Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-1391/2025 25.12.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat məbləğində pul vəsaitinin, əlavə olaraq həmin dövrdə yeni alınmış “İphone 16 pro Max” markalı telefonun dəyəri olan 3402 manat məbləğində pul vəsaitinin, eyni zamanda 1000 manat məbləğində “Dyson Wrap” markalı fenin dəyəri olmaqla, cəmi 9402 manat məbləğində pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 2025-ci ilin yanvar ayında “Tango” sosial şəbəkə vasitəsilə Cavabdeh ilə tanış olmuşdur. Onların münasibətləri 2025-ci ilin iyun ayına qədər davam etmişdir. Cavabdehlə o, səmimi olmuş, dəfələrlə görüşüb ünsiyyət qurmuşlar. Cavabdeh ona qardaşının həbs olunması ilə bağlı ailəsi bütün pulu ona xərcləməsini, ailəsi qardaşının tək nəfərlik kamerada saxlanılması üçün böyük məbləğlərdə pul sərf edildiyini bildirmişdir. Cavabdeh ondan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitləri istəmiş, maddi imkanı aşağı olduğu üçün ailə üzvlərinin ona pul verəcəklərini və həmin məbləğləri qısa müddət ərzində qaytaracağını bildirmişdir. Belə ki, o, cavabdehə 24 may 2025-ci il tarixdə, saat 18:16-da 50 manat, 22 may 2025-ci il tarixdə, saat 17:59-da 50 manat, 19 may 2025-ci il tarixdə, saat 21:20-də 89 manat, 15 may 2025-ci il tarixdə, saat 23:48-də 45 manat, 12 may 2025-ci il tarixdə, saat 16:09-da 500 manat, 12 may 2025-ci il tarixdə, saat 20:54-də 50 manat, 28 may 2025-ci il tarixdə, saat 12:13-də 300 manat, 02 iyun 2025-ci il tarixdə, saat 21:34-də 110 manat, eyni zamanda ayrı-ayrı vaxtlarda da nağd və kart vasitəsilə istədiyi məbləğlər daxil olmaqla, cəmi 5000 manata yaxın pul vəsaiti vermiş cavabdeh həmin pul vəsaitlərini ələ keçirməklə əsassız olaraq varlanmışdır. Eyni zamanda, Leyla ondan İphone 16 pro max markalı telefonu kreditlə götürməyini xahiş etmiş, kredit məbləğini hər ay ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, o əsassız olaraq kredit vəsaitini ödəməmişdir. Telefon da hazırda cavabdehin istifadəsindədir. Bununla bağlı ona dəfərlərlə məlumat versə də, əsassız olaraq ödənişdən yayınmış və telefonu da qaytarmamışdır. Bununla bağlı, o, artıq telefonu aldığı təşkilata müraciət edərək, telefonun İMEİ kodunun bağlanmasını xahiş etmişdir. İphone 16 pro max markalı telefonu X1-dan 3402,00 manata alınmışdır. Telefonun bağlanması barədə cavabdehə məlumat verilsə də, o, 2000 manat ödəniş etdiyini bildirmişdir. Buna baxmayaraq, krediti o götürmüş,, ödənişi də o etmişdir. Bundan əlavə bir dəfə Leyla fenə ehtiyacının olduğunu demiş, onun üçün fen almağını xahiş etmiş, pulunu qaytaracağını bildirmişdir. O da cavabdehə inanaraq, həmin vaxtda “dyson airwrap” markalı, ümumi dəyəri 1000,00 manat olan feni alaraq, ona təqdim etmişdir. Bütün qeyd etdiyi hallar onunla Leylaya məxsus olan ***-***-**-** whatsapp nömrəsi vasitəsilə aparılmışdır. Konkret olaraq həmin şəxslə whatsapp yazışmaları mövcuddur. Həmin nömrə şəxsin istifadəsindədir, hazırda istifadə edir, “getcontact” vasitəsilə də teqlərdən həmin nömrənin Leyla tərəfindən istifadə olunduğu müəyyən olunur. Eyni zamanda onun telefonunda olan whatsapp yazışmalarından da, hər şey müəyyən olunur və buna görə də, hesab edir ki, cavabdeh əsassız varlanmış şəxsdir. Həmin şəxslə münasibətləri yaxın olmuş, o, cavabdehə inanmışdır. Onunla gələcək quracaqlarına, nişanlanacaqlarına, münasibətlərin daha da ciddiləşəcəyinə dair cavabdeh ona vədlər vermişdir. Hesab edir ki, münasibətlər alınmadığı təqdirdə buna qanuni prezumpsiya aid edilir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
3. İş üzrə Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı Eldar oğlunun iddiaları əsassızdır. O, iddiaçını sosial şəbəkə vasitəsi ilə tanımışdır. Onunla altı ay münasibətləri olmuşdur. Bu münasibət müddəti ərzində Abdulla bəylə real həyatda da tanışlıqları olmuşdur. İddiaçı onuna ciddi münasibət qurmaq istədiyini bildirmişdi. Hər bir münasibətdə olduğu kimi, İddiaçı da ona hədiyyələr almış, müəyyən vəsait xərcləmişdir. İddiaçının iddia sənədində ona borc kimi göndərdiyi məbləğləri də, onun cavabdehə göndərdiyi vəsait kimi qələmə vermiş və məhkəməni aldatmışdır. Buna dair sübutları bank qəbzi formasında, eləcə də mesaj formasında qeyd edərək göndərmişdir. Bir müddət sonra İddiaçı Eldar oğlu ondan cinsi yaxınlıq istədiyi üçün ondan uzaqlaşmışdır. Bundan sonra onun şantaj və təhdidləri başlamışdır. Yaşadığı Bakı şəhəri X2 110 ünvanına gələrək onu narahat etmişdir. Gecə radələrində qapını döyüb, onu davamlı qorxuda saxlamışdır. Daha sonra ailəsinin yaşadığı Ağstafa rayon Dağ Kəsəmən kəndinə gedərək onların yaşadığı evin şəklini çəkərək ona zəng edib yaşlı ana və atasını onun əleyhinə məlumatlar verəcəyini bildirmiş və şantaj etmişdir. O, pul vəsaiti və hədiyyələri geri istəmişdir. İddiaçının iddiası böhtan və qarayaxma olduğu üçün, onun sübutlarını diqqətə alaraq, iddiaçının iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, cavabdehə iddia tələbində göstərilən əşyaları hədiyyə almamış, həmin əşyaların və borc olaraq verdiyi pul məbləğlərinin geri qaytarılması məqsədi ilə aldığını bildirmişdir. Cavabdehə hədiyyə kimi qızıl-zinət və digər əşyalar almış, onları isə tələb etmir. Cavabdeh ona aldığı mobil telefonun və feninin dəyərini ödəyəcəyini bildirmiş, lakin vədinə əməl etməmiş nə əşyaları, nə həmin əşyaların dəyərini, nə də borc olaraq aldığı pul vəsaitlərini geri qaytarmamışdır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
5. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək iddianın böhtan və qarayaxma olduğunu qeyd edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
6. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə işdə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: b)Mülki işin materialları:
8. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, İddiaçı tərəfindən 24 may 2025-ci il tarixdə, saat 18:16-da 50 manat, 22 may 2025-ci il tarixdə, saat 17:59-da 50 manat, 19 may 2025-ci il tarixdə, saat 21:20-də 89 manat, 15 may 2025-ci il tarixdə, saat 23:48-də 45 manat, 12 may 2025-ci il tarixdə, saat 16:09-da 500 manat, 12 may 2025-ci il tarixdə, saat 20:54-də 50 manat, 28 may 2025-ci il tarixdə, saat 12:13-də 300 manat, 02 iyun 2025-ci il tarixdə, saat 21:34-də 110 manat məbləğində pullar Cavabdeh kart hesablarına köçürülmüşdür.
9. xx.xx.2025-ci il tarixli Məhkəmə sorğusuna "xxxx" ASC-dən, "xxxx" ASC-dən, "xxxx" KB ASC-dən daxil olmuş cavablardan görünür ki, "xxxx" ASC-yə məxsus 4169-73**- ****-1650 nömrəli plastik kartdan birbank tətbiqi ilə 4169-73**-****-5982, 5522-09**-****- 0802, 4098-58**-****-2245 nömrəli plastik kartlara xx.xx.2025-ci il tarixdən, xx.xx.2025-ci il tarixədək köçürmə əməliyyatı aparılmamışdır. "xxxx" ASC-yə məxsus 5522-09**-****-1541 və 4127-20**-****-7332 nömrəli kartlar üzrə xx.xx.2025-ci il tarixdən, xx.xx.2025-ci il tarixədək 12 may 2025-ci il tarixdə 50 manat, 12 may 2025-ci il tarixdə 500 manat, 15 may 2025-ci il tarixdə 45 manat, 19 may 2025-ci il tarixdə 89 manat, 22 may 2025-ci il tarixdə 60 manat, 24 may 2025-ci il tarixdə 50 manat məbləğində vəsaitlər cavabdehin adına olan kart hesabına, "xxxx" KB ASC-yə məxsus 4098-58**-****-4054 və 4098-58**-****-2245 nömrəli kartlar üzrə xx.xx.2025-ci il tarixdən, xx.xx.2025-ci il tarixədək 28 may 2025-ci il tarixdə 300 manat, 02 iyun tarixdə 110 manat məbləğində vəsaitin cavabdehin hesabına köçürülməsi öz əksini tapmışdır.
10. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 103 manat dövlət rüsumu ödənilmişdir.
c)Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iş üzrə İddiaçı Cavabdeh ilə aralarında yaranmış münasibətlər zəminində cavabdehin onu aldatması nəticəsində əsassız varlanmasını bildirərək, ona ziyan yetirildiyini bildirmiş və Cavabdeh 5000 manat məbləğində pul vəsaitini, əlavə olaraq həmin dövrdə yeni alınmış “İphone 16 pro Max” markalı telefonun dəyəri olan 3402 manat məbləğində pul vəsaitini, eyni zamanda 1000 manat məbləğində “Dyson Wrap” markalı fenin dəyəri olmaqla, cəmi 9402 manat məbləğində pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini yazılı ödəniş qəbzləri təqdim etməklə əsaslandırmış, cavandehin kart hesabına ödənişlərin həyata keçirildiyini təsdiq edəcək digər sübutların əldə edilməsi üçün müvafiq vəsatətlə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən vəsatət təmin edilmiş, xx.xx.2025-ci il tarixli Məhkəmə sorğusuna "xxxx" ASC-dən, "xxxx" ASC-dən, "xxxx" KB ASC-dən daxil olmuş cavablardan görünür ki, "xxxx" ASC-yə məxsus 4169-73**- ****-1650 nömrəli plastik kartdan birbank tətbiqi ilə 4169-73**-****-5982, 5522-09**-****- 0802, 4098-58**-****-2245 nömrəli plastik kartlara xx.xx.2025-ci il tarixdən, xx.xx.2025-ci il tarixədək köçürmə əməliyyatı aparılmamışdır. "xxxx" ASC-yə məxsus 5522-09**-****-1541 və 4127-20**-****-7332 nömrəli kartlar üzrə xx.xx.2025-ci il tarixdən, xx.xx.2025-ci il tarixədək 12 may 2025-ci il tarixdə 50 manat, 12 may 2025-ci il tarixdə 500 manat, 15 may 2025-ci il tarixdə 45 manat, 19 may 2025-ci il tarixdə 89 manat, 22 may 2025-ci il tarixdə 60 manat, 24 may 2025-ci il tarixdə 50 manat məbləğində vəsaitlər cavabdehin adına olan kart hesabına, "xxxx" KB ASC-yə məxsus 4098-58**-****-4054 və 4098-58**-****-2245 nömrəli kartlar üzrə xx.xx.2025-ci il tarixdən, xx.xx.2025-ci il tarixədək 28 may 2025-ci il tarixdə 300 manat, 02 iyun tarixdə 110 manat məbləğində vəsaitin cavabdehin hesabına köçürülməsi öz əksini tapmışdır.
12. Cavabdeh iddia tələbinə dair etirazını bildirmiş, iddiaçı ilə aralarında münasibət olduğu üçün iddiaçının ona pul xərclədiyini və hədiyyələr aldığını bildirmiş, iddiaçı ilə aralarında “Watsapp” yazışmalarını etiraz ərizəsinə əlavə etmiş, habelə iddiaçıya borc verdiyini bildirsə də, hər hansı tələb irəli sürməmişdir.
d)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Məhkəmə iddia tələbinin 5000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
14. Məhkəmə qeyd edir ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanma hesab edilir. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında yaranan mülki hüquq münasibətləri baxımından iddiaçı və cavabdeh arasında əsassız varlanma münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz həmin hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə iddiaçının pulu hesabına əsassız varlandığı üçün iddiaçı qarşısında həmin pulu qaytarmaq öhdəlikləri mövcuddur.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəlmiş fundamental doktrina hesab olunur və mülki hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) xidmət edir.
16. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir
17. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındadır.
18. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır.
19. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
21. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.
22. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
23. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
24. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
25. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
27. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
28. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
29. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
30. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
31. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
32. İşin müəyyən edilmiş hallarından görünür ki, iddia tələbinin pul vəsaitinə dair tərəflər arasında borc münasibətləri olmuşdur.
33. İş üzrə iddiaçı cavabdehə 5000 manat məbləğində pulu verməsini qeyd etsə də, iddiaçı tələbini yazılı ödəniş qəbzləri təqdim etməklə əsaslandırmış, cavabdehin kart hesabına ödənişlərin həyata keçirildiyini təsdiq edəcək digər sübutların əldə edilməsi üçün müvafiq vəsatətlə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən vəsatət təmin edilmiş, xx.xx.2025-ci il tarixli Məhkəmə sorğusuna "xxxx" ASC-dən, "xxxx" ASC-dən, "xxxx" KB ASC-dən daxil olmuş cavablardan görünür ki, "xxxx" ASC-yə məxsus 4169-73**-****-1650 nömrəli plastik kartdan birbank tətbiqi ilə 4169-73**-****-5982, 5522-09**-****-0802, 4098- 58**-****-2245 nömrəli plastik kartlara xx.xx.2025-ci il tarixdən, xx.xx.2025-ci il tarixədək köçürmə əməliyyatı aparılmamışdır. "xxxx" ASC-yə məxsus 5522-09**-****-1541 və 4127- 20**-****-7332 nömrəli kartlar üzrə xx.xx.2025-ci il tarixdən, xx.xx.2025-ci il tarixədək 12 may 2025-ci il tarixdə 50 manat, 12 may 2025-ci il tarixdə 500 manat, 15 may 2025-ci il tarixdə 45 manat, 19 may 2025-ci il tarixdə 89 manat, 22 may 2025-ci il tarixdə 60 manat, 24 may 2025-ci il tarixdə 50 manat məbləğində vəsaitlər cavabdehin adına olan kart hesabına, "xxxx" KB ASC-yə məxsus 4098-58**-****-4054 və 4098-58**-****-2245 nömrəli kartlar üzrə xx.xx.2025-ci il tarixdən, xx.xx.2025-ci il tarixədək 28 may 2025-ci il tarixdə 300 manat, 02 iyun tarixdə 110 manat məbləğində vəsaitin cavabdehin hesabına köçürülməsi öz əksini tapmışdır. İddiaçı 5000 manat məbləğində pulu cavabdehə verməsini təsdiq edəcək başqa sübutu məhkəməyə təqdim etməmiş və iddiaçının qeyd etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzləri və iddiaçının vəsatəti əsasında məhkəmə tərəfindən "xxxx" ASC, "xxxx" ASC, "xxxx" KB ASCyə verilmiş sorğular əsasında təqdim edilmiş sənədlər sübut kimi qəbul olunaraq 5000 manat məbləğində pul vəsaitinin yalnız 1194 manat hissəsi təmin olunmalıdır.
34. Qeyd edilməlidir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur.
35. Məhkəmə belə qənaətə gəlir ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı).
36. Göründüyü kimi, borc müqaviləsinin predmetinin məbləği üç mindən çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır.
37. Qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (Mülki Məcəllənin 329-cu maddəsi).
38. Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir.
39. Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 iyun 2022-ci il tarixli qərardadının 20-ci bəndində göstərilir ki, əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.).
40. Eyni zamanda nəzərə alınmalıdır ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı)
41. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır.
42. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.
43. Qeyd edildiyi kimi bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Predmetini üç min manatdan çox məbləğin təşkil etdiyi borc müqaviləsi baxımından isə xüsusi etibarlılıq şərti olaraq onun yazılı formada bağlanmalı olduğu müəyyənləşdirilmişdir.
44. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında pulun verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı borc müqaviləsi olmadığından cavabdeh iddiaçıdan aldığı pul vəsaiti hesabına əsassız varlanmışdır.
45. Belə ki, Konstitusiya Məhkəməsi yuxarıda adı çəkilən qərarında qeyd etmişdir ki, “...əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur. ...Mülki Məcəllənin 337.5-ci maddəsi ... etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. ...Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur.
46. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddiaçının 1194 manatdan artıq həddə pul verməsi iş materialları ilə təsdiq olunmur. Bu isə həmin həddə cavabdehin əsassız varlanması ilə bağlı nəticəyə gəlməyə imkan verir. Ona görə də, həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
47. Bundan başqa, məhkəmə iddia tələbinin iddiaçı “İphone 16 pro Max” markalı telefonun dəyəri olan 3402 manat məbləğində pul vəsaitinə, eyni zamanda 1000 manat məbləğində “Dyson Wrap” markalı fenin dəyərinin cavabdehdən alınmasına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
48. Belə ki, iddiaçı “İphone 16 pro Max” markalı telefonun dəyəri olan 3402 manat məbləğində pul vəsaitini, eyni zamanda 1000 manat məbləğində “Dyson Wrap” markalı fenin dəyərinin cavabdehdən alınmasını tələb etsə də, həm iddiaçının öz bildirdiklərinə görə, həm də cavabdehin etirazından və etiraza əlavə olunmuş “Watsapp” sosial şəbəsində aralarındakı yazışmalardan tərəflər arasında yaranmış yaxın münasibətlər zamanı həmin əşyaların iddiaçıya hədiyyə olaraq alınmasını qeyd etmişlər. İddiaçı qeyd olunan əşyaların dəyərini cavabdehdən tələb etsə də, cavabdehə həmin əşyaların əvəzinin ödənilməsi şərti ilə alınmasını sübuta yetirə bilməmişdir. Eyni zamanda iddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatında cavabdehlə aralarında münasibətlər olduğu, onunla ailə qurmaq niyyətində olduğunu, cavabdehə kömək etmək üçün pul vəsaiti verdiyini, həmin əşyaları cavabdehə istifadə etməsi üçün aldığını, hazırda da cavabdehin istifadəsində olduğunu bildirmişdir.
49. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır.
50. Bundan başqa, mülki-hüquqi əqdlərin əvəzliliyi qanunvericiliklə hər bir müqavilənin əvəzliliyi prezumpsiyası ilə müəyyən edilmişdir. Belə ki, müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. MM-dən, müqavilənin məzmunundan və ya mahiyyətindən ayrı hal irəli gəlmirsə, müqavilənin əvəzli olduğu ehtimal olunur(MM-in 397.1 və 397.3-cü maddələri).
51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi, qanunverici bağışlama müqaviləsini yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayır.
52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən 666.1ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: • bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; • hədiyyə alanın əmlakı artır; • hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; • hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; • hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur.
53. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
54. Həmin Məcəllənin 669-cu maddəsinə əsasən nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər.
55. Göründüyü kimi, tərəflər arasında olan yaxın münasibətlər əsasında iddiaçı “İphone 16 pro Max” markalı telefonu və “Dyson Wrap” markalı fenini cavabdehə əvəzsiz olaraq bağışlamaqla onu zənginləşdirmiş, həm də bu cür bağışlama cavabdeh tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməmişdir. İddiaçı cavabdeh hədiyyəni qəbul edənədək onu geri götürməmişdir. Əvəzsiz əqdlərdə isə tərəflər bir-birilərindən qarşılıqlı təminat almırlar. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin oluna bilməz.
56. Beləliklə, sadalanan maddi hüquq normalarını tətbiq edərək və işin məhkəmə tərəfindən müəyyən edilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı aldığı 1194 manat borcu qaytarmaq öhdəliyi daşıyır. Bu səbəbdən Cavabdeh 1194 (min yüz doxsan dörd) manat pul alınaraq İddiaçı verilməlidir.
57. Eyni zamanda iş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 103 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
58. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
59. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
60. İş üzrə iddiaçı tərəfindən 103 manat dövlət rüsumu ödənilərək cavabdehdən həmin məbləğin tutulması tələb olunsa da, iddia tələbi 1194 (min yüz doxsan dörd) manat borca aid hissədə təmin edildiyindən həmin məbləğə hesablanmış 30,94 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
61. Beləliklə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 1194 (min yüz doxsan dörd) manat borc pul və 30,94 (otuz manat doxsan dörd qəpik) manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir.
62. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
63. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
64. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
65. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi: 66.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 1194 (min yüz doxsan dörd) manat borc pul və 30,94 (otuz manat doxsan dörd qəpik) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Heyran Mürsəlova