Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-23/2025 04.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Osmanlı Elvin Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh3, (eyni zamanda digər cavabdehlər Cavabdeh1 və X4 nümayəndəsi) onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, X12 və Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, X12 və Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 qardaşı, digərləri isə onun arvadı və uşaqlarıdır. ünvan 1 ünvanda yerləşən 0.22 ha torpaq sahəsi üzərində onun və cavabdehlərin hər birinin 2/12 hissədə paylı mülkiyyət hüququ vardır. 3-cü şəxs, əri X5 və mərhum qaynatası X2 isə həmin ünvanda yerləşən 68.3 kv. metr yaşayış evi üzərində hər birinin ½ hissədə, 0.22 ha torpaq sahəsi üzərində isə hər birinin 1/12 hissədə payı vardır. O, həmin 2/12 hissədə olan əmlak payının naturada bölünməsini istəyir. Ancaq bununla bağlı ümumi razılığa gələ bilməmişlər. Ona görə də payın naturadan ayrılmasına haqqında qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək bildirdi ki, ünvan 2 ünvanda yerləşən 0.22 ha torpaq sahəsində olan 2/12 hissədən ibarət əmlak payının naturada bölünməsi, həmin payın 6.5x37.7 və 56.4x2.1 metr olmaqla naturada ayrılması 366 kvadrat metrlik sahənin şəriksiz istifadəsinə verilməklə paylı mülkiyyət hüquqlarına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı məhkəməyə iddia tələbinin azaldılmasına dair ərizə verərək bildirdi ki, ünvan 2 ünvanda yerləşən 0.22 ha torpaq sahəsində olan 2/12 hissədən ibarət əmlak payının naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək payın naturada bölünməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 (eyni zamanda digər cavabdehlər Cavabdeh1 və X4 nümayəndəsi) izahatında iddia tələbinin rədd edilmləsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 vəkili Vəkil2 iddia tələbinin rədd edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, X12 və Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən gəlməyən cavabdehlər Cavabdeh1, X12 və Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş **********90-10301 retestr nömrəli Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Qaradağlı kəndi, Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 68.3 kv. metr yaşayış evi üzərində X9 və X5 ½ hissədə, 0.22 ha torpaq sahəsi üzərində isə X6 2/12 hissədə, X8 2/12 hissədə, X4 2/12 hissədə, Cavabdeh2 2/12 hissədə, İddiaçı 2/12 hissədə, X2 1/12 hissədə, X5 1/12 hissədə payları olmaqla xüsusi mülkiyyətlərindədir. Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyat nömrəsi ********** saylı, xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi ********** saylı xx.xx.2023-cü il qeydiyyat tarixli qeydə alınmışdır. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(014)-1884/2021 qətnaməsinin surətindən görünür ki, iddia tələbinin qismən təmin edilmiş, Ağdaş rayon Qaradağlı kəndində yerləşən X10, X14, Cavabdeh3, Cavabdeh1, X12 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan JN-99A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0,22 ha torpaq sahəsinə X2 1/6 hissədə payı müəyyən edilmiş, Ağdaş rayon Qaradağlı kəndində yerləşən X10, X14 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan JN- 116 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan 0,64 ha torpaq sahəsinə X2 1/3 hissədə payı müəyyən edilmiş, X1 miras qalmış əmlakın X13 və Cavabdeh3 tərəfindən qəbul edilməsi müəyyən edilmiş, X5 mirasa 1/2 hissədə payı müəyyən edilməklə, onun adına vərəsəlik şəhadətnaməsi verilməsi qət edilmişdir. Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 03/17662 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli ********** saylı ərizəsinə və xx.xx.2023-cü il tarixli ********** saylı müqaviləyə əsasən DƏDK və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən mülkiyyətində olan fərdi yaşayış qiymətləndirilmə işi aparılmışdır. Qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında fərdi yaşayış evinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Daşınmaz əmlakın hüquqmüəyyənedici sənədlərə əsasən xx.xx.2023-cü il tarixinə bazar dəyəri 17 000 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən 27 noyabr 2024-cü il tarixli 3-21-3-35/2-4932/2024 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0.22 ha torpaq sahəsində olan 2/12 hissədən ibarət əmlak payının naturada həyətin şimal-qərb hissəsindən və qərb hissəsindən sualda qeyd edilmiş metrələrlə uyğun naturada tərəflərin razılığı əsasında tərtib edilmiş yerquruluşu planında göstərilmiş bölgüyə uyğun bölgüsü mümkündür. Lakin cavabdehlərə bölgüsü mümkün olan torpaq sahəsinə giriş-çıxış məhdudlaşdırılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 mart 2025-ci il tarixli 3-16-16/2-10/9654/2024 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə uyğun olaraq ünvan 4 ünvanında yerləşən 0.22 ha torpaq sahəsində olan 2/12 hissəsindən ibarət əmlak payının naturada həyətin sağ tərəfindən 6.5x37.7 metr olmaqla və cənub hissəsində isə 56.4x2.1 metr olmaqla naturada bölgüsünün mümkün olmadığı müəyyən edilir. Lakin yol (küçə) tərəfdən texniki pasportda qeyd olunan eni 6.5 metr olan giriş-çıxış hissəsi iki yerə bölünməklə, eni 3.25 olmaqla paylı mülkiyyətdə olan ümumi sahəsi 0.22 ha torpaq sahəsindən İddiaçı 2/12 hissə torpaq payının digər payçılardan ayrılmasının mümkün olduğu müəyyən edilir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş Ekspert Xərclərinə dair Bildirişdən görünür ki, aparılmış təhqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş Çıxarışına əsasən ünvan 3 ünvanında yerləşən 68.3 kv. metr yaşayış evi üzərində X9 və X5 1/2 hissədə, 0.22 ha torpaq sahəsi üzərində isə X6 2/12 hissədə, X8 2/12 hissədə, X4 2/12 hissədə, Cavabdeh2 2/12 hissədə, İddiaçı 2/12 hissədə, X2 1/12 hissədə, X5 1/12 hissədə payları olmaqla xüsusi mülkiyyətlərindədir. Hazırda iddiaçı onun payının naturada ayrılmasını tələb edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəsisləri tərəfindən verilmiş 27 noyabr 2024-cü il tarixli 3-21- 3-35/2-4932/2024 saylı mütəxəssis rəyində qeyd edilir ki, ünvan 3 ünvanında yerləşən 0.22 ha torpaq sahəsində olan 2/12 hissədən ibarət əmlak payının naturada həyətin şimalqərb hissəsindən və qərb hissəsindən sualda qeyd edilmiş metrələrlə uyğun naturada tərəflərin razılığı əsasında tərtib edilmiş yerquruluşu planında göstərilmiş bölgüyə uyğun bölgüsü mümkündür. Lakin cavabdehlərə bölgüsü mümkün olan torpaq sahəsinə girişçıxış məhdudlaşdırılır. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12 mart 2025-ci il tarixli, 3-16-16/2-10/9654/2024 nömrəli ekpsert rəyində qeyd edilir ki, ünvan 4 ünvanında yerləşən 0.22 ha torpaq sahəsində olan 2/12 hissəsindən ibarət əmlak payının naturada həyətin sağ tərəfindən 6.5x37.7 metr olmaqla və cənub hissəsində isə 56.4x2.1 metr olmaqla naturada bölgüsünün mümkün olmadığı müəyyən edilir. Lakin yol (küçə) tərəfdən texniki pasportda qeyd olunan eni 6.5 metr olan giriş-çıxış hissəsi iki yerə bölünməklə, eni 3.25 olmaqla paylı mülkiyyətdə olan ümumi sahəsi 0.22 ha torpaq sahəsindən İddiaçı 2/12 hissə torpaq payının digər payçılardan ayrılmasının mümkün olduğu müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş **********90-10301 retestr nömrəli Çıxarışa əsasən Ağdaş rayonu, Qaradağlı kəndi, Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən X6 2/12 hissədə, X8 2/12 hissədə, X4 2/12 hissədə, Cavabdeh2 2/12 hissədə, İddiaçı 2/12 hissədə, X2 1/12 hissədə, X5 1/12 hissədə payları olan 0.22 ha torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş sxemdə qeyd olunan qaydada naturada bölünməli, ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh1, X12 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosesuаl Məcəlləsinin: 67-1.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(014)-796/2024 saylı qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X11 qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə yekun məhkəmə aktı qəbul edilənədək dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmаsı bаrədə Cavabdeh3 tərəfindən verilmiş ərizə təmin edilməsi, Cavabdeh3 Azərbаycаn Respublikаsının dövlət büdcəsinin vəsаiti hesаbınа vəkillə təmin olunması qərar qəbul edilmişdir. Müdafiəçi tərəfindən təqdim edilmiş müvafiq arayışdan görünür ki, Ağdaş rayon vəkil Bürosunun vəkili Vəkil2 tərəfindən məhkəmə icraatı zamanı Cavabdeh3 hüquqlarının müdafiəsinə 39 saat 30 dəqiqə vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh3 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 299,50 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil2 ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ**********4393422252, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş **********90-10301 retestr nömrəli Çıxarışa əsasən Ağdaş rayonu, Qaradağlı kəndi, Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən X6 2/12 hissədə, X8 2/12 hissədə, X4 2/12 hissədə, Cavabdeh2 2/12 hissədə, İddiaçı 2/12 hissədə, X2 1/12 hissədə, X5 1/12 hissədə payları olan 0.22 ha torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş sxemdə qeyd olunan qaydada naturada bölünsün. Ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh1, X12 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Cavabdeh3 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 299,50 (iki yüz doxsan doqquz manat, əlli qəpik) Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil2 ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ**********4393422252, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-23/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-23/2025
04.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver