Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-810/2022 14.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyevə Mələk Məmməd qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, İlkin iddia üzrə Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı pul tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı avtomobil və dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı pul tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Şamsabad kand sakini Cavabdeh ilə o, rayon sakini kimi tanış idi. Onun 2010-cu ildə sürücülük vəsiqəsi var idi, pərakəndə və topdan satışla məşğul idi. Ona həm yük, həm də minik maşını lazım idi. Ancaq dəyərini tam ödəməklə satın almağa imkanı yox idi. Danışıq əsnasında Cavabdeh həmin avtomobilləri alıb ona verə biləcəyini, avtomobillərin dəyəri tam ödənə qədər ona aylıq icarə haqqı və avtomobillərin dəyərinin hissə-hissə ödənilməsi barədə onunla razılığa gələ biləcəyini bildirmişdir. Onlar razılaşmış və o, 15 iyul 2019-cu ildə “Ford Transit” yük avtomobili və 28 noyabr 2019-cu ildə “Mercedes Benz E-350” markalı avtomobili alıb onun istifadəsinə vermişdir. Həmin vaxt Cavabdeh ona həmçinin etibarnamə də vermişdir. 2020ci ilin avqust ayında onun sürücülük vəsiqəsinin vaxtı bitdiyindən 14 avqust 2020-ci ildə hər iki avtomobil üçün etibarnamələrini yeniləmişlər. 2022-ci ilin yanvar ayına qədər Cavabdeh hər ay 1100 manat ödəmişdir. Ancaq həmin pulları ona ödəyərkən hesab etmişdir ki, sonda pulun ödənişi başa çatdıqdan sonra hər iki avtomobil ona qalacaqdır. Məhz bu şərt olmayacağı təqdirdə o, avtomobillər üçün 1100 manat pul ödəməzdi. Çünki, yalnız icarə əsasında bir çox şəxs vardı ki, avtomobil icarəyə verirdi və həmin icarə haqları yetərincə ucuz idi. Beləliklə, 2019-cu ilin iyul-noyabr ayları üçün hər ay “Ford Transit” yük avtomobili üçün 600 manat, 300 manat icarə haqqından, 300 manat isə avtomobilin dəyərindən ödəmişdir. 5 ay ərzində 1500 manat həmin avtomobilin dəyərindən ödəmişdir. “Ford Transit” yük avtomobilini o, 16400 manata satın almışdır. 28 noyabr 2019-cu ildə isə “Mercedes Benz E-350” markalı avtomobili 26000 (iyirmi altı min) manata satın alıb yenə də eyni şərtlərlə istifadəsinə vermişdir. 2019-cu ilin dekabr ayından 2022-ci ilin yanvar ayına qədər 1100 manat, 600 manat 2 avtomobilin icarə haqqı, 500 manat isə dəyərindən ödəmişdir. 25 ay müddətində mütəmadi olaraq ona 1100 manat ödəmişdir. Həmin pulun 12500 manatını avtomobilin dəyərindən ödəmişdir. Həmin avtomobilləri o, ancaq onun üçün almışdır və o, ödədiyi pulun 600 manatı icarə haqqı, 500 manatı isə avtomobillərin dəyərindən çıxılırdı. Krizis yarandığından Cavabdeh avtomobillərin birini satmağı, borcu bağlamağı təklif etmişdir. Bundan qısa müddət sonra Cavabdeh onun adına xəbərdarlıq göndərərək etibarnamələrin ləğv edildiyini bildirmiş, həmçinin avtomobillərin ondan alınması üçün Ağdaş rayon Polis şöbəsinə şikayət vermişdir. Halbuki, onların razılaşmalarına əsasən avtomobillər onun üçün alınmış və o, avtomobillərin dəyərini hər ay hissə-hissə ödəyirdi. Razılaşmalarının mühüm şərti bundan ibarət idi ki, həmin avtomobillərin dəyərini hissə-hissə ödədikdən sonra avtomobillər ona qalacaqdır. Hazırda cavabdeh avtomobillərin hər ikisi üçün adına verilmiş etibarnamələri ləğv etmiş və ondan almışdır. Onlar arasında yazılı müqavilə bağlanmamışdır. Həmin etibarnamələrdə isə avtomobillərin ona icarəyə verilməsi göstərilməmişdir. Halbuki, onların müqavilələri ondan ibarət olmuşdur ki, Cavabdeh öz şəxsi vəsaiti hesabına avtomobilləri alır, o isə avtomobillərin dəyərini hissə-hissə ödəyir, həmçinin öhdəlik bitənə qədər avtomobilin mülkiyyətçisi o, olduğundan ona icarə haqqı ödəyir. Avtomobillərin dəyəri ödəndikdən sonra cavabdeh həmin avtomobilləri onun adına keçirməli idi. O, avtomobilin birinin dəyərini ödəyib qurtardığından və krizis yarandığından digərinin dəyərini ödəyə bilmədiyini göstərib, ikinci avtomobili almağı və ya satmağı təklif etmişdir. Bu zaman güman etmişdir ki, onun bir avtomobil üzrə avtomobilin dəyərini ödədiyindən həmin avtomobili onun adına keçirdəcəkdir. Ancaq cavabdeh bildirmişdir ki, ondan aldığı pullar avtomobilin icarə haqqıdır. O, avtomobillər üçün bu qədər icarə haqqı ödəməmişdir. Cavabdeh onu həmin hissədə aldatmışdır. Həmin şərti əvvəldən desəydi, o, həmin pulları ödəməklə avtomobilləri almazdı. Eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı avtomobil və dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ilkin iddia üzrə iddiaçının qaldırdığı iddia ilə razı deyil. Belə ki, cavabdeh iddia üzrə iddiaçı iddia ərizəsində göstərmişdir ki, guya o, ona maşınları lizinq yolu ilə vermişdir. Bu tamamilə yalandır və belə bir sənədləşmələri olmayıbdır. Öz aralarında razılaşmışlar ki, hər maşına görə hər ay 500 manat icarə pulu versin. O da bir neçə ay pul verib sonra ona pul verməmişdir və maşınlarını qeyri-qanuni işlətmişdir. O da verdiyi sürücülük etibarnaməsini ləğv etdirmişdir. Cavabadeh iddia üzrə iddiaçı ona məxsus qanunsuz idarə etdiyi “Ford Transit” yük maşını olan **-EG-*** dövlət qeydiyyat nişanlı avtomaşınını qaytarmır. Qanunsuz və əsassız olaraq ondan pul tələb edir. **-CC-*** dövlət qeydiyat nişanlı avtomaşını isə 705 manat onun radar cəriməsini ödəmişdir. 200 manat əlavə olaraq hələ polis şöbəsinə cəriməsi durur, maşının yan şüşəsini, arxa buferini qırıb, qabaq aynasını sındırıb, maşının kabina hissəsini yararsız vəziyətə salmaqla ehtiyatda olan şinini götürmüşdür. Bunların ümumi dəyəri olan 5300 manat pul cavabdehdən iddia üzrə iddiaçıdan alınıb ona verilməlidir. Onun maşınına vurulan ziyan aşağıdakı addadır: 1) qabaq sağ yan güzgünün şüşəsi 1 ədəd 130 manat, 2) qabaq sağ yan güzgünün dönmə işığı 1 ədəd 50 manat, 3) arxa stop sağ 1 ədəd 350 manat, 4) qabaq oturacaqların sağ, sol sensorları 2 ədəd 200 manat, 5) salonda sandıqçanın qapağı 1 ədəd 50 manat, 6) qəza düyməsi 1 ədəd 30 manat, 7) arxa sağ qapının kül qabısının qapağı 1 ədəd 20 manat, 8) qabaq kapotun emblemi 1 ədəd 50 manat, 9) qabaq buferin alt orta üzləməsi 1 ədəd 100 manat, 10) təkər 4 ədəd 740 manat, 11) ehtiyat təkər, disk 1 cüt 150 manat, 12) arxa baqajın çexolu 1 ədəd 130 manat, 13) arxa baqajın yan sol çexolu dəst 1 ədəd 120 manat, 14) qapı açan lazer düymələr 4 ədəd 150 manat, 15) açar lazer 1 ədəd 200 manat, 16) disk sağ qabaq 1 ədəd 200 manat, 17) maqnitofon dinamikləri qabaq sağ 1 ədəd 50 manat, 18) motora dəymiş ziyan usta pulu ilə birlikdə 2500 manat, 19) arxa sağ krelin düzəlməsi və rənglənməsi 80 manat, cəmi: 5300 (beş min üç yüz) manat avtomobilə ziyan dəymişdir. Ona görə o da qarşılıqlı iddia verməyə məcbur olmuşdur. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə ilkin iddianın təmin olunması və qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək, ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan xx.xx.2019-cu il tarixli, ƏN-İV seriyalı, № 908807 saylı etibarnamənin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh “Ford Transit” yük markalı avtomobilini xx.xx.2020-ci il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün İddiaçı etibar etmişdir. İşin materiallarında olan xx.xx.2020-ci il tarixli, ƏN-V seriyalı, № 301902 saylı etibarnamənin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh “Ford Transit” yük markalı avtomobilini xx.xx.2030-cu il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün İddiaçı etibar etmişdir. İşin materiallarında olan xx.xx.2019-cu tarixli, ƏN-V seriyalı, № 059084 saylı etibarnamənin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh “Mercedes Benz E-350” markalı avtomobilini xx.xx.2020-ci il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün İddiaçı etibar etmişdir. İşin materiallarında olan xx.xx.2020-ci tarixli, ƏN-V seriyalı, № 301901 saylı etibarnamənin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh “Mercedes Benz E-350” markalı avtomobilini xx.xx.2030-cu il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün İddiaçı etibar etmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli, 1S-547 saylı “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh tərəfinfən “Mercedes Benz E-350” markalı avtomobil üçün İddiaçı verilmiş etibarnaməyə xitam verilmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli, 1S-548 saylı “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh tərəfinfən “Ford Transit” yük avtomobili üçün İddiaçı verilmiş etibarnaməyə xitam verilmişdir. İşin materiallarında olan "xxxx" ASC-nin Ağdaş filialı tərəfindən verilmiş 06 may 2022-ci il tarixli, № 31 saylı aktdan görünür ki, “Mercedes Benz E-350” markalı avtomobilin təmiri üçün 5300 (beş min üç yüz) manat ehtiyat hissələrinə və usta pulu hesablanmışdır. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X2 05 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə İddiaçı əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh özünə məxsus avtomobilləri verilmiş etibarnamələrin şərtlərinə görə idarə etmək üçün İddiaçı vermişdir. İddiaçı avtomobillərin hissə-hissə dəyəri ödəmiş və düşünmüşdür ki, sonra avtomobillər onun olacaq. Cavabdeh isə həmin avtomobilləri ona icarəyə verdiyini bildirir. Tərəflər arasında razılıq pozulmuş və Cavabdeh İddiaçı verdiyi etibarnamələrə xitam verdirmişdir. Hazırda İddiaçı Cavabdeh ödədiyi pulları geri tələb edir, Cavabdeh isə İddiaçı avtomobilini geri tələb edir və idarə etdiyi müddət ərzində “Mercedes Benz E-350” markalı avtomobilə dəymiş zərəri tələb edir. Məhkəmə həm ilkin, həm qarşılıqlı iddia ərizələrinə münasibət bildirmək üçün əvvəlcə tərəflər arasında olan münasibəti müəyyənləşdirməlidir. İlkin iddia üzrə iddiaçı iddia ərizəsində mahiyyət etibarilə lizinq münasibətlərini təfsir etsə də, tələbini lizinqlə bağlı normalar üzərində əsaslandırmamışdır. Belə ki, Mülki Məcəllənin 748.1-ci maddəsinə əsasən lizinq müqaviləsi yazılı formada bağlanılır. Lakin hazırkı halda yazılı müqavilə mövcud deyil. Eyni zamanda, tərəflər arasında icarə münasibətini və onun şərtlərini də təsdiq edən hər hansı sənəd yoxdur. İlkin iddia üzrə iddiaçı iddia ərizəsini əsassız varlanmaya dair normalarla əsaslandırmışdır və hesab edir ki, onun ilkin iddia üzrə cavabdehə ödədiyi pul vəsaiti heç bir hüquqi əsas olmadan ödənilmişdir və ona geri qaytarılmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçının tələbi isə iki hissədən ibarətdir. Birincisi, o, əmlakını geri tələb edir. İşin halları ilə müəyyən edilir ki, Cavabdeh həqiqətən də “Mercedes Benz E-350” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi və həmin avtomobil hazırda heç bir hüquqi əsas olmadan İddiaçıdır. İkincisi, Cavabdeh onun avtomobilinə dəymiş zərəri tələb edir. İşin materialları ilə müəyyən edilir ki, həmin avtomobil hazırda da İddiaçıdır və fotoşəkillərdən görünür ki, avtomobilə maddi ziyan dəymişdir. Ziyanın məbləği rəylə müəyyən edilir və bu məbləği tərəflər məhkəmə iclasında mübahisələndirməmişlər. Tərəflər arasında etibarlı müqavilə münasibətləri olmasa da, faktiki olaraq ilkin iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehin mülkiyyətində olan avtomobildən istifadə etmişdir. Həmçinin, ilkin iddia üzrə iddiaçı özü də etiraf edir ki, hər ay İddiaçı pul vəsaiti almış, İddiaçı ona 7000 manat borcu qaldığını demişdir. Pulun ödənilməsi işin mübahisəsiz tərəfi olduğundan, məhkəmə həmin pulun ödənilməsinə hüquqi münasibət bildirməlidir. Belə ki, İddiaçı həmin pul vəsaitinin bir hissəsini avtomobillərin icarəsinə, qalan hissəsini isə avtomobillərin hissə-hissə ödənilməklə əldə edilməsinə görə ödədiyini desə də, bununla bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Cavabdeh isə həmin pulları avtomobillərdən istifadə görə ödənildiyini bildirir. Tərəflər arasında bununla bağlı yazılı müqavilə olmasa da, Cavabdeh avtomobillərin mülkiyyətçisi kimi onlardan faktiki olaraq istifadəyə görə pul tələb etməsi qanuna uyğundur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları; mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları; qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi; elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması; başqa şəxsə zərər vurulması; əsassız varlanma; fiziki və hüquqi şəxslərin digər hərəkətləri; qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Göründüyü kimi tərəflər arasında etibarlı əqd münasibətləri olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-cü maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iclasında İddiaçı ödədiyi pulların bir hissəsinin avtomobillərin icarəsi, digər hissəsinin isə avtomobillərin satın alınması üçün onların dəyərindən hissəhissə ödənilməsi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Beləliklə, İlkin iddia tələbi təmin edilməməli, ilkin iddia tələbi üzrə məhkəmə xərcləri ilkin iddia üzrə iddiaçıya aid edilməli, qarşılıqlı iddia tələbləri təmin edilməli, “Ford Transit” yük markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 5300 manat pul və 101 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilməsin. İlkin iddia tələbi üzrə məhkəmə xərcləri ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia tələbləri təmin edilsin. “Ford Transit” yük markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 5300 manat pul və 101 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-810/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-810/2022
14.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver