Məhkəmə qərarları › İş №e-2(014)-2219/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-2219/2025

10.03.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-2219/2025 10.03.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, X1 və Cavabdeh3 qarşı "Müqavilələrin etibarsız sayılması” barədə iddiasına mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 ilə Cavabdeh4 arasında ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.2652 ha olan torpaq sahəsindən 0.05 ha hissənin 9500 manata satılmasına dair Ağdaş rayon Notariat Ofisində 16 oktyabr 2024-cü il tarixdə bağlanmış AN-1№1308725 nömrəli alqı satqı müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh2 arasında Ağdaş şəhəri Ərəş küçəsi dalan 6, ev (Yeni qaydalarla ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 65.2 kv metr olan 3 otaqlı fərdi yaşayış evini və 0.2065 ha olan torpaq sahəsindən 0.0922 ha hissənin 40000 manata satılmasına dair Ağdaş rayon Notariat Ofisində 07 noyabr 2024-cü il tarixdə bağlanmış AN-1№1308763 nömrəli alqı satqı müqaviləsinin, Cavabdeh1 ilə X1 arasında ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 0.1143 ha olan torpaq sahəsindən 0.06 ha hissənin 12500 manata satılmasına dair Ağdaş rayon Notariat Ofisində 09 yanvar 2025-ci il tarixdə bağlanmış AN-1№1332515 nömrəli alqı satqı müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh3 arasında Ağdaş şəhəri Ərəş küçəsi 16b (Yeni qaydalarla Ağdaş şəhəri Səttar Bəhlulzadə küçəsi giriş 15) ünvanda yerləşən ümumi sahəsi 0.0543 ha olan torpaq sahəsini 5000 manata satılmasına dair Ağdaş rayon Notariat Ofisində 13 iyun 2025-ci il tarixdə bağlanmış AN-1№1345691 nömrəli alqı satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2026-cı il tarixdə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (tarix: xx.xx.2025; qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, X1 və Cavabdeh3 qarşı "Müqavilələrin etibarsız sayılması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (tarix: xx.xx.2025; qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar