Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2914/2025 23.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 oğlunun katibliyi, İddiaçı və Ağdam rayon İcra Hakimiyyəti başçısının aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyətdə olmaq hüququnun verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2017-ci il təvəllüdlü X7 ilə həftənin şənbə və bazar günləri və tətil günlərində (bütün günü) onunla birlikdə qalmaqla, həftənin digər günlərində də görüşüb ünsiyyətdə olmaq hüququnun təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə daxil olmuş və iddiaçı ərizədə xx.xx.2017-ci il təvəllüdlü X7 ilə həftənin şənbə və bazar günləri və tətil günlərində birlikdə qalmaqla, həftənin digər günlərində də görüşüb ünsiyyətdə olmağına və gecəni onun yanında qalması hüququnun təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə, iddiaçının iddia tələbinin artırılması barədə ərizəsini məqsədəuyğun hesab etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini, Cavabdeh ilə rəsmi nikaha daxil omaqla ailə qurduqlarını, birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X7 adlı bir övladının oldugunu, ayrı yaşadıqları müddət ərzində övladı ilə görüşüb ünsiyyətdə olmaq istədiyini, lakin cavabdehin bu şəraiti ona lazımi qaydada yaratmadığını, bu səbəbdən də, X7 adlı övladı ilə görüşüb ünsüyyətdə olmasının məhkəmə qətnaməsinə əsasən icra olunmasını istədiyini bildirdi və iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ağdam rayon İcra Hakimiyyəti başçısının aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 məhkəməyə verdiyi izahatında İddiaçı azyaşlı, xx.xx.2017-ci il təvəllüdlü X4 mənafeyinə uyğun olaraq onunla hər ayda dörd dəfə olmaqla həftənin şənbə və bazar günü saat 10:00-dan saat 18:00-dək, ayın son həftəsi şənbə günü saat 10:00-dan gecə qalmaqla bazar günü saat 18:00-a kimi görüşüb ünsiyyətdə olaraq valideynlik hüququnun keçirilməsinin məqsədəuyğun olduğunu bildirdi və bu barədə rəyi müdafiə etdi. Məhkəmə iddiaçının və maraqlı şəxs Ağdam rayon İcra Hakimiyyəti başçısının aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin izahatını və çıxışını dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Ağcabədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında 17 oktyabr 2016-cı il tarixdə, 07 nömrə akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Hacıyev”, arvada “Hacıyeva” soyadı verilmişdir. Nikah Ağcabədi rayonu Muğanlı kənd İƏD üzrə nümayəndəliyində qeydə alınmışdır. İş materiallarında olan Ağcabədi regional “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı № 258349 “X6”nin surətindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası isə X3r. Ağdam Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(013)-173/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 17 oktyabr 2016-cı il tarixdə Ağcabədi rayonu Muğanlı kənd İƏD üzrə nümayəndəliyində № 07 ilə qeydə alınmış nikah akt qeydinin pozulması, Tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşağı - xx.xx.2017-ci il təvəllüdlü X4 iddiaçı Cavabdeh himayəsinə verilməsi, qeyd olunan azyaşlının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh xeyirinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş, Ağdam rayon İcra Hakimiyyəti Başçısı Aparatının nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Orqanının xx.xx.2025-ci il tarix 5-31/2/1-802-2025 saylı rəyindən görünür ki, komissiya İddiaçı azyaşlı övladı, xx.xx.2017-ci il təvəllüdlü X4 mənafeyinə uyğun olaraq onların hər ayda dörd dəfə olmaqla həftənin şənbə və bazr günü 10:00-dan saat 18:00-dək, ayın son həftəsi şənbə günü saat 10:00-dan bazar günü saat 18:00-a kimi gecə qalmaqla görüşüb ünsiyyətdə olmaqla valideynlik hüququnun həyata keçirilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsi) 49.2 maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Ailə Məcəlləsinin 61.1 maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşağın tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Ailə Məcəlləsinin 61.2 maddəsinə əsasən uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Ailə Məcəlləsinin 61.3 maddəsinə əsasən uşağından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Ailə Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanları) mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müəyyən etməyə, müayinə aktnını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Məhkəmə yuxarıda qeyd olunan qanun normalarının indiki hala tədbiq edərək hesab edir ki, valideynin uşağı ilə ünsiyyətdə olmasının məhdudlaşdırılması yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları, həmçinin iddiaçının və azyaşlı uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xx.xx.2017-ci il təvəllüdlü X7 ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə və bazar günləri saat 10:00-dan saat 16:00-dək, hər ayın son həftəsi şənbə günü saat 11:00-dan gecə qalmaqla bazar günü 16:00-a kimi görüş verilməlidir. İddianın qalan hissəsi isə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı İddiaçı övladı xx.xx.2017-ci il təvəllüdlü X7 ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə və bazar günləri saat 10:00-dan saat 16:00-dək, hər ayın son həftəsi şənbə günü saat 11:00-dan gecə qalmaqla bazar günü 16:00-a kimi görüş verilsin. İş üzrə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam rayon məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-2914/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2914/2025
23.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver