Məhkəmə qərarları › İş №e-2(015)-1455/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-1455/2025

08.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-1455/2025 08.09.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, Müəyyən etdi : Təsviri hissə:

1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Sosial Müdafiə Fonduna olan 9028,12 manat, İşsizlikdən sığorta fonduna olan 281,9 manat, İcbari Tibbi Sığorta Fonduna olan 520,34 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Cavabdeh barəsində (Doğulduğu tarix xx xxxxxx 1959-cu il, Doğulduğu yer Azərbaycan, Qazax; Kolxəlfəli k., Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tələbini onunla əsaslandırmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Ağstafa rayon, Qarahəsənli Bələdiyyəsinin (VÖEN:**********) İcbari Tibbi Sığorta Fonduna 520,34 manat, İşsizlikdən sığorta fonduna 281,9 manat, Dövlət Sosial Müdafiə Fonduna 9028,12 manat olmaqla, ümumilikdə 9830,36 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********005700, xx.xx.2025-ci il tarixli **********234100, xx.xx.2025-ci il tarixli **********802500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.

4. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-cı maddəsini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İşdə olan sənədlərlə müəyyən olunur ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Ağstafa rayon, Qarahəsənli Bələdiyyəsinin (VÖEN:**********) İcbari Tibbi Sığorta Fonduna 520,34 manat, İşsizlikdən sığorta fonduna 281,9 manat, Dövlət Sosial Müdafiə Fonduna 9028,12 manat olmaqla, ümumilikdə 9830,36 manat borcu vardır.

7. İşdə olan sənədlərlə müəyyən olunur ki, yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə xx.xx.2025-ci il tarixli **********005700, xx.xx.2025-ci il tarixli **********234100, xx.xx.2025-ci il tarixli **********802500 nömrəli bildirişlər göndərilmişdir.

8. İş materiallarında olan, reyestr məlumatlarına əsasən, hüquqi şəxsin icra orqanının rəhbəri olan Cavabdeh Ağstafa rayonu, Kolxəlfəli kəndində yaşayır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Ağstafa rayon, Qarahəsənli Bələdiyyəsinin (VÖEN:**********) İcbari Tibbi Sığorta Fonduna 520,34 manat, İşsizlikdən sığorta fonduna 281,9 manat, Dövlət Sosial Müdafiə Fonduna 9028,12 manat olmaqla, ümumilikdə 9830,36 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********005700, xx.xx.2025-ci il tarixli **********234100, xx.xx.2025-ci il tarixli **********802500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən, hüquqi şəxsin icra orqanının rəhbəri olan Cavabdeh Ağstafa rayonu, Kolxəlfəli kəndində yaşayır. Göstərilənlərə əsasən, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi hazırkı ərizə ilə məhkəmə müraciət etmişdir.

Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

12. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir.

13. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Ağstafa rayon, Qarahəsənli Bələdiyyəsinin (VÖEN:**********) İcbari Tibbi Sığorta Fonduna 520,34 manat, İşsizlikdən sığorta fonduna 281,9 manat, Dövlət Sosial Müdafiə Fonduna 9028,12 manat olmaqla, ümumilikdə 9830,36 manat borcunun yaranması, yaranmış vergi borcunun dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildiriş göndərilməsi, lakin vergi ödəyicisinin yaranmış borc məbləğini ödəməməsi, alınmış reyestr məlumatlarına əsasən, hüquqi şəxsin rəhbərinin Ağstafa rayonu, Kolxəlfəli kəndində yaşayan Cavabdeh olması sübuta yetirildiyindən, ərizə təmin olunmalı, Ağstafa rayonu, Kolxəlfəli kəndində yaşayan Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

14. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığorta edən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə mindiyindən və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmadığından hazırki qətnamə dərhal icraya yönəldilməlidir.

Nəticə hissəsi:

15. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 355-5- 355-7-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi :

Ərizə təmin edilsin. Vergi ödəyicisi olan Ağstafa rayon Qarahəsənli Bələdiyyəsinin (VÖEN:**********) İcbari Tibbi Sığorta Fonduna 520,34 (beş yüz iyirmi manat, otuz dörd qəpik) manat, İşsizlikdən sığorta fonduna 281,9 (iki yüz səksən bir manat, doxsan qəpik) manat, Dövlət Sosial Müdafiə Fonduna 9028,12 (doqquz min iyirmi səkkiz manat, on iki qəpik) manat olmaqla, ümumilikdə 9830,36 (doqquz min səkkiz yüz otuz manat, otuz altı qəpik) manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan, Ağstafa rayonu Kolxəlfəli kəndində yaşayan Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar