Məhkəmə qərarları › İş №e-2(015)-1942/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-1942/2025

19.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-1942/2025 19.02.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2700 manat pulun və 47 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh əvvəlcədən tanmış, onunla arasında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Cavabdeh 2025-ci ilin əvvələrindən başlayaraq Ağcabədi rayon, Rəncbərlər kəndi ərəzisində yerləşən fermasında çoban işləmişdir. Həmin vaxtdan başlayaraq cavabdeh ondan ümumilikdə borc olaraq 2700 manat məbləğində pul almışdır. O, dəfələrlə cavdehdən borclu olduğu pulu ödəməsini tələb etsə də, o müxtəlif bəhanələrlə borcunu ödəməkdən boyun qaçırmışdır. O, pulunu almaq üçün Ağcabədi RPŞ-nə müraciət etmiş, araşdırma zamanı cavabdeh polis şöbəsində verdiyi izahatında özü də ona borcunun olmasını etiraf etmişdir. Ancaq dəfələrlə borcunu tələb etsə də cavabdeh yenə borcunu verməmişdir. Ona görə də hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Ona görə də, hazırki tələblə məhkəməyə müraciət edilmişdir.

3. Cavabdeh etiraz ərizəsindən görünür ki, iddia ərizəsində iddiaçı ona olan borcu olan 2700 manat məbləğində pulun və məhkəmə üçün ödənilmiş 47 manat dövlət rüsumu pulun ondan alınaraq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. O, iddia tələbini qəbul etmir. Onun fermasında işləyən zaman həmin şəxsə 2700 manat borcun yaranmasını qeyd etmişdir. O, həqiqətən İddiaçı fermasında əmək müqaviləsi olmadan çalışmış və əmək haqqı razılaşmaya əsasən əlbəəl ödənilmişdir. Əslində onun borcu vardır. İddiaçı onun pulu ödəməsi üçün əvvəlcə Ağcabədi Rayon Polis şöbəsinə müraciət edərək 1700 manat pulun alınaraq ona ödənilməsini xahiş etmişdir. Bununla bağlı izahatları da vardır. Odur ki, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçının izahatı:

4. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı bildirdi ki, o, cavabdehə 1700 manat, daha sonra isə 1000 manat məbləğində borc vermişdir. O, iddia tələbini müdafiə edib, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh həqiqətən cavabdehdən 1700 pul aldığını, lakin həmin pulu iddiaçıya qaytardığını, hətta 100 manat sonradan aldığı borcu iddiaçının atasına verdiyini bildirmişdir. Onun 2700 manat borcunun olması barədə deyilənlər hamısı yalandır.

6. Məhkəmə işdə tərəfin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: Mülki işin materialları:

7. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, HK-1/2474 nömrəli material əsasında cinayət işinin başlanması rədd edilmişdir. Lakin cinayət işinin başlanması rədd edilməsi haqqında qərarın təsviri hissəsində qeyd edilmiş Cavabdeh izahatından görünür ki, o, iddiaçıdan 1700 manat pul aldığını etiraf etmişdir.

8. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 47,60 manat dövlət rüsumu ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iş üzrə İddiaçı Cavabdeh 2700 manat borc pul vermiş, cavabdeh həmin pulu qaytarmalı olduğu halda qaytarmamış və öz üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Ona görə də, iddiaçı məcbur olub hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə İddiaçı Cavabdeh ayrı-ayrılıqda 1700 və 1000 manat olmaqla, ümumilikdə 2700 manat borc pul verməsini qeyd etsə də, həmin məbləğdə pulu cavabdehə verməsini təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmiş və iddiaçının qeyd etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bundan başqa, iş üzrə Cavabdeh iddiaçıdan 1700 manat borc pul almasını və daha sonra aldığı 100 manatı iddiaçının atasına qaytarmışdır, 1700 manat isə ayrıca qaytarmasını qeyd etsə də, həmin halları təsdiq edəcək heç bir sübutunun olmamasını bildirmiş və qeyd etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, HK-1/2474 nömrəli material əsasında cinayət işinin başlanması rədd edilmişdir. Lakin cinayət işinin başlanması rədd edilməsi haqqında qərarın təsviri hissəsində qeyd edilmiş Cavabdeh izahatından görünür ki, o, iddiaçıdan 1700 manat pul aldığını etiraf etmişdir. Məhkəmə iclasında da cavabdeh həmin məbləğdə pulu alsa da, sonradan işləyərək ödədiyini bildirsə də, bu barədə sübutlarının olmadığını ibldirmişdir. Belə olan halda məhkəmə yalnız cavabdehin iddiaçıdan 1700 manat borc pul alması barədə etirafedici izahatını sübut kimi qəbul edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

11. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış borc müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur.

12. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəlmiş fundamental doktrina hesab olunur və mülki hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) xidmət edir.

13. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır.

14. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

16. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

17. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında borc münasibətləri yaranmış, iş üzrə İddiaçı Cavabdeh ayrı-ayrılıqda 1700 və 1000 manat olmaqla, ümumilikdə 2700 manat borc pul verməsini qeyd etsə də, həmin məbləğdə pulu cavabdehə verməsini təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmiş və iddiaçının qeyd etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bundan başqa, iş üzrə Cavabdeh iddiaçıdan 1700 manat borc pul almasını və daha sonra aldığı 100 manatı iddiaçının atasına qaytarmasını qeyd etsə də, həmin halları təsdiq edəcək heç bir sübutunun olmamasını bildirmiş və qeyd etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə yalnız cavabdehin iddiaçıdan 1700 manat borc pul alması barədə etirafedici izahatını sübut kimi qəbul edir.

18. Beləliklə, sadalanan maddi hüquq normalarını tətbiq edərək və işin məhkəmə tərəfindən müəyyən edilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı aldığı 1700 manat məbləğdə borcu qaytarmaq öhdəliyi daşıyır. Bu səbəbdən Cavabdeh 1700 manat məbləğdə pul alınaraq İddiaçı verilməlidir.

19. Eyni zamanda iş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 47,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən, yəni 1700 manat borca aid hissədə təmin edildiyindən həmin məbləğə hesablanmış 37 manat dövlət rüsumu və Cavabdeh 1700 manat pul alınaraq İddiaçı verilməlidir.

22. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

26. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 1700 (min yeddi yüz) manat borc pul və 37 (otuz yeddi) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar