Məhkəmə qərarları › İş №e-2(013)-891/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-891/2024

13.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-891/2024 13.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi həmin təşkilatda ümumi şöbənin müdiri X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 13 iyun 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı direktoru X3 rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 143837 (yüz qırx üç min səkkiz yüz otuz yeddi) manat 19 (on doqquz) qəpik, ilkin mediasiya sessiyasında iştirak etmək üçün ödənilmiş 60 manat və ödənilmiş dövlət rüsumu əvəzində 374 manat alınaraq X9» X7 hesabına köçüdülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi qismində məhkəmədə izahat verən R.Ə.Şıxsəidova iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh İddiaçı nəzdində olan Ş.Ələsgərova adına 5 saylı X10 tibb bacısı vəzifəsində işləmişdir. Cavabdeh əmək haqqı kartına 2022-ci ilin dekabr ayından 2023-cü ilin mart ayına qədər ümumilikdə 191837,79 manat artıq vəsait köçürülmüşdür. Bununla bağlı prokurorluq orqanlarına şikayət olunmuş, Lalə artıq aldığı məbləğin bir hissəsini qaytararaq 143837 (yüz qırx üç min səkkiz yüz otuz yeddi) manat 19 (on doqquz) qəpik borclu qalmışdır. Cavabdeh tələb edilməsinə baxmayaraq pulu tam həcmdə qaytarmamışdır. Qeyd edilən səbəbdən İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Mülki işin hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 10:30-a təyin edilmiş, Cavabdeh xx.xx.2024-cü ildə məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh səhhəti ilə bağlı məhkəməyə sübut təqdim etmədiyindən onun vəsatəti təmin edilməyərək hazırlıq iclası keçirilərək məhkəmə baxışı xx.xx.2024-cü il tarixə saat 10:30-a təyin edilmişdir. Cavabdeh xx.xx.2024-cü ildə məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı problem olduğu üçün məhkəmə baxışının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh iclasda iştirak etmədiyindən məhkəmə baxışı xx.xx.2024-cü il tarixə saat 10:15-ə təxirə salınmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq qızılca xəstəliyindən əziyyət çəkdiyini bildirərək məhkəmə baxışının vaxtının dəyişdirlməsini xahiş etmiş, lakin üçüncü dəfə eyni məzmunlu teleqramla müraciət etməsinə baxmayaraq xəstəliyi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan təkrarən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İtsintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi X2 qəbul etdiyi cinayət işinin icraatına xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh şahid qismində ifadə verərkən əmək haqqı kartına 4 ay ərzində, yəni 2022-ci ilin dekabr ayından 2023-cü ilin mart ayına qədər 191837,79 manat pul köçürüldüyünü, səhv hesablama aparılmasını başa düşsə də bu barədə heç kimə demədiyini, həmin pulun təxminən 143000 manat məbləğini xərclədiyini etiraf etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Mülki işə baxılarkən məlum olmuşdur ki, İddiaçı 2022-ci ilin dekabr ayından 2023-cü ilin mart ayına qədər Cavabdeh məxsus pul kartına 191837,79 manat köçürmüşdür. Cavabdeh sözügedən məbləğin 143837 (yüz qırx üç min səkkiz yüz otuz yeddi) manat 19 (on doqquz) qəpik hissəsini hazırki vaxta qədər iddiaçıya qaytarmamışdır. Belə olan halda Cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən 143837 (yüz qırx üç min səkkiz yüz otuz yeddi) manat 19 (on doqquz) qəpik məbləği geri qaytarmalıdır. Həmin maddədə göstərimişdir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsində göstərilmişdir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsində qeyd olunmuşdur ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ilkin mediasiya sessiyasında iştirak etmək üçün ödədiyi 60 manat və hazırki tələbi irəli sürmək üçün dövlət rüsumu kimi ödədiyi 374 manat Cavabdeh alınaraq İddiaçıin hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 143837 (yüz qırx üç min səkkiz yüz otuz yeddi) manat 19 (on doqquz) qəpik, ilkin mediasiya sessiyasında iştirak etmək üçün ödənilmiş 60 manat və hazırki tələbi irəli sürmək üçün ödənilmiş dövlət rüsumu əvəzində 374 manat alınaraq İddiaçı hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar