Məhkəmə qərarları › İş №e-2(014)-1086/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1086/2023

04.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1086/2023 04.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19 və X3 iştirakı ilə İddiaçı cavabdeh Ağdaş rayon Notariat ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X23, X19, X14 və X15 qarşı notariat hərəkətlərinin aparılmasından imtinaya dair şikayət bağışlama müqaviləsinin təsdiq olunmasının Ağdaş rayon Notariat ofisinə həvalə olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ağdaş rayon Notariat ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X16 qarşı notariat hərəkətlərinin aparılmasından imtinaya dair şikayət bağışlama müqaviləsinin təsdiq olunmasının Ağdaş rayon Notariat ofisinə həvalə olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş şəhər, C.Məmmədquluzadə küçəsi 5-ci dalan, ev 2-də yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi onun, yəni İddiaçı, X5, X6, X3, X24, X9 və X10 ümumi paylı mülkiyyətindədir. O, sözügedən fərdi yaşayış evində 1/14, torpaq sahəsində 1/56 hissədə paya malikdir. O, öz payını digər paylı mülkiyyətçilərdən olan bibisi X16 bağışlamaq istəyir. Bunun üçün o, Ağdaş rayon Notariat ofisinə müraciət etmiş, lakin Ağdaş rayon Notariat ofisi 18 oktyabr 2022-ci il tarixli məktubu ilə fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin razılığının olmamasına və mülkiyyət sənədində adının Aytən göstərilməsi əsası ilə, yəni bağışlamaq istədiyi daşınmaz əmlakdakı payın ona məxsus olub-olmadığını müəyyən edilməsinin mümkün olmadığına görə, bağışlama müqaviləsinin təsdiq etməkdən imtina etmişdir. Daha sonra o, sənəddəki mövcud yalnışlığın aradan qaldırılması üçün müvafiq tədbirlər görmüşdür. Odur ki, Ağdaş şəhər, C.Məmmədquluzadə küçəsi 5-ci dalan, ev 2-də yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin onun, X5, X6, X7, X24, X8 və X10 ümumi paylı mülkiyyətdə olması barədə adlarına 16 fevral 2023-cü il tarixli ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Daha sonra o, yenidən Ağdaş rayon Notariat ofisinə müraciət etsə də, bu səfər ona yalnız fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin razılıqlarının olmamasına görə bağışlama müqaviləsinin rəsmiləşdirilməsindən imtina edilmişdir. Ağdaş rayon Notariat ofisi bağışlama müqaviləsinin təsdiqindən imtina etməyinin əsası kimi Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu maddəsini qeyd etmişdir: “Yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır” göstərmişdir. Lakin Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Notariat hərəkətlərinin aparılması haqqında təlimat Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən təlimatların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın qüvvəsi ilə müəyyən edilir. Belə olan halda Mülki Məcəllə ilə sözügedən təlimatı təsdiq edən Nazirlər kabinetinin qərarı ziddiyyət təşkil etdikdə hüquqi qüvvəsinə görə ondan yüksəkdə duran Mülki Məcəllə tətbiq edilməlidir. Mülki Məcəllədə də paylı mülkiyyətdə olan əmlaka dair öz payının bağışlanılmasına yol verildiyi və hər hansı bir məhdudiyyət müəyyən edilmədiyi üçün hesab edir ki, iddiası əsaslıdır. Göründüyü kimi sözügedən mübahisə notariatın hərəkətlərindən şikayət xarakteri daşıdığından mövcud mübahisəyə iddia icraatı qaydasında ümumi məhkəmələr baxmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X31 haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində 29 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, ünvan 1-də X19, X20, X14, X33, X25, X23 və onun paylı mülkiyyətlərində olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin onun payına dair hissəsinin (yaşayış evi 1/14, torpaq sahəsi 1/56) X16 bağışlamağına dair müqavilənin təsdiq olunmasının Ağdaş rayon Notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək ünvan 1də qeydiyyatda olan X19, X14 və X17 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmalarını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19 və X14 iddianı qəbul etməyərək mübahisə predmeti olan evin və torpaq sahəsinin atalarından onlara qaldığını, həmin torpaq sahəsində ev tikdirdiklərini, əziyyət çəkdiklərini bildirərək iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdeh Ağdaş rayon Notariat ofisinin nümayəndəsi, üçüncü şəxslər X23 və X25 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdeh Ağdaş rayon Notariat ofisinin nümayəndəsi, üçüncü şəxslər X23 və X9 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan xx.xx.2023-cü il tarixdə Ağdaş rayon Polis şöbəsi tərəfindən verilmiş 8/132 saylı məktubdan görünür ki, Ağdaş RPŞ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun kartotekasına əsasən X16 məxsus olan ünvan 1 ünvanında xx.xx.1956-cı il təvəllüdlü X19 xx.xx.2004-cü il tarixdən ünvan 2 ünvanında, xx.xx.1971-ci il təvəllüdlü X14 xx.xx.2008-ci il tarixdən ünvan 3 ünvanında, xx.xx.1990-cı il təvəllüdlü X25 xx.xx.2015-ci il tarixdən ünvan 4 ünvanında, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı xx.xx.2007-ci il tarixdən ünvan 5 ünvanında qeydiyyatdadır. Bunlardan başqa gösətrilən ünvanda qeydiyyatda olan yoxdur. İşin materillarında olan xx.xx.2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T № 215374 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1989-cu il tarixdə Ağdaş şəhərində doğulmuş, atası X20, anası X2r. İşin materillarında olan xx.xx.2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 468 saylı doğum haqqında arayışdan görünür ki, X21 xx.xx.1966-cı il tarixdə Ağdaş rayonu, Qəribli kəndində doğulmuş, atası X22, anası X4r. İşin materiallarında olan xx.xx.2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında arayışdan görünür ki, X1 Aytəkin Ələkbə qızı ilə 26 yanvar 2010-cu il tarixdə 23 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Mustafayev, arvada Mustafayeva soyadı verilmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 467 saylı ölüm haqqında arayışdan görünür ki, X20 xx.xx.2002-ci il tarixdə Bataqlıqda boğulma səbəbindən ölmüşdür. İşin materiallarında olan Ağdaş Notariat Ofisi tərəfindən verilmiş 18 oktyabr 2022-ci il tarixli, 776 saylı məktubdan görünür ki, bağışlanması nəzərdə tutulan fərdi yaşayış evi və torpaq sahəsinin hədiyyə vermək niyyətində olan şəxsə məxsus olmasını müəyyən etməyin mümkün olmamasına və fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin razılığının olmamasına görə bağışlanma müqaviləsinin rəsmiləşdirilməsi mümkün olmamışdır. İşin materiallarında olan Ağdaş Notariat Ofisi tərəfindən verilmiş 25 fevral 2023-cü il tarixli, 166 saylı məktubdan görünür ki, ünvan 6 ünvanında yerləşən paylı mülkiyyət üzrə İddiaçı məxsus ümumi 115.5 kv.m fərdi yaşayış evinin 1/14 hissəsinin və 0,175 ha torpaq sahəsinin 1/56 hissəsinin X16 bağışlanması barədə ərizəsinə baxılmış və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 49-cu hissəsinə əsasən yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınması qeyd edilmişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən ümumi 115.5 kv.m fərdi yaşayış evindən və 0,175 ha torpaq sahəsindən: Yaşayış evinin 2/14 hissəsi, torpaq sahəsinin 9/56 hissəsi X5; Torpaq sahəsinin 7/56 hissəsi X6; Yaşayış evinin 2/14 hissəsi, torpaq sahəsinin 9/56 hissəsi X3; Yaşayış evinin 2/14 hissəsi, torpaq sahəsinin 9/56 hissəsi X24; Yaşayış evinin 1/14 hissəsi, torpaq sahəsinin 1/56 hissəsi X9; Yaşayış evinin 1/14 hissəsi, torpaq sahəsinin 1/56 hissəsi İddiaçı; Yaşayış evinin 6/14 hissəsi, torpaq sahəsinin 27/56 hissəsi X10 nülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində ********** nömrə ilə qeydə alınmışdır. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, Ağdaş şəhər, C.Məmmədquluzadə küçəsi 5-ci dalan, ev 2-də yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi İddiaçı, X5, X6, X3, X24, X9 və X10 ümumi paylı mülkiyyətindədir. O, sözügedən fərdi yaşayış evində 1/14, torpaq sahəsində 1/56 hissədə paya malikdir. İddiaçı sözügedən fərdi yaşayış evində 1/14, torpaq sahəsində 1/56 hissədə payı X16 bağışlamaq istəmiş və bununla bağlı Ağdaşrayon Notariat ofisinə müraciət etməsinə baxmayaraq, ona həmin evdə qeydiyyatda olan digər şəxslərin də razılıq verməli olduqları bildirilmişdir. Mülki Məcəllənin 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı cavabdeh Ağdaş rayon Notariat ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23, X19, X14 və X15 qarşı notariat hərəkətlərinin aparılmasından imtinaya dair şikayət bağışlama müqaviləsinin təsdiq olunmasının Ağdaş rayon Notariat ofisinə həvalə olunması tələbinə dair iddia ərizəsi təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində 29 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, ünvan 1-də X19, X20, X14, X33, X25, X23 və İddiaçı paylı mülkiyyətlərində olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin İddiaçı payına dair hissəsinin (yaşayış evi 1/14, torpaq sahəsi 1/56) X16 bağışlamağına dair müqavilənin təsdiq olunması Ağdaş rayon Notariat ofisinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdeh Ağdaş rayon Notariat ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X23, X19, X14 və X15 qarşı notariat hərəkətlərinin aparılmasından imtinaya dair şikayət bağışlama müqaviləsinin təsdiq olunmasının Ağdaş rayon Notariat ofisinə həvalə olunması tələbinə dair iddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində 29 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, ünvan 1-də X19, X20, X14, X33, X25, X23 və İddiaçı paylı mülkiyyətlərində olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin İddiaçı payına dair hissəsinin (yaşayış evi 1/14, torpaq sahəsi 1/56) X16 bağışlamağına dair müqavilənin təsdiq olunması Ağdaş rayon Notariat ofisinə həvalə edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar