Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-214/2024 20.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, Ərizəçi İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi İddiaçı maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə qarşı şəxsin qohumluq münasibətlərində olma faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə qarşı şəxsin qohumluq münasibətlərində olma faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 09 yanvar 2021-ci il tarixdə Ağdaş rayonu, Hacılar kəndində ölmüş X5 onun dogma bacısı olmağı barədə qohumluq münasibətləri faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi İddiaçı mərhum atası X15 ilə mərhum anası X6 birgə nikahlarından iki övladları - xx xxxx 1930-cu il tarixdə ərizəçi, yəni X16 və 01 iyul 1933-cü il tarixdə bacısı, yəni X11 doğulmuşdur. Mərhum bacısının adına 01 fevral 1990-cı il tarixdə verilmiş ЖГ seriyalı, 407153 saylı doğum haqqında şəhadətnamədə soyadı “Abdullayeva”, valideynləri qrafasında ata soyadı, adı və atasının adı “X24”, anasının soyadı, adı və atasının adı isə “X13” kimi, 05 yanvar 1950-ci il tarixdə onun adına verilmiş ИE seriyalı, 213634 saylı doğum haqqında şəhadətnamədə isə onun soyadı “Həsənova” valideynləri qrafasında atasının soyadı, adı və atasının adı X17, anasının soyadı, adı və atasının adı “X12” kimi göstərilmişdir. Ərizəçi evlənməmişdir. Mərhum bacısı Ağdaş rayonu, Pirkəkə kənd sakini X18 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Evləndikdən sonra “Abdullayeva” soyadını qəbul etmişdir. Onların birgə nikahlarından övladları olmamışdır. Torpaq İslahatı zamanı Ağdaş rayon Aqrar İslahat Komissiyasının 04 noyabr 1998-ci il tarixli 19 saylı qərarına və 12 iyul 2000-ci il tarixdə 14289 saylı ilə Dövlət Aktı kitabında qeydə alınmış JN:0018 kod 90311018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X1 ilə əri X8 ümumi birgə mülkiyyətinə Ağdaş rayonu, Pirkəkə kəndi ərazisində 1,92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bacısının əri X18 xx.xx.2006-cı il tarixdə Ağdaş rayonu, Pirkəkə kəndində ölmüşdür. Bacısının ərinin ölümündən sonra ondan miras qalmış həmin torpaq sahəsindən mərhuma çatası payını faktiki olaraq bacısı qəbul etmişdir. Bacısının əri öldükdən bir müddət sonra bacısı onun yanına qayıtmışdır və ölən günədək onunla birlikdə yaşamışdır. X1 09 yanvar 2021-ci ildə Ağdaş rayonu, Hacılar kəndində yaşadıqları təsərrüfatda ölmüşdür. Onun ölümündən sonra ondan miras qalmış 1,92 hektar torpaq sahəsini mərhumun ondan başqa qanun üzrə birinci və ikinci növbə vərəsələri olmadığına görə qanun üzrə ikinci növbə vərəsə kimi faktiki olaraq qəbul etmiş, həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etməklə onu idarə etmişdir. Mərhum bacısının ölümündən sonra onun mülkiyyətinə verilmiş torpaq sahəsinə mərhumun ondan başqa qanun üzrə birinci və ikinci növbədə vərəsələri olmadığına və qanun üzrə ikinci növbə vərəsə kimi ondan miras qalmış əmlakı faktiki olaraq özü qəbul etdiyindən ondan irs qalmış əmlakın qəbulunu rəsmiləşdirmək üçün Ağdaş rayon Notariat ofisinə müraciət etmişdir. Lakin mərhum valideynləri X15 ilə X6 nikah və ölüm haqqında akt qeydləri aşkar olunmadığından, 05 yanvar 1950-ci il tarixli 15 saylı doğum haqqında akt qeydinə əsasən ərizəçinin adına verilmiş ИЕ 213634 saylı 05 yanvar 1950-ci il tarixli doğum haqqında şəhadətnamədə soyadı “Həsənova”, ata qrafasında atalarının soyadı, adı və ata adı “X17” kimi, mərhum bacısının adına verilmiş 01 fevral 1990-cı il tarixli, ЖГ seriyalı, 407153 saylı doğum haqqında şəhadətnamədə soyadı “Abdullayeva” valideynləri qrafasında ata soyadı, adı və atasının adı “X24”, anasının soyadı, adı və atasının adı isə “X13” kimi yazıldığından və onların doğum və ölüm haqqında akt qeydləri aşkar edilmədiyindən miras qoyan mərhum X5 ərizəçinin doğma bacısı olmağını təsdiq edən hüquqi əhəmiyyəti olan sənədləri əldə edə bilmədiyinə görə maraqlı şəxs Ağdaş rayon Notariat ofisi tərəfindən vərəsəlik işinin açılması mümkün olmamışdır. Ona görə də maraqlı orqan Ağdaş rayon Notariat ofisi 880 nömrəli, 13 dekabr 2023-cü il tarixli məktubu ilə mərhum X1 ilə ərizəçinin doğma bacı olmaları faktının, yəni qohumluq münasibətlərndə olma faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ərizəçinin 09 yanvar 2021-ci il tarixdə Ağdaş rayonu, Hacılar kəndində ölmüş X5 doğma bacısı olmağı, yəni mərhumun ərizəçinin doğma bacısı olmağı faktı məhkəməyə dəvət edəcəyi şahidlərin ifadələri ilə də təsdiq olunacaq. Ərizəçinin 09 yanvar 2021-ci il tarixdə Ağdaş rayonu, Hacılar kəndində ölmüş X5 doğma bacısı olmağı, yəni mərhumun ərizəçinin doğma bacısı olmağını təsdiqləyən sənədləri başqa qaydada əldə edə bilmədiyinə görə hazırki ərizə ilə məhkəməyə müraciət edir. Qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ərizəçiyə vərəsəlik hüququnun əmələ gəlməsi ilə əlaqədar lazımdır. Məhkəmə iclasında ərizəçi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, İddiaçı və mərhum bacısı atası X15 və anası X6 birgə nikahlarından doğulmuşlar. Doğulduqdan sonra hər ikisinin doğumu dövlət qeydiyyatına alınmış və doğum haqqında şəhadətnamə verilmişdir. Lakin Əmənəyə məxsus doğum haqqında şəhadətnamə qrafasında yalnışlığa yol verilərək Əminənin soyadı “Abdullayeva”, ata və ana qrafasında isə atası X24, anası isə X3 qeyd edilmişdir. X2 ilə rəsmi nikah qeydə aldırmaqla evlənmişlər, lakin birgə nikahlarında uşaqları doğulmamışdır. Onlar birgə nikahda olarkən mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Əminənin əri öldükdən sonra həmin torpaq sahəsi Əminəyə miras qalmışdır. Bundan sonra Əminə də ölmüşdür. Lakin Əminənin başqa varisi olmadığından və birinci dərəcəli varisi Zəmilə olduğundan Əminədən qalmış həmin əmlakı faktiki olaraq Zəmilə idarə etmişdir. Həmin miras qalmış əmlakı Ağdaş rayon Notariat ofisində adına rəsmiləşdirmək istəyərkən mərhum Əminənin doğum haqqında şəhadətnaməsində qeyd edilmiş məlumatlarla özünün doğum haqqında şəhadətnaməsində qeyd olunmuş məlumatlar arasında ziddiyyətlər yarandığından vərəsəlik işinin açılması mümkün olmamış və Zəmiləyə mərhum X5 doğma bacısı olma faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmiş və buna dair ona Ağdaş rayon Notariat ofisi tərəfindən imtina məktubu verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq mərhum X5 İddiaçı dogma bacısı olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Ağdaş rayon Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X14 izahatında bildirdi ki, ərizəçi İddiaçı tanıyır. Belə ki, Zəmilə və mərhum bacısı Əminə onun ata bir ana ayrı olmaqla xalalarıdır. Babası Mikayıl olub və babasının soyadı Həsənov olmuş, babasının ikinci arvadı isə Həbibə olmuşdur. Həbibənin 2 qızı olmuşdur. Zəmilə və Əminə doğma bacı olmuşlar. Əminə onların kəndinə ərə gəlmişdir. Evliliyindən uşaqları olmamışdır. O, Əminə ilə Zəmilənin doğma bacı olmalarını təsdiq edir. Sadəcə onların doğum haqqında şəhadətnamələrində məlumatlar fərqli qeyd olunub. Məhkəmə iclasında şahid qismində dindirilən X19 izahatında bildirdi ki, Zəmilə onun həmkəndlisidir. O, Zəmiləni bir ya ikinci sinifdə oxuyandan tanıyır. Onlar iki bacı olublar Əminə və Zəmilə, eyni ata və ananın uşaqları olmuşlar. Əminə evlənmiş və ərinin yaşadığı Pirkəkə kəndinə gəlin köçmüşdür. Lakin əri öldükdən sonra Əminə kəndə geri qayıdaraq Zəmilənin evində qalmışdır. Ona Zəmilə və Zəmilənin uşaqları baxmışlar, hətta Zəmilənin evində vəfat etmiş və yas mərasimi də Zəmilənin evində keçirilmişdir. X42, anası isə Həbibə olmuşdur. İşin materiallarında olan 5 yanvar 1950-ci il tarixdə Xaldan rayon Zaks Bürosu tərəfindən verilmiş ИЕ № 213634 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx xxxx 1930-cu il tarixdə Xaldan rayonunda doğulmuş, atası X15, anası X7r. İşin materiallarında olan 1 fevral 1990-cı il tarixdə Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş Xİİİ-ЖГ № 407153 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 1 iyul 1933-cü il tarixdə Ağdaş rayonu, Hacılı kəndində doğulmuş, atası X24, anası X9r. İşin materiallarında olan 7 aprel 2006-cı il tarixdə Ağdaş RİHB-nın Pirkəkə İƏD üzrə nümayəndəliyi tərəfindən AZ-İ № 178315 saylı verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 29 mart 2006-cı il tarixdə qaraciyər serrozu səbəbindən ölmüşdür. İşin materiallarında olan 13 yanvar 2021-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 143196 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 9 yanvar 2021-ci il tarixdə Dəqiqləşdirilməmiş kəskin miokard infarktı səbəbindən ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 oktyabr 2023-cü il tarixli, 3-16-5/8-957/2023 saylı arayışın surətindən görünür ki, X15 və X6 nikahı haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 02 noyabr 2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 2 noyabr 2023-cü il tarixli, 3-16-5/8-956/2023 saylı arayışın surətindən görünür ki, Ağdaş rayonu, Hacılı kəndində doğulmuş X10 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 02 noyabr 2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 2 noyabr 2023-cü il tarixli, 3-16-5/8-956-1/2023 saylı arayışın surətindən görünür ki, Ağdaş rayonu, Hacılı kəndində doğulmuş X6 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 02 noyabr 2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşin materiallarında olan Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş 244 saylı, 19 oktyabr 2023-cü il tarixli arxiv arayışının surətindən görünür ki, Ağdaş rayon Dövlə Arxivində saxlanılan Ağdaş rayon Qeydiyyat şöbəsinin (VVAQ) Ağdaş rayon Aşağı Nemətabad və Şıxlı kəndinə aid olan ölüm kitablarına baxış zamanı X15 və X6 ölüm akt qeydinə rast gəlinməmişdir. X15 və X6 nikahlarının olub-olmaması ilə bağlı heç bir sənədə rast gəlinməmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 1 fevral 2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və Ağdaş rayon Qeydiyyat şöbəsinin arxivində X10 nikahda və övladları olubolmaması barədə məlumat aşkar olunmamışdır. 1949-cu ilə qədər akt qeydləri Ağdaş rayon Dövlət arxivinə verilmişdir. İşin materiallarında olan Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 fevral 2024-cü il tarixli, 3-16-5/8-13-320/2024 saylı məktubun surətindən görünür ki, evlənmə haqqında 296 nömrəli, iyul 1955-ci il tarixli akt qeydinin surətindən görünür ki, X4 Zamila Mikayıl qızı ilə rəsmi nikah qeydə aldırmışlar. Kişiyə Musaev, qadına Musaeva soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Notariat Arxivi tərəfindən verilmiş 13 fevral 2024-cü il tarixli, 5-32-15/2-4/2024 saylı məktubdan görünür ki, Ağdaş rayon Dövlət Arxivində 144 nömrəli fondda saxlanılan Ağdaş rayon Qeydiyyat şöbəsinin sənədlərinə baxış zamanı X10 evli olub-olmaması barəsində heç bir məlumata rast gəlinməmişdir. İşin materiallarında olan Ağdaş rayon Polis şöbəsinin 7 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Ağdaş RPŞ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupun kartotekası ilə X15 və X12 qeydiyyatdan keçmir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-0018 nömrəli kod 90311018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, X23 və ailə üzvü X5 mülkiyyətinə Ağdaş rayonu, Pirkəkə kəndindən 1,92 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Notariat ofisinin 13 dekabr 2023-cü il tarixli, 880 saylı məktubundan görünür ki, İddiaçı X11 ilə qohumluq münasibəti faktının və mirasın qəbulu faktının təsdiq edilməsi ilə bağlı müvafiq ərizə ilə müraciət etmək hüququ ərizəçiyə izah olunmuşdur. Məhkəmə ərizəçinin nümayəndəsini, şahidlərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 1 iyul 1933-cü il tarixdə doğulmuş X5 xx xxxx 1930-cu il tarixdə doğulmuş İddiaçı bacısı olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə qarşı şəxsin qohumluq münasibətlərində olma faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilsin. 1 iyul 1933-cü il tarixdə doğulmuş X5 xx xxxx 1930-cu il tarixdə doğulmuş İddiaçı bacısı olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-214/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-214/2024
20.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver