Məhkəmə qərarları › İş №e-2(014)-781/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-781/2023

23.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-781/2023 23.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı paylı mülkiyyət hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı paylı mülkiyyət hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 10 noyabr 2009-cu ildə X7 ilə nikaha girməklə evlənmişlər. Birgə evliliklərindən onların 05 sentyabr 2010-cu ildə Səidə adlı qızları doğulmuşdur. X11 əvvəl nikahda olmuş və əvvəlki nikahdan onun hazırki iddia üzrə cavabdehlər olan Təbriz, Tehran və Zülfiyyə adlı övladları vardır. X17 05 sentyabr 2021-ci ildə ölmüş və o, öldükdən sonra ondan bir neçə miras əmlak qalmışdır. Həmin əmlaklardan biri də birgə nikah müddətində, 09 yanvar 2020-ci ildə əldə etdikləri **-NV-*** dövlət qeydiyyat nişanlı “Toyota Land-Cruiser Prado” markalı avtomobildir. Həmin avtomobilin ½ hissə mülkiyyət hüququ Ağdaş rayon Notariat ofisindən 17 sentyabr 2022-ci il tarixdə verilmiş 2V-873 reyestr nömrəli şəhadətnamə ilə tanınmış, qalan ½ hissə mülkiyyət payına isə hər birinə 1/5 hissə olmaqla onun, qızı Səidə və cavabdehlərin miras payları tanınmış və həmin tarixdə 2V-874 reyestr nömrə ilə ona və qızına vərəsəlik hüququna dair Şəhadətnamə verilmişdir. Avtomobilin 6/10 hissəsi ona, 1/10 hissəsi isə azyaşlı qızına məxsusdur. Əmlakın 3/10 hissəsi isə açıq saxlanılmışdır. O, həmin avtomobildən istifadə edə bilmir. Baş Dövlət Yol Polisi İdarəsinin Yevlax rayonlararası qeydiyyat imtahan və texniki baxış şöbəsi adına qeydiyyat şəhadətnaməsi verməkdən imtina edərək bildirilmişdir ki, digər payçıların paydan imtina barədə ərizə vermələri tələb olunur. Payların ayrılması mümkün deyildir. Əmlakda onların payı cüzidir. Göstərilənlərə əsasən **-NV-*** dövlət qeydiyyat nişanlı “Toyota Land-Cruiser Prado minik” markalı avtomobildən Cavabdeh1, Cavabdeh2, X4 hər birinin 1/10 hissədə olan paylarının əvəzinə hər birinə 2000 manat olmaqla kompensasiya verilməklə əşya üzərindəki paylı mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək bildirmişdir ki, keçirilmiş əmtəəşünaslıq ekspertizasının nəticəsinə əsasən avtomobilin hazırkı vəziyyətdə orta bazar qiyməti 44000 manat, likvid dəyəri 42000 manat müəyyən edilmişdir. İddia tələbinin miqdarının artırılması iddia həcminə daxil olmadığından iddia tələbində dəqiqləşdirmə apararaq **-NV-*** dövlət qeydiyyat nişanlı “Toyota Land-Cruiser Prado minik” markalı avtomobildən Cavabdeh1, Cavabdeh2, X4 hər birinin 1/10 hissədə olan paylarının əvəzinə hər birinə 4400 manat olmaqla kompensasiya verilməklə əşya üzərindəki paylı mülkiyyət hüquqlarına xitam verilməsi kimi oxunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı iddia tələbində hazırkı orta bazar qiyməti 55000-60000 manat olan 2012-ci il tarixli “Toyota Land- Cruiser Prado” markalı avtomobilə 20000 manat qiymət tələb edərək onun 20000 manatının paya bölünməsini tələb etmişdir. Hazırda iddiaçının həqiqətə uyğun olmayan, heç bir dəlil və sübutu olmayan iddianı tələb etməsi cəfəngiyatdır. İddiaçının tələbi əsassız və sübutsuz olduğundan təmin edilməməlidir. Gösətrilənlərə əsasən təqdim etdiyi sübutları və 2012-ci il tarixli “Toyota Land-Cruiser Prado” markal avtomobilin orta bazar qiymətini nəzərə alaraq iddiaçının şişirdilmiş iddia tələbinin əsassız və sübutsuz olduğu üçün həqiqətə uyğun hissəsində təmin edilməsi xahiş edilmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasını iştrakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul qəbul edərək ekspert rəyində göstərilmiş avtomobilin bazar dəyəri ilə razıdır. Həmin rəyə uyğun qətnamə qəbul edilməsinə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan 10 noyabr 2009-cu il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 538068 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə İddiaçı 10 noyabr 2009-cu il tarixdə 199 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Abdurahmanov, arvada Mahmudova soyadı verilmişdir. İşin materiallarında olan 05 oktyabr 2010-cu il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 524540 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 05 sentyabr 2010-cu il tarixdə Bakı şəhərində doğulmuş, atası X8, anası isə İddiaçıdır. İşin materiallarında olan 28 sentyabr 2021-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə Dəqiqləşdirilməmiş kəskin miokard infarktı səbəbindən ölmüşdür. İşin materiallarında olan 17 sentyabr 2022-ci il tarixdə Ağdaş rayon Notariat ofisində reyestrdə 2V-873 nömrə ilə qeydə alınmış Mülkiyyət hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş X1 qalmış arvadı – ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. İddiaçı mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı Yevlax RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AD697713 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JTEBX3FJ50K089134, mühərrikin nömrəsi ******* və buraxılış ili 2012-ci il olan “Toyota Land-Cruiser Prado” minik markalı **-NV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. O cümlədən, ölmüş ərin ümumi əmlakdan payı “Toyota Land-Cruiser Prado” minik markalı **-NV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ½ hissəsindən ibarətdir. İşin materiallarında olan 17 sentyabr 2022-ci il tarixdə Ağdaş rayon Notariat ofisində reyestrdə 2V-874 nömrə ilə qeydə alınmış Mülkiyyət hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş X1 qalmış arvadı – ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı və onların hər biri miras əmlakdan ayrı-ayrılıqda 1/5 hissədə, ümumilkdə 2/5 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Yevlax RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AD697713 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JTEBX3FJ50K089134, mühərrikin nömrəsi ******* və buraxılış ili 2012-ci il olan “Toyota Land- Cruiser Prado” minik markalı **-NV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ½ hissəsindən ibarətdir. Vərəsələrdən Cavabdeh1 1/5 hissədə, Cavabdeh2 1/5 hissədə, Cavabdeh3 1/5 hissədə payları açıq saxlanılmışdır. İşin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş daşınmaz əmlakın qiymətləndirilməsi barədə 23 may 2023-cü il tarixli, ƏQ-46/2023 saylı mütəxəssis rəyindən görünür ki, X18 Prado, 2012-ci il markalı avtomobilin ümumilikdə 23 may 2023-cü il tarixə olan orta bazar dəyəri 50000 (əlli min) manat təşkil edir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 sentyabr 2023-cü il tarixli, 9/5644 nömrəli ekpsert rəyinin surətindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2012-ci il buraxılışlı, ağ mirvari rəngli, dəri oturacaqlı, 154495 kv/m yürüşlü, mühərrik tutumu 2700 kub/sm, “Toyota Land-Cruiser Prado” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 44000 manat, likvid qiyməti isə təxminən 42000 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, X3 ilə İddiaçı xx.xx.2009-cu il tarixdə evlənmişlər və birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X9 doğulmuşdur. Bundan başqa X3nun birinci evliliyindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vardır. X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Mərhum öldükdən sonra İddiaçı ilə birgə nikah dövründə 09 yanvar 2020-ci il tarixdə əldə etdikləri “Toyota Land-Cruiser Prado” markalı, **- NV-*** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır. Həmin avtomobilin ½ hissəsi iddiaçının, 1/5 hissəsi isə digər mülkiyyətçilərə miras qalmışdır. Hazırda iddiaçı həmin miras qalmış avomobildən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 paylarının əvəzinə hər birinə 4400 manat olmaqla kompensasiya verilməklə əmlak üzərindəki paylı mülkiyyət hüquqlarına xitam verilməsini xahiş edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, **-NV-*** dövlət qeydiyyat nişanlı “Toyota Land-Cruiser Prado minik” markalı avtomobildən Cavabdeh1, Cavabdeh2, X4 hər birinin 1/10 hissədə olan paylarının əvəzinə hər birinə 4400 manat olmaqla kompensasiya verilməklə əşya üzərindəki paylı mülkiyyət hüquqlarına xitam verilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın 25 manatı İddiaçı və 25 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. **-NV-*** dövlət qeydiyyat nişanlı “Toyota Land-Cruiser Prado minik” markalı avtomobildən Cavabdeh1, Cavabdeh2, X4 hər birinin 1/10 hissədə olan paylarının əvəzinə hər birinə 4400 manat olmaqla kompensasiya verilməklə əşya üzərindəki paylı mülkiyyət hüquqlarına xitam verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın 25 (iyirmi beş) manatı İddiaçı və 25 (iyirmi beş) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar