Məhkəmə qərarları › İş №e-2(014)-1171/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1171/2025

05.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1171/2025 05.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 981,06 manat borc və ödənilmiş 30 manat pul alınaraq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X10 ilə "xxxx" ASC arasında elektrik enerjisinin alqı-satqısının bir tipli xx.xx.2025-ci il tarixli ******* saylı müqaviləsinə əsasən X2 nəticəsində xx.xx.2025-ci il tarixə 903 manat məbləğində borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən məişət abonenti ilə enerji təchizatı müəssisəsi arasında elektrik enrjisinə görə hesablaşma dövrü 1 ay müəyyən edilir. Əgər göstərilən müddət ərzində məişət abonenti tərəfindən elektrik enerjisinin dəyəri ödənilməzsə həmin evə verilən elektrik enerjisinin təchizatı dayandırılmalıdır. Həmçinin həmin müqavilənin 7-ci bəndinə əsasən tərəflər arasında X2 mübahisəli məsələlər yatardıqda, enerji təchizatı müəssisəsi və ya məişət abonenti bilavasitə məhkəməyə müraciət edə bilər. Əlavə olaraq bildiririk ki, hər il abonentlə enerji təchizatı müəssisəsi arasında bir tipli alqı-satqı müqaviləsi bağlanaraq yenilənir. X6 xx.xx.2025-ci il tarixdə yaşadığı fərdi yaşayış evinin sayğacına Ağdaş EŞ-nin ESŞ-nin əməkdaşları baxış keçirilən zaman sayğacdan kənar bir başa xətt çəkilərək elektrik enerjisindən qeyri qanuni istifadə edildiyi üçün “EEİQ”nın tələblərinə uyğun olaraq R37395 saylı Akt tərtib etmişdirlər. Azərbaycan Respublikasının “Elektroenergetika haqqında” Qanunun 19.16-cı maddəsinin tələblərinə uyğun olaraq toplanmış materiallar AR-nın İXM-nin 282-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanması məsələsinə baxılıb tədbir görülməsi üçün X1 Agentliyinin Mingəçevir filialına göndərilmişdir. X1 Agentliyinin Mingəçevir filialının işçiləri tərəfindən göstərilən ünvanda araşdırma aparılarkən müəyyən olunmuşdur ki, Ə.Ə.Hümmətova məxsus Ağdaş rayonunun, Xosrov kəndində yerləşən fərdi yaşayış evində X2 zamanı həmin evdə onunla birlikdə yaşayan oğlu Cavabdeh tərəfindən “EEİQ”nın tələbləri pozularaq yaşadıqları evdə onun tərəfindən qeyri qanuni kənar xətt çəkilərək X2 edilməsi faktı aşkar edilmişdir. X1 Agentliyinin Mingəçevir filialının rəisi X3 xx.xx.2025-ci il tarixli MN №1276317 saylı qərarına əsasən X8 məxsus yaşayış evində elektrik enerjisindən qanunsuz istifadə edən oğlu X11 barəsində AR-nın İXM-nin 282.1-ci maddəsinə əsasən inzibati xəta törətdiyinə görə qərar qəbul olunmuşdur. "xxxx"ASC tərəfindən abonent X10 barəsində kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Ağdaş rayon Məhkəməsinə ərizə ilə müraciət edilmiş, lakin məhkəmənin xx.xx.2025-ci il tarixli 2(014)-676/2025 saylı Qətnaməsinə əsasən inzibati xətanı törədən Cavabdeh əsas götürərək cavabdeh tərəfi düzgün müəyyən edilməməsindən X9 qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia tələbi təmin edilməməsi barədə Qətnamə çıxarılmışdır. Buradan da görünür ki, həqiqətən X10 abonent olmasına baxmayaraq yaşadıqlari evə kənar xətt oğlu Cavabdeh tərəfindən çəkilmişdir. İzah edir ki, “EEİQ”ı enerji pozuntusunun yalnız istehlakçı (abonent) tərəfindən törədilməsini ehtiva etmir. X2 Qaydaları pozulması yalnız istehlakçı tərəfindən deyil, hər hansı bir fiziki və ya hüquqi şəxs tərəfindən törədilə bilər. Bele olan halda qeyd olunan pozuntu faktına görə cavabdehlik həmin şəxsin üzərinə düşür. Beləliklə pozuntu faktı ilə əlaqədar toplanmış materiallar üzrə X1 Agentliyinin Mingəçevir filialına göndərilmiş materiallar araşdırılarkən pozuntu faktının məhz məişət abonenti kimi Ağdaş EŞ-nin Proqram bazasında **********00196 saylı istehlakçı kodu ilə qeydiyyatda olan X7 onunla birlikdə yaşayan oğlu Cavabdeh tərəfindən törədildiyi müəyyən edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən müvafiq tədbir görülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, ******* saylı enerji təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli müqaviləsinin 5-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşma dövrü bir ay qəbul olunur. 373595 nömrəli icra vərəqəsindən görünür ki, 25 yanvar 2025-ci il tarixdə Cavabdeh yaşadığı Ağdaş rayonu, Xosrov kəndində yerləşən evinə baxış keçrilmiş və baxış zamanı sayğacdan kənar xətt aşkar edilmiş, həmin xətt ləğv edilməklə cəmi ziyan məbləği 981.06 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, **********00196 saylı abunə haqqında saldonun surətindən görünür ki, abonent Cavabdeh 2025-ci il tarixinə qədər təbii qazdan istifadəyə görə 903 manat borc hesablanmışdır. 19 fevral 2025-ci il tarixli MN-1276317 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh AR-nın X4 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Mədaxil qəbzindən görünür ki, "xxxx" ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə müəyyən olundu ki, Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi bağlanmışdır. Cavabdeh elektrik enerjisindən qeyri qanuni istifadə etməsi "xxxx" ASC-nin nümayəndələri tərəfindən sayğaca baxış keçirilmiş və elektrik enerjisindən qeyri-qanuni sitifadə olunması aşkar edilərək akt tərtib edilmişdir. Elektrik enerjisindən qeyri-qanuni istifadəyə görə 981.06 (doqquz yüz səksən bir manat, altı qəpik) manat borc hesablanmışdır. “X2 Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarının 8.14-cü maddəsinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 981.06 (doqquz yüz səksən bir manat, altı qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 981.06 (doqquz yüz səksən bir manat, altı qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar