Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(013)-1804/2025 23.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində «X3» X5 Cavabdeh əmlak tələbi barədə mülki işə 23 iyul 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyənetdi: X3» X5 nümayəndəsi Natiq Hüseynov rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, özünüməşğulluq proqramı çərçivəsində Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan «Özünüməşğulluğa kömək göstərilməsinə dair» 2023-cü il 28 iyul tarixli müqaviləyə əsasən agentlik tərəfindən Cavabdeh «Keçicilik» zərfinə daxil olan aktivlər, yəni 04117, 04159, 04410, 04436, 04429, 04371, 04123, 04413, 04457, 04350, 04390, 04146, 04186, 04308, 04414, 04422, 04430, 04346, 04164, 04165 birka nömrəli iyirmi baş keçi, iki baş 04327, 04634 təkə və 800 kq qarışıq paketlənmiş yem natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış aktla X2 «Keçicilik» zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş «İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası»nın tələblərinə əsasən özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı 10 saylı Ərazi Meşğulluq Mərkəzinin filialının əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2025-ci 15 yanvar tarixli yekun monitorinqi aktına əsasan Cavabdeh verilmiş «Keçicilik» zərfinə daxil olan aktivlərdən, yəni 04117, 04159, 04410, 04436, 04429, 04371, 04123, 04413, 04457, 04350, 04390, 04146, 04186, 04308, 04414, 04422, 04430, 04346,04164,04165 birka nömrəli iyırmı baş keçi, iki baş 04327, 04634 təkə və 800 kq qarışıq paketlənmiş yem aşkar olunmamışdır. Cavabdeh ünvanlanmış 2025-ci il 15 yanvar tarixli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivlərin natura şəklində agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar X4 tərəfindən hərəkəlsizlik göstərilərək maddi aktivin natura şəklində agentliyə geri qaytarılması təmin edilməmişdir. Qeyd edilənlərə əsasən «Özünüməşğulluğa kömək göstərilməsinə dair» 2023-cü il 28 iyul tarixli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam iyirmi baş keçi, iki baş təkə və 800 kq qarşıq (paketlənmiş) yem natura şəklində agentliyə qaytarılması qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir səbəb göstərmədən gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsi» barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2025-ci tarixli Qərardadından görünür ki, həmin qərardad hazırda baxılan işlə eyni xarakterli tələb üzrə çıxarılmışdır. Qərardadda qeyd olunur ki, məhkəmələr tərəflər arasında bağlanmış müqavilənin əsasını xüsusi hüquq qaydalarının təşkil edib-etməməsi, tərəflərin müqavilə bağlayarkən xüsusi hüququn bərabərhüquqlu subyektləri kimi çıxış edib-etməməsi, ümumiyyətlə müvafiq müqavilələr bağlandığı halda tərəflər arasındakı münasibətlərin həmin müqavilə şərtlərinə uyğun olaraq və həmin şərtlər nəzərə alınmaqla xüsusi hüquq normaları ilə tənzimlənməli olub-olmaması, inzibati orqanların hakimiyyət səlahiyyətini qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirib-keçirməməsi kimi məsələləri kifayət qədər araşdırıb hüquqi qiymət verməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu Qərardadda qeyd etmişdir ki, məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır, inzibati məhkəmə icraatı qaydasında baxılan mübahisələr subyekt və predmet baxımından digər məhkəmə icraatı növlərindən fərqlənir. Yüksək məhkəmə həmçinin qeyd etmişdir ki, inzibati hüquq münasibətləri digər hüquq münasibətlərindən başlıca olaraq subyekt tərkibinə və predmetinə görə fərqlənir, inzibati, yəni publik hüquq münasibətlərinin obyektini məhz dövlət idarəçiliyi və yerli özünüidarəetmənin həyata keçirilməsi prosesində yaranan ictimai münasibətlər təşkil edir. Bu münasibətlərdə tərəflərdən biri qismində mütləq şəkildə inzibati orqan və ya qanunla inzibati akt qəbul etmək səlahiyyəti verilən hər hansı bir subyekt çıxış edir. İnzibati hüquq münasibətlərini yaradan hüquqi faktlardan biri qismində inzibati müqavilələr çıxış edir. İlk növbədə nəzərə alınmalıdır ki, inzibati müqavilələrin tərəflərindən ən azı biri qismində məqsədi konkret inzibati hüquq münasibətlərini yaratmaq, dəyişdirmək və ya sona çatdırmaq olan inzibati orqanlar (publik hakimiyyət daşıyıcıları) çıxış edir. Müqavilənin inzbati müqavilə hesab edilməsi üçün onun tərəfləri ilə yanaşı, müqavilənin obyektinin, məqsədinin, müqavilə münasibətlərinə şamil olunan qanunvericiliyin xüsusiyyətlərinin nəzərə alınması mütləqdir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etmişdir ki, inzibati münasibətlər tərəflərin qeyri-bərabərliyinə əsaslandığından fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin daha səmərəli müdafiəsini təmin etmək məqsədilə qanunvericiliklə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə ixtisaslaşdırılmış məhkəmələr tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılması müəyyən olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən bu Qərardadda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həm tərəflər arasında bağlanmış müqavilənin xarakteri, həm də mübahisənin predmeti dəqiq müəyyənləşdirilməli, mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Həmin məhkəmə qeyd etmişdir ki, inzibati orqanlar özünüməşğulluğa cəlb olunmuş şəxs hakimiyyət-tabeçilik münasibətlərində olmasalar da, müqavilənin bağlanması proseduru və müqavilənin bir sıra şərtləri məhz inzibati xarakterli normativ hüquqi aktlarla müəyyən edilmiş, «Məşğulluq haqqında» Qanundan irəli gələn məşğulluq sahəsində yaranan mübahisələrin inzibati xarakterli mübahisələr olduğuna dəlalət edir. İşin materiallarından görünür ki, hazırkı mübahisə inzibati xarakterlidir, hazırkı məhkəmədə baxıla bilməz. Belə olan halda məhkəmə hesab edir ki, ərizəyə hazırkı məhkəmədə baxılmalı deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İddiaçıya izah olunur ki, hazırkı mübahisə inzibati xarakterlidir, aidiyyəti üzrə inzibati məhkəməyə müraciət oluna bilər. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191, 261, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində «X3» X5 Cavabdeh qarşı əmlak tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №e-2(013)-1804/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(013)-1804/2025
23.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver