Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-2174/2025 07.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızı, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X2 qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X2 qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 643,95 manat, cavabdeh X1 isə 643,95 manat və ödənilmiş 30,31 manat pul alınaraq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsin. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsində qeyd edilən tələb aydın və dəqiq yazılmamışdır. Belə ki, mülki işin materiallarından görünür ki, X3 ilə "xxxx" ASC arasında elektrik enerjisinin alqı-satqısının birtipli 01 iyul 2025-ci il tarixli, ******* saylı müqaviləsi bağlanmışdır. İddia ərizəsində qeyd edilir ki, X3 ilə "xxxx" ASC arasında elektrik enerjisinin alqısatqısının birtipli 01 iyul 2025-ci il tarixli ******* saylı müqaviləsinə əsasən elektrik enerjisindən istifadə nəticəsində 03 noyabr 2025-ci il tarixə 1031 manat məbləğində borcu yaranmışdır. Həmin borcun 387,05 manat istifadə edilmiş elektrik enerjisinin dəyəri və 643,95 manat məbləğində isə N.M.Əzizovun oğlu Cavabdeh tərəfindən “EEİQ”-nın tələblərini pozaraq qanunsuz istifadə etdiyi kənar xəttə görə yaranmış itirilmiş enerjinin bərpası məqsədi ilıə hesablanan məbləğdir. Lakin iddiaçı iddia tələbinin xahiş etdi hissəsində Cavabdeh 643,95 manat, cavabdeh X1 isə 643,95 manat pul tutulması tələb edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarıldığından iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 29 oktyabr 2025-ci il tarixli, № **********66 nömrəli qəbzlə, Azərbaycan Respublikası Mərkəzi Bankı – Asan Ödəniş sistemi vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödənilmiş 30,31 (otuz manat, otuz bir qəpik) manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3, 284-4.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X2 qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 29 oktyabr 2025-ci il tarixli, № **********66 nömrəli qəbzlə, Azərbaycan Respublikası Mərkəzi Bankı – Asan Ödəniş sistemi vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödənilmiş 30,31 (otuz manat, otuz bir qəpik) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-2174/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-2174/2025
07.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver