Məhkəmə qərarları › İş №e-2(015)-1229/2025

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №e-2(015)-1229/2025

15.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № e-2(015)-1229/2025 15.07.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı cərimənin ləğv edilməsi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdə keçirib, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ** RX *** nömrəli avtomobilinə xx.xx.2025 ci ildə 04.00 radələrində 333.1-ci maddə ilə İXP ******* nömrəli tərtib edilmiş protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan aşağıda göstərilən əsaslarla imtina olunmalıdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ** RX *** nömrəli avtomobilinə xx.xx.2025 ci ildə 04.00 radələrində 333.1-ci maddə ilə İXP ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsassız və qanunsuzdur. Belə ki, göstərilən protokol o, avtomobilində dayandığı yerdə tərtib edilmiş, onun tərəfindən heç bir inzibati xətaya yol verilməmişdir. Yol patrul xidmətinin əməkdaşı dayandığı halda qərəzli və əsassız olaraq protokol tərtib etmişdir. Habelə barəsində heç bir əsas olmadan hal şahidinin iştirakı təmin edilməmiş, həkim müayinəsindən keçirilməmişdir. Yol patrul xidmətinin müşahidə kamerasında inzibati xəta törətməyi əks olunmadığı halda barəsində saxta, qərəzli və qanunsuz protokol tərtib edilmişdir. İddia ərizəsi və ona əlavə olunan sənədlərdən görünür ki, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticəni mübahisələndirən İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının tərtib etdiyi protokolun ləğv edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında iş üzrə münasibətlər isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və digər müvafiq aktlarla tənzimləndiyindən, mülki və mülki prosessual hüquq normalarıyla tənzimlənmədiyindən hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki halda İddiaçı iddia ərizəsinə mülki icraat qaydasında baxılmalı olmadığından, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Bununla yanaşı, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə (ümumi) rayon məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cərimənin ləğv edilməsi barədə mülki iş üzrə yolverilməzliyinə görə ərizənin qəbulundan imtina olunmalı, qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə (ümumi) rayon məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 153, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı cərimənin ləğv edilməsi barədə mülki iş üzrə iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina olunsun və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçıya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə (ümumi) rayon məhkəməsinə müraciət etmək hüququ izah olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar