Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2650/2024 21.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə 12759.41 manat və ödənilmiş 60 manat mediyasiya xərci və 69 manat dövlət rüsumunun iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləsi ilə onun satıcı kassir vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixli 26 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və «X3» haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixli 137-x saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixindən İddiaçı MMC-nin- OBA Nizami 2 magazasında çalışdıgı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin cəmiyyətə zərər vurması müəyyən edildiyi, xx.xx.2023-cü il tarixli «İnventarizasiya Nəticələrinə» dair Akta əsasən yekun ziyan məbləğinin 13492.43 manat borcu olması müəyyən edilmişdir. Hazırda 12759.41 manat borcun qaldığı və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq heç bir nəticə əldə edilməmişdir. İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron ərizə daxil olmuş və iddiaçı tərəf əırizəsində, iddia tələblərini tam müdafiə etdiklərini, COP29 tədbiri ilə bağlı paytaxt yollarında tətbiq edilən məhdudiyyət səbəbindən məhkəmə baxışı iclasında iştirak edə bilmədiklərini, mülki işə onların iştirakı olmadan baxılaraq iddianın tam təmin edilməsi batrədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Belə olan halda məhkəmə mülki işə iddiaçı təşkilastın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 573 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh – Cəmiyyətin Satış Əməliyyatları X1 Şəbəkəsinə xx.xx.2021-ci il tarixdən Satıcı kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 26 saylı əmrdən görünür ki, Cavabdeh – Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin xx.xx.2023-cü il tarixdən Administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 137x saylı əmrdən görünür ki, Cavabdeh əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b”bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixində Cavabdeh təftiş yoxlaması və təhfil-təslim işlərinin nəticəsi olaraq 13492.43 manat çatışmazlığı olması müəyyən edilmiş, daha sonra keçən dövr ərzində müvafiq güzəştlər tətbiq edilmişdir. Beləliklə Cavabdeh xx.xx.2024-cü il tarixinə ümumilikdə borcu 12759.41 (on iki min yeddi yüz əlli doqquz manat qırx bir qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, «Piersack Belçikaya qarşı» işüzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, «X2rşı» işüzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bununla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 12759.41 manat məbləğində pul vəsaiti İddiaçı MMC–nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 60 manat mediyasiya xərci və 69 manat dövlət rüsumu iddia təmin edildiyindən cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə 12759.41 (on iki min yeddi yüz əlli doqquz manat qırx bir qəpik) manat məbləğində pul vəsaiti, mediyasiya üçün ödənilmiş 60 (altmış) manat və 69 (altmış doqquz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Oba Market” MMC-nin bank hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-2650/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2650/2024
21.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver