətli aktivlərin natura şəklində agentliyə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “X2” X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2022-ci il 22 sentyabr tarixli 2022/ÖM/11214 müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanması səbəbindən Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 (iyirmi) baş damazlıq qoyun, 1 (bir) baş qoç və 400 kq qarışıq (paketlənmiş) yemin natura şəklində Agentliyə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı “X2” X4 nümayəndəsi N.Hüseynovdan məhkəməyə ərizə daxil olmuş və ərizədə məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə baxış iclasına gəlməmiş və məhkəmədən işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Bu halda məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını nəzərdən keçirib hesab etdi ki, hazırkı vəziyyətdə ərizə üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin mənasına görə iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 167.1-ci maddəsinə görə hakim çəkişmə prinsipinə əməl etməklə işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında aşağıdakı hərəkətləri edir : /167.1.1/ işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verir, onların iştirakı ilə işin məhkəmə baxışına təyin edilməsi məsələsi müzakirə edilir və s. Qeyd olunan Məcəllənin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2025-ci tarixli Qərardadından görünür ki, həmin qərardad hazırda baxılan işlə eyni xarakterli tələb üzrə çıxarılmışdır. Qərardadda qeyd olunur ki, məhkəmələr tərəflər arasında bağlanmış müqavilənin əsasını xüsusi hüquq qaydalarının təşkil edib-etməməsi, tərəflərin müqavilə bağlayarkən xüsusi hüququn bərabərhüquqlu subyektləri kimi çıxış edib-etməməsi, ümumiyyətlə müvafiq müqavilələr bağlandığı halda tərəflər arasındakı münasibətlərin həmin müqavilə şərtlərinə uyğun olaraq və həmin şərtlər nəzərə alınmaqla xüsusi hüquq normaları ilə tənzimlənməli olub-olmaması, inzibati orqanların hakimiyyət səlahiyyətini qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçiribkeçirməməsi kimi məsələləri kifayət qədər araşdırıb hüquqi qiymət verməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu Qərardadda qeyd etmişdir ki, məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır, inzibati məhkəmə icraatı qaydasında baxılan mübahisələr subyekt və predmet baxımından digər məhkəmə icraatı növlərindən fərqlənir. Yüksək məhkəmə həmçinin qeyd etmişdir ki, inzibati hüquq münasibətləri digər hüquq münasibətlərindən başlıca olaraq subyekt tərkibinə və predmetinə görə fərqlənir, inzibati, yəni publik hüquq münasibətlərinin obyektini məhz dövlət idarəçiliyi və yerli özünüidarəetmənin həyata keçirilməsi prosesində yaranan ictimai münasibətlər təşkil edir. Bu münasibətlərdə tərəflərdən biri qismində mütləq şəkildə inzibati orqan və ya qanunla inzibati akt qəbul etmək səlahiyyəti verilən hər hansı bir subyekt çıxış edir. İnzibati hüquq münasibətlərini yaradan hüquqi faktlardan biri qismində inzibati müqavilələr çıxış edir. İlk növbədə nəzərə alınmalıdır ki, inzibati müqavilələrin tərəflərindən ən azı biri qismində məqsədi konkret inzibati hüquq münasibətlərini yaratmaq, dəyişdirmək və ya sona çatdırmaq olan inzibati orqanlar (publik hakimiyyət daşıyıcıları) çıxış edir. Müqavilənin inzbati müqavilə hesab edilməsi üçün onun tərəfləri ilə yanaşı, müqavilənin obyektinin, məqsədinin, müqavilə münasibətlərinə şamil olunan qanunvericiliyin xüsusiyyətlərinin nəzərə alınması mütləqdir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etmişdir ki, inzibati münasibətlər tərəflərin qeyri-bərabərliyinə əsaslandığından fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin daha səmərəli müdafiəsini təmin etmək məqsədilə qanunvericiliklə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə ixtisaslaşdırılmış məhkəmələr tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılması müəyyən olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən bu Qərardadda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həm tərəflər arasında bağlanmış müqavilənin xarakteri, həm də mübahisənin predmeti dəqiq müəyyənləşdirilməli, mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Həmin məhkəmə qeyd etmişdir ki, inzibati orqanlar özünüməşğulluğa cəlb olunmuş şəxs hakimiyyət-tabeçilik münasibətlərində olmasalar da, müqavilənin bağlanması proseduru və müqavilənin bir sıra şərtləri məhz inzibati xarakterli normativ hüquqi aktlarla müəyyən edilmiş, "Məşğulluq haqqında" Qanundan irəli gələn məşğulluq sahəsində yaranan mübahisələrin inzibati xarakterli mübahisələr olduğuna dəlalət edir. İşin materiallarından görünür ki, hazırkı mübahisə inzibati xarakterlidir, hazırkı məhkəmədə baxıla bilməz. Belə olan halda məhkəmə hesab edir ki, ərizəyə hazırkı məhkəmədə baxılmalı deyil. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanına aid olmaması nəticəsində ərizənin baxılmasına xitam verilərsə ərizəçiyə hansı orqana müraciət etməsi göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-269 cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qərara aldı: "X2» X4 Cavabdeh qarşı eyni növlü və keyfiyyətli aktivlərin natura şəklində agentliyə qaytarılması tələbinə dair iddiası üzrə hazırkı mülki işin icraatına xitam verilsin. Tərəflərə həmçinin izah olunur ki, hazırkı mübahisə inzibati xarakterlidir, aidiyyəti üzrə inzibati məhkəməyə müraciət oluna bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-1793/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(013)-1793/2025
12.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver