Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-77/2025 10.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi – Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Vəkil, Cavabdeh nümayəndəsi – övladı X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 10 fevral 2025-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı nümayəndəsi Vəkil rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 325000 (üç yüz iyirmi beş min) manat alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh 317500 (üç yüz on yeddi min beş yüz) manat alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 05 iyun 2024-cü il tarixdə Yasamal Rayon Polis İdarəsinə müraciət edərək bildirmişdir ki, qohumu İddiaçı Bakı şəhəri ərazisində hündürmərtəbəli yaşayış binası tikib ona qazanc verəcəyinə vəd verib, 2006 və 2007-ci il tarixlərdə hissə-hissə olmaqla ondan ümumilikdə 1.200.000 (bir milyon iki yüz min) manat pul alaraq vədinə əməl etməyib, ona külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İddiaçı cinayət məsuliyyətinə cəlb olunması və ona dəymiş maddi ziyanın qaytarılmasına köməklik olunmasını xahiş etmişdir. Polis İdarəsi tərəfindən 20 sentyabr 2024-cü il tarixdə cinayət işinin başlanamsının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı göstərmişdir ki, əvvəllər tikinti işləri ilə məşğul olsa da hazırda heç bir işlə məşğul olmur. Cavabdeh onun yeznəsidir. X7 onun əmisi Hüseyn Əhmədovun oğludur. X2 isə Cavabdeh bacısıdır. 2007-ci il tarixdə Burzu ona Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində "xxxx" MMC-yə ayrılmış 0,29 ha torpaq sahəsində "xxxx" MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsi 600 kv.metr sahəni birlikdə pul qoyaraq almağı təklif etmişdir. Həmin obyektin yarı pulunu o, yarı pulunu Burzu qoymalı imiş. Həmin ərəfədə Cavabdeh Rusiya Federasiyasına gedəcəyi üçün həmin qeyri-yaşayış sahəsinin pulunun yarı hissəsini bacısı Kəmalə vasitəsilə göndərəcəyini və qeyri yaşayış sahəsinin bacısı Kəmalənin adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bundan sonra 2007-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində "xxxx" MMC-yə ayrılmış 0,29 ha torpaq sahəsində "xxxx" MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsi 600 kvadrat metr + 82,5 kvadrat metr sahəsi "xxxx" MMC-nin direktoru X9 tərəfindən qeyd olunan qeyri-yaşayış sahəsinə dair Kəmalə İsbəndiyarovanın adına maliyyə arayışı verilmişdir. Həmin maliyyə arayışı Kəmalənin adına verilsə də sonuncuya məxsus olmamış, yarı pulunu o, yarı pulunu Burzu qoyduğu üçün həmin obyekt Burzu ilə ona məxsus olmuşdur. Bir müddətdən sonra Burzu Asimanın vasitəsilə ona müraciət edərək qeyd olunan qeyriyaşayış sahəsinin əsas hissəsinin ikisinin arasında tam yarı bölünməsini xahiş etmişdir. Həmin ərəfədə Burzu əmisi oğlu Asimanın vasitəsilə Kəmalənin şəxsiyyət vəsiqəsi və Kəmalənin adına olan həmin qeyri-yaşayış sahəsinə dair maliyyə arayışını ona göndərmiş, bu səbəbdən hazırda tarixini xatırlamadığı vaxtda həmin qeyri-yaşayış sahəsinin əsas hissəsinin tən yarı sağ hissəsinin dəyərinin Cavabdeh tərəfindən tam ödənilməsi və "xxxx" MMC-yə heç bir borcunun olmadığına dair "xxxx" MMC-nin direktoru Ramiz Qazaxlı tərəfindən maliyyə arayışı tərtib edilmişdir. Bundan bir müddət sonra, yəni təxminən 7-8 il bundan əvvəl Burzu dəfələrlə ondan borca müxtəlif məbləğlərdə pullar almışdır. Təxminən 8 il bundan əvvəl Burzu Qəbələ rayonunda torpaq sahəsi almaqdan ötrü ondan 37400 manat borc pul istəmiş, o da Burzuya çatdırması üçün əmisi oğlu Sakitə qeyd olunan pulu vermiş və Sakit də həmin pulu aparıb Burzuya çatdırmışdır. Bundan başqa təxminən 5 il əvvəl Burzu əmisi oğlu Asiman ilə birlikdə onun yanma gəlmiş və Burzu Bakı şəhərində mənzil almaqdan ötrü ondan borc pul istəmişdir. O, Asimanın yanında Burzuya 127500 manat borc pul vermiş, bundan başqa təxminən 3 il bundan əvvəl Burzu ilə əmisi oğlu Asiman onunla görüşərək Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsinə yol verilməsini xahiş etmişlər. O da bildirmişdir ki, «narahtlıq yoxdur, qohumçuluq var, bir metr yol var, yol verirəm». Bundan başqa təxminən 3 il əvvəl Burzu ilə əmisi oğlu Asiman onun yanına gəlmiş, Burzu qızına Rusiya Federasiyasında mənzil aldığını, kreditini verə bilmədiyindən ondan borc pul istəmiş, o da Burzaya 132600 manat borc pul vermişdir. Bundan sonra təxminən 2024-cü ilin aprel ayında əmisi oğlu Asiman onun yanına gələrək dayısı Burzuya borc pul lazım olduğunu demiş, o, tərəddüd etdiyi üçün Asiman bildirmişdir ki, «əgər dayım pul verməsə mən pulu qaytaracam, əgər obyekt satılsa həmin pulu çıxarsan». O, razılaşaraq Burzuya aparıb verməsi üçün Asimana 12000 ABŞ dolları (20000 manat) borc pul vermişdir. Asiman da həmin pulu aparıb tam şəkildə Burzuya vermişdir. Bundan başqa 2023-cü ilin yanvar ayında Burzu anasının hüzür mərasimi ilə əlaqədar ondan 15000 manat borc pul istəmiş, o da həmin pulu oğlu Taryelin vasitəsilə Burzuya göndərmişdir. Bundan başqa 2023-cü il tarixdə Burzu əməliyyat olunması üçün ondan 6000 manat borc pul istəmiş və o da Asimanın vasitəsilə 6000 manat pulu Burzuya göndərmişdir. Bundan sonra onun pula ehtiyacı olduğu üçün Burzu onun pullarını ona geri qaytarmamaqdan ötrü Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Hazırda həmin qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində yerləşən 600 kv. metr qeyri-yaşayış sahəsi boş olaraq qalmaqdadır, 82,5 kv.metr qeyri-yaşayış sahəsini isə o, icarəyə vermişdir. Hazırda onun Burzuya hər-hansı bir məbləğdə verəcəyı yoxdur. Burzunun dedikləri yalandır. Burzu ondan borca aldığı pulları ona qaytarmamaqdan ötrü qeyd olunan məzmunda ona şər və böhtan atır. MMC tərəfindən hər hansı qanunsuzluq edilməmişdir. Cavabdeh ayrıca olmaqla MMC tərəfindən ona da müvafiq sənədlər verilmişdir. Hazırda da cavabdehin iddiaçıya 325000 manat pul borcu vardır. Qeyd edilən hal iş araşdırılarkən öz təsdiqini tapmışdır. İddiaçı nümayəndəsi qismində məhkəmədə izahat verən Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh iddiaçının barəsində polisə şikayət etmiş və araşdırma aparıldıqdan sonra məlum olmuşdur ki, Burzunun Emilə borcu var. Polisin və prokurorluğun qərarlarında Burzunun Emilə borclu olması əksini tapmışdır. Burzu Emilin bacısının əridir. Həmin borc uzunmuddətli, 6-7 il müddətinə, 2024-cü ilin may ayına qədər verilmişdir. Dolların manata olan məzənnəsi hesablandıqdan sonra iddia ərizəsində dəqiqləşdirmə aparılmışdır. Burzu pulları qızına ev almaq və digər işlər görmək üçün almışdır. Hazırda Burzu ilə arvadı, yəni Emilin bacısı arasında olan münasibətlər də normaldır. 2023-cü ilin yanvar ayında Burzunun anası vəfat etmiş və həmin vaxt Emil oğlu Taryelin vasitəsi ilə Burzuya 15000 manat pul vermişdir. Emilin oğlu Sakit Əhmədovun hazırda Azərbaycan Respublikasında olmadığından məhkəməyə dəvət olunmadığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qeydiyyatda olduğu Ağdam rayonunun Saybalı kəndində və sonuncu yaşayış yeri olan Bakı şəhəri Yasamal rayonu «Jasmin Park» yaşayış kompleksi ev 3 mənzil 117-də deyil, məlum olmayan yerdə yaşadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd olunmuşdur ki, cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünü idarə orqanının, müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanının) və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa haqlıdır. Cavabdeh nümayəndəsi qismində məhkəmədə izahat verən H.B.Həbibli iddianı etiraf etməyərək göstərmişdir ki, atası ilə Emilin arasında olan pul münasibətləri barədə danışmaq istəmir. Atası ilə anasının münasibətləri hazırda çox yaxşıdır. Həmçinin onunla dayısı oğlu Taryel arasında münasibətlər normaldır. Burzunun Emilə borcunun olmadığını qeyd etməklə atası gələndən sonra qərar verilməsini xahiş etmişdir. İddiaçının təşəbbüsü ilə şahid qismində məhkəmədə ifadə verən X7 bildirmişdir ki, Burzu onun dayısı, Emil isə əmisi oğludur. Burzu ilə onun arasında normal münasibət var. Emil birinci dəfə Burzuya 37400 manat vermişdir. Burzu Qəbələdə torpaq sahəsi almaq üçün Emildən 37400 manat istəmişdir. Pulu qardaşı Sakit Məmmədova göndərmiş, Sakit isə aparıb dayısı Burzuya vermişdir. Burzu Bakı şəhərində ev almaq üçün Emildən 127500 manat almışdır. Burzu ilə Emilin arasında yazılı borc müqaviləsi olmamışdır. Burzu qızına Rusiyada ev almaq üçün Emildən 132600 manat almışdır. Emil həmin pulu Burzuya Bakı şəhərində onun işlətdiyi kafedə yanında vermişdir. Axırıncı dəfə Emilin Burzuya göndərdiyi 12000 ABŞ dolları məbləğində pulu özü aparıb vermişdir. Burzunun arvadı onun əmisi qızıdır. Burzu hazırda Rusiyanın Yekatinburq şəhərində yaşayır. İddiaçının təşəbbüsü ilə şahid qismində məhkəmədə ifadə verən X10 bildirmişdir ki, Burzu onun bibisinin əri, Emil isə atasıdır. 2 il bundan əvvəl Burzunun anası vəfat etmişdir. Həmin vaxt yas mərasimini vermək üçün Burzunun pulu çatmamış və Burzu onun atası Emildən borc istəmişdir. Atası ona 15000 manat vermiş, o isə məsçidə gedərək həmin pulu orada Burzuya vermişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında şifahi borc müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı cavabdehə 317500 manat verməklə üzərinə düşən öhdəlikləri icra etmiş, qarşı tərəf isə həmin məbləği qaytarmayaraq öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində qeyd olunmuşdur ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından, iddiaçının məhkəməyə verdiyi izahatdan və onun təşəbbüsü ilə məhkəmədə dindirilmiş şahidlərin ifadələrindən məlum olmuşdur ki, tərəflər arasında borc münasibətləri 2023-cü ilin əvvəlki və sonrakı dövrlərində yaranmışdır. 24 fevral 2023-cü il tarixə qədər qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.2-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 24 fevral 2023-cü ildən hazırki vaxta qədər qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İstər iddiaçı, istərsə də cavabdeh tərəf İddiaçı müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Belə ki, qanunvericiliyin tələbləri baxımından İddiaçıla Cavabdeh arasında borc müqaviləsi yazılı formada bağlanmalı idi. Lakin mülki işin məhkəmə araşdırmasında məlum olmuşdur ki, tərəflər arasında borc münasibətlərinə görə hər hansı bir əqd təsdiqlənməmişdir. Göründüyü kimi tərəflər arasında mülki qanunvericiliyin tələblərinə zidd olaraq əqd bağlanmışdır. Ona görə də həmin əqd bağlandığı andan etibarsız sayılmalıdır. Belə olan halda İddiaçı Cavabdeh vermiş olduğu mülkiyyəti hesab edilən 317500 manat məbləği geri tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.5-ci maddəsində qeyd olunmuşdur ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadəyə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İş üzrə dindirilmiş şahidlər iddiaçının cavabdehə nə vaxt, harada, hansı şəraitdə və məbləğdə borc verdiyini təsdiq etmişlər. Həmin şahidlərin ifadəsi ilə iddiaçı tərəfın ərizəsi və izahatı arasında hər hansı bir ziddiyyət olmamışdır. Məhz göstərilən səbəblərdən məhkəmə şahidlərin həqiqəti danışdığı, cavabdehin iddiaçıya 317500 manat borclu olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Bundan başqa qeyd etmək zəruridir ki, məhkəmədə elan olunmuş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X3 HK-1/840 saylı material üzrə qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarının surətindən göründüyü kimi Cavabdeh İddiaçı Bakı şəhəri ərazisində hündürmərtəbəli yaşayış binası tikib ona qazanc verəcəyini vəd edərək 2006-2007-ci illərdə ondan hissə-hissə olmaqla cəmi ******* manat pul alaraq vədinə əməl etməyib ona küllli miqdarda maddi ziyan vurmaqla dələduzluq etdiyini bildirmişdir. Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Həmin araşdırma zamanı izahat verən Cavabdeh İddiaçı verdiyi ******* manat məbləğdən sonuncunun 12000 ABŞ dolları qaytardığını bildirmişdir. Cavabdeh 12000 ABŞ dollarını ona bacısı oğlu X4 gətirdiyini qeyd etmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılarkən izahat verən X1 qohumu Burzuya xatırlamadığı məbləğlərdə borc pullar verdiyini dəfələrlə ona dediyini, həmin söhbətlərin bir neçəsində Burzunun da iştirak etdiyini və Emilin pulunu qaytaracağını dediyini bildirmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılarkən izahat verən X7 göstərmişdir ki, Cavabdeh onun dayısı, İddiaçı isə əmisi oğludur. Təxminən 8 il bundan əvvəl Burzu Qəbələ rayonunda torpaq sahəsi almaqdan ötrü Emildən 37400 manat pul istəmiş, Emil onun qardaşı Sakitin vasitəsi ilə Burzuya 37400 manat vermişdir. Təxminən 5 il əvvəl yenə də dayısı Burzu onunla birlikdə Emilin yanına getmiş, Burzu Bakı şəhərində mənzil almaqdan ötrü Emildən pul istəmiş, Emil isə onun yanında Burzuya 127500 manat vermişdir. Təxminən 5 il əvvəl Burzu ona bacısı Kəmalənin adına olan qeyri yaşayış sahəsinə dair maliyyə arayışını və özünün şəxsiyyət vəsiqəsini ona verərək bildirmişdir ki, «apar Emilə ver, qeyri-yaşayış sahəsi iki yerə bölünəcəkdir», o, şəxsiyyət vəsiqəsini və Kəmalənin adına olan maliyyə arayışını Ramiz Qazaxlıya vermiş, təxminən 3 il bundan əvvəl dayısı Burzu ilə birlikdə onun Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsinə yol verilməsindən ötrü əmisi oğlu İddiaçı ilə görüşmüş, həmin vaxtı Emil bildirmişdir ki, «narahtlıq yoxdur, qohumçuluq var, bir metr yol var, yol verirəm, təxminən üç il bundan əvvəl dayısı ilə o, Emilin yanına getmiş, dayısı qızına Rusiya Federasiyasında mənzil almış, kreditini verə bilmədiyindən dayısı Burzu onun yanında Emildən pul istəmiş, Emil bundan sonra dayısı Burzaya 132600 manat pul vermiş, həmin pulların verilməsində o, bir neçə dəfə şəxsən iştirak etmiş, bundan sonra təxminən 2024-cü ilin aprel ayında dayısı Burzuya pul lazım olduğu üçün o, dayısına pul verməkdən ötrü o, əmisi oğlu İddiaçı yanına gedib dayısı Burzuya borc pul lazım olduğunu demiş və bildirmişdir ki, «əgər dayım pul verməsə mən pulu qaytaracam, əgər obyekt satılsa həmin pulu çıxarsan Emil ona 12000 ABŞ dollar (20.000 manat) pul vermiş, o da həmin pulu aparıb dayısı Burzuya vermişdir. Polis idarəsində aparılan araşdırma zamanı izahatı alınmış X8 izahatında göstərmişdir ki, Rusiya Federasiyası Yekaterinburq şəhərində yaşayır, İddiaçı qardaşı oğludur, X7 onun oğludur, Cavabdeh onun qaynıdır, X2 onun həyat yoldaşının bacısıdır, əvvəldən o, Emil ilə Burzunun arasında olan qeyri-yaşayış sahəsinə dair narazılıqdan məlumatı olmuş, belə ki, Emil ona Burzunun ona külli miqdarda borcunun olmasını bildirmiş, o, Emilə bu məsələni yoluna qoymalarını məsələhət görmüş, bir neçə il bundan əvvəl də xatırlamadığı tarixdə Burzu ilə Emil Bakı şəhəri Yasamal rayonu ərazisində ünvanını dəqiq bilmədiyi binanın altında qeyri-yaşayış sahəsini Kəmalənin adına almışlar, bildiyinə görə həmin qeyri-yaşayış sahəsinin əsas binanın yarısı Emilin, yarısı isə Burzuya aid olmuş, bildiyinə görə Burzu oranı öz adına keçirmək istədikdə Emil icazə vermədikdə Emil ona bildirmişdir ki. Burzunun ona külli miqdarda boru vardır, borcu qaytarmalıdır, o da bu barədə Burzuya dedikdə sonuncu ona bildirmişdir ki, Emilə olan borcunu yaxın günlərdə qaytaracaqdır sonra o, Emilə bildirmişdir ki, «qohumçuluqdu öz aranızda həll edərsiniz, Kəmaləyə de obyektin əsas hissəsinin yarısını Burzunun adına keçirilməsinə etiraz etməsin». Emil də onun yanında Kəmaləyə zəng edib Burzu ilə razılaşdığını, qeyriyaşayış sahəsinin əsas hissəsinin yarısının, yəni Burzuya aid olan hissəsini Burzunun adına keçirsin, sonra nə olduğundan xəbəri olmamış və bir müddət əvvəl eşitmişdir ki, Burzu hələ Emilə olan borcunu qaytarmamışdır, o, özü Rusiya Federasiyasında yaşadığı üçün bir neçə gün əvvəl Azərbaycan Respublikasına gəldiyi zaman bilmişdir ki, Emil Burzudan borcunu tələb edir, buna görə də Burzu polisə gedərək Emil barəsində şikayət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödəməkdən azad edildiyi 607 (altı yüz yeddi) manat 50 (əlli) qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 317500 (üç yüz on yeddi min beş yüz) manat alınaraq İddiaçı verilsin. Cavabdeh 607 (altı yüz yeddi) manat 50 (əlli) qəpik dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №e-2(013)-77/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-77/2025
10.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver