Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-946/2025 23.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Qəhrəman oğlunun cavabdehlər Cavabdeh, X6 və X2 qarşı “əmlak payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qəhrəman oğlunun cavabdehlər Cavabdeh, X6 və X2 qarşı “əmlak payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə qeydə alınmış 0.18 ha həyətyanı torpaq sahəsi üzərində onun 1/5 hissə payı müəyyən edilməklə həmin payın və Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.334 ha torpaq payının naturada müəyyən edilməklə əmlak ümumiliyinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qəhrəman oğlunun nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə 08 iyul 2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ünvanlayaraq bildirmişdir ki, ünvan 1 mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə qeydə alınmış 0.18 ha həyətyanı torpaq sahəsi üzərində onun 1/5 hissə payı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qardaşıdır. Digərləri isə onun ailə üzvləridir. Onlar iddiaçının anadan olduğu ata yurdunda yaşayır. 1996-cı ildə torpaq islahatı aparılarkən o Azərbaycan Respublikası vətəndaşı olduğundan onun da adı adlı siyahıya daxil edilmiş və onun da payı daxil olmaqla ümumibirgə payı daxil olmaqla ümumibirgə mülkiyyətinə torpaq sahəsi verilmişdir. Hazırda Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.67 ha torpaq sahəsindən 0.334 ha torpaq sahəsi onun mülkiyyət hüququ qeydə alınmaqla 4 nəfər ailə üzvü ilə 24 avqust 2016-cı ildə ********** nömrəsi ilə qeydə alınmışdır. Həmçinin Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsi 5 nəfər ailə üzvü ilə JN-095A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə qeydə alınmışdır. Məhkəmə iclasında İddiaçı Qəhrəman oğlunun nümayəndəsi və vəkili Nümayəndə 03 iyun 2025-ci il tarixli məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia ərizəsini müdafiə edir, torpaq payının ayrılıb verilməsini tələb edir. Cavabdehlər Cavabdeh, X6 və X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin tabeliyində DƏDK və Reyestri və publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, 09 fevral 2025-ci il tarixli, 366 saylı arayışın surətindən görünür ki, İddiaçı Qəhrəman oğlunun adına ********** nömrəli, xx.xx.2016-cı il tarixli hazırda Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.67 ha torpaq sahəsinin 0.334 ha hissəsi (ümumi birgə mülkiyyət üzrə 4 nəfər), Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən həyətyanı 0.18 ha torpaq sahəsi (ümumi birgə mülkiyət üzrə 5 nəfər) vardır. İşin materiallarında olan İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin tabeliyində DƏDK və Reyestri və publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş, 12 iyun 2025-ci il tarixli, 3-21-3-35/2-2086/2025 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətinin təqdim olunması barədə məktubdan görünür ki, JN-095A KOD 90306018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 10 fevral 1998-ci il tarixli, 04 saylı qırarına əsasən, Ağdaş rayon Dəhnəxəlil kəndində yerləşən 0.18 ha torpaq sahəsi Cavabdeh, X6, İddiaçı Qəhrəman oğlu, X5, X3 mülkiyyətindədir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin tabeliyində DƏDK və Reyestri və publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, 09 fevral 2025-ci il tarixli, 366 saylı arayışın surətindən görünür ki, İddiaçı Qəhrəman oğlunun adına ********** nömrəli, xx.xx.2016-cı il tarixli hazırda Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.67 ha torpaq sahəsinin 0.334 ha hissəsi (ümumi birgə mülkiyyət üzrə 4 nəfər), Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən həyətyanı 0.18 ha torpaq sahəsi (ümumi birgə mülkiyət üzrə 5 nəfər) vardır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, Ağdaş rayonu Dəhnəxəlil kəndi ərazisində yerləşən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində çıxarışla verilmiş kənd təsərrüfatı təyinatlı ümumilikdə 0.18 hektar ölçüdə torpaq sahəsi Cavabdeh, X6, İddiaçı Qəhrəman oğlu, X5, X4 ümumi birgə mülkiyyətinə verilmişdir və həmin torpaq sahəsində iddiaçının payının müəyyən edilməsinə dair hazırkı iddia əsaslıdır. Qeyd olunan torpaq sahəsin iddiaçı və cavabdehlərinin ümumi birgə mülkiyyətində olduğundan, ümumi birgə mülkiyyətdə olan əşyada paylar müəyyən edilərkən mülkiyyətçilərin payları bərabər sayıldığından, İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin tabeliyində DƏDK və Reyestri və publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş, JN-095A KOD 90306018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməylə Ağdaş Rayonu, Dəhnəxəlil kəndində yerləşən, 0.18 ha torpaq sahəsi 5 nəfərin (Cavabdeh, X6, İddiaçı Qəhrəman oğlu, X5, X3) ümumi birgə mülkiyyətinə verildiyindən, iddiaçının qeyd olunan torpaq sahəsində payı qanunvericiliyin tələbinə uyğun olaraq 1/5 hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin tabeliyində DƏDK və Reyestri və publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş, JN-095A KOD 90306018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməylə Ağdaş Rayonu, Dəhnəxəlil kəndində yerləşən 0.18 ha torpaq sahəsi 5 nəfərin (Cavabdeh, X6, İddiaçı Qəhrəman oğlu, X5, X4) ümumi birgə mülkiyyətinə verildiyindən, iddiaçının qeyd olunan torpaq sahəsində payı qanunvericiliyin tələbinə uyğun olaraq 1/5 hissədə müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-946/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-946/2025
23.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver