Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1213/2022 15.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış CAR-1912 saylı “Daxili lizinq” müqaviləsinə əsasən onun müvəqqəti sahiblik və istifadəsinə İddiaçı MMC-nin mülkiyyətində olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil verilmişdir. Cavabdehlər lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərini pozmuş və barələrində inzibati xəta haqqında protokollar tərtib olunaraq cərimə olunmuşlar. Həmin şəxslər cərimələri ödəməkdən yayındığı üçün İddiaçı MMC-yə məxsus qeyd edilən avtomobilin üzərində olan cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Həmin cərimələr Cavabdeh3 tərəfindən törədilmiş İXP ******* saylı protokola görə 160 manat, Cavabdeh1 tərəfindən törədilmiş EQ ******* saylı protokola görə 64 manat, Cavabdeh2 tərəfin törədilmiş İXP ******* saylı protokola görə 96 manat, EQ ******* saylı protokola görə 80 manat, EQ ******* saylı protokola görə 16 manat, EQ ******* saylı protokola görə 64 manat, EQ ******* saylı protokola görə 80 manat, EQ ******* aaylı protokola görə 80 manat, İXP ******* saylı protokola görə 96 manat, ümumilikdə 736 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vasitəsi ilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimlər tərəflərindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə Yol hərəkəti Haqqında Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vasitəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inspektorlarına təlimat verilir. Bununla da şirkətin mülkiyyətində olan nəqliyyat vasitəsi X5 İdarəsinin cərimə meydançasına yerləşdirilir. Avtomobil cərimə meydançasında qaldığı müddətdə avtomobilin mühafizə olunmasına görə duracağa şirkət tərəfindən əlavə vəsait ödənilir və avtomobil saxlanıldığı müddətdə avtomobildən iddiaçı gəlir əldə edilə bilmir. Buna görə də İddiaçı MMC həmin cərimələri ödəyir və avtomobil cərimə meydançasından çıxarılır. Odur ki, Cavabdeh3 160 manat, Cavabdeh1 64 manat, Cavabdeh2 512 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu isə müştərək qaydada cavabdehlərdən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı MMC-nin nümayəndəsi Ə.Fərəcov ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə daxil olmuş yazılı məlumatdan görünür ki, iş üzrə Cavabdeh3 qeydiyyatda olduğu Ağdaş rayonu, Hüşün kəndində yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanaraq məhkəmə iş üzrə Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, CAR-1912 saylı Daxili lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış CAR-1912 saylı “Daxili lizinq” müqaviləsi bağlanmışdır. İş materiallarında olan ödəniş tapşırıqlarının surətlərindən görünür ki, ********** saylı, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən İXP 3279***-*******-EQ3331770 saylı qərar üzrə 336 manat, ********** saylı, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən İXP 3007791-EQ3192***-******* qərar üzrə 240 manat, ********** saylı, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən EQ3331***-*******-3331759 saylı qərar üzrə 160 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə inzibati xəta törətmiş, 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Cavabdeh3 xx.xx.2020-ci il tarixdə inzibati xəta törətmiş və 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında elektron qərarların surətlərindən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə inzibati xəta törədərək 60 manat məbləğində, xx.xx.2020-ci il tarixdə inzibati xəta törədərək 50 manat və 10 manat məbləğlərində, xx.xx.2020-ci il tarixdə inzibati xəta törədərək 40 manat məbləğində, xx.xx.2020-ci il tarixdə inzibati xəta törədərək 50 manat məbləğində, xx.xx.2020-ci il tarixdə inzibati xəta törədərək 50 manat məbləğində, xx.xx.2019-cu il tarixdə inzibati xəta törədərək 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh1 ünvanlanmış 10 iyun 2022-ci il tarixli, 181 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış CAR-1912 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Daewoo Gentra” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil Cavabdeh1 istifadəsinə verilmiş və Cavabdeh1 istifadəsində olan müddət ərzində olan müddət ərzində inzibati xəta ilə əlaqədar inzibati cərimə edilmiş, İddiaçı MMC tərəfindən EQ 312266 saylı X3 əsasən 60 manat məbləğində cərimə ödənilmişdir. Cavabdeh1 7 gün ərzində İddiaçı MMC-yə yaranmış borcun ödənilməsi üçün xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh2 ünvanlanmış 10 iyun 2022-ci il tarixli, 180 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış CAR-1912 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Daewoo Gentra” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil Cavabdeh2 istifadəsinə verilmiş və Cavabdeh2 istifadəsində olan müddət ərzində olan müddət ərzində inzibati xəta ilə əlaqədar inzibati cərimə edilmiş, İddiaçı MMC tərəfindən İXP 3141759, EQ 3331770, EQ 3331767, EQ 3331761, EQ 3331759, EQ ******* və İXP ******* saylı X3 əsasən 512 manat məbləğində cərimə ödənilmişdir. Cavabdeh2 7 gün ərzində İddiaçı MMC-yə yaranmış borcun ödənilməsi üçün xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh3 ünvanlanmış 10 iyun 2022-ci il tarixli, 182 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış CAR-1912 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Daewoo Gentra” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil Cavabdeh3 istifadəsinə verilmiş və Cavabdeh3 istifadəsində olan müddət ərzində olan müddət ərzində inzibati xəta ilə əlaqədar inzibati cərimə edilmiş, İddiaçı MMC tərəfindən İXP ******* saylı X3 əsasən 160 manat məbləğində cərimə ödənilmişdir. Cavabdeh3 7 gün ərzində İddiaçı MMC-yə yaranmış borcun ödənilməsi üçün xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən olundu ki, Azevrocar” MMC ilə X2 arasında bağlanmış CAR-1912 saylı “Daxili lizinq” müqaviləsinə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PX- *** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil X1 istifadəsinə verilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərini pozmuşlar və barələrində inzibati xəta haqqında protokollar tərtib olunaraq cərimə olunmuşlar və onlar cərimələri ödəməkdən yayındığı üçün İddiaçı MMC-yə məxsus qeyd edilən avtomobilin üzərində olan cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərdən həmin pulun tələb edilməsi əsaslıdır və təmin edilməli, Cavabdeh3 160 manat, Cavabdeh1 64 manat, Cavabdeh2 512 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu isə müştərək qaydada cavabdehlərdən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh3 160 (yüz altmış) manat, Cavabdeh1 64 (altmış dörd) manat, Cavabdeh2 512 (beş yüz on iki) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №e-2(014)-1213/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1213/2022
15.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver