Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-987/2024 20.11.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı «X3» X4 Cavabdeh qarşı əmlakların natura şəklində qaytarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı «X3» X6 iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 13 oktyabr 2022-ci il tarixində № ÖM/12838 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 baş inək 400 kq qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlamasının natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı «X3» X4 nümayəndəsi X2 iddia tələbini müdafiə edib göstərdi ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 13 oktyabr 2022-ci il tarixində №ÖM/12838 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 14521-14842 və 14604 birka nömrəli 3 (üç) baş inək 400 kq qarışıq yem və 65 ədəd yonca qarışıqlı ot bağlaması natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 13 oktyabr 2022-ci il tarixində №ÖM/12838 nömrəli aktla vətəndaş Cavabdeh “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası NazirlərKabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğuntəşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olubolmamasının yoxlanılması ilə bağlı MMQF əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2024-cü il 22 yanvar tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 14521-14842 və 14604 birka nömrəli 3 (üç) baş inək 400 kq qarışıq yem və 65 ədəd yonca qarışıqlı ot bağlaması aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış 2024-cü il 15 may tarixli 3-17- 2/2-Ə-27639/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Hesab edir ki, yuxarıda qeyd edilən işin faktiki hallarına görə iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 3 baş inəyin 400 kq qarışıq yem və 65 ədəd yonca qarışıqlı ot bağlaması natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməlidir. Cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 13 oktyabr 2022-ci il tarixində № ÖİW12838 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 baş inək 400 kq qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlamasının natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, məşğulluq idarəsinə heyvan verilməsi ilə bağlı müraciət etmiş, 3 ildən sonra ona 3 baş inək vermişlər. Heyvanı satmaq niyyəti ilə almamışdır. Ona bildirmişlər ki, 1 il ərzində heyvanı satmasın. Lakin heyvanlar qısır olmuşdur. Bir neçə dəfə məşğulluq idarəsinin işçiləri və baytar da baxmışdır. Heyvanları aldığı vaxtdan 1 il 2 ay keçdikdən sonra övladı xəstələnmiş və heyvanları satmaq məcburiyyətində qalmışdır. Yanvar ayının 23də idarənin iki nəfərə əməkdaşı gəlmiş, onlara ailə vəziyyətinə görə heyvanı məcbur olub dekabr ayında satmasını bildirmişdir. Məhkəmə baxış iclasının vaxtı yeri haqqında iddiaçı «X3» X4 nümayəndəsinə və Cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185ci maddəsini rəhbər tutaraq işə iddiaçı təşkilatın nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 13 oktyabr 2022-ci il tarixli, №ÖM/12838 nömrəli müqavilədən görünür ki, Agentlik tərəfindən Cavabdeh “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 14521-14842 və 14604 birka nömrəli 3 (üç) baş inək 400 kq qarışıq yem və 65 ədəd yonca qarışıqlı ot bağlaması natura şəklində verilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən Filial tərəflər arasındakı təhvil-təslim aktında (Müqaviləyə əlavə 1) göstərilən əmlakı bu Müqavilə ilə müəyyən edilmiş qaydada Özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 (bir) il müddətində sözügedən əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən filial özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyətinin bu Müqavilə müddəti ərzində monitorinqini aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, Əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Qeyd edilən müqavilənin 4.1-ci bəndinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzürlü səbəb olmadan istifadə etmədikdə həmin əmlakı filiala qaytarır və yaxud onun dəyərinin bazar qiymətinə uyğun olaraq filialın təqdim etdiyi X1 xəzinədarlıq orqanında olan xəzinə hesabına köçürür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 2024-cü il 22 yanvar tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 14521-14842 və 14604 birka nömrəli 3 (üç) baş inək 400 kq qarışıq yem və 65 ədəd yonca qarışıqlı ot bağlaması aşkar edilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 13 oktyabr 2022-ci il tarixli, №ÖM/12838 nömrəli müqavilədən görünür ki, Agentlik tərəfindən Cavabdeh “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 14521-14842 və 14604 birka nömrəli 3 (üç) baş inək 400 kq qarışıq yem və 65 ədəd yonca qarışıqlı ot bağlaması natura şəklində verilmişdir. Həmin heyvanları cavabdeh 1 (bir) il müddətində təyinatı üzrə istifadə etmiş, həmin müddət ərzində Agentlik tərəfindən heyvanlara baxış keçirilməmiş, müqavilə müddəti bitdikdən 2 ay keçdikdən sonra isə cavabdeh heyvanları satmış, müqavilə müddəti bitdikdən 3 (üç) ay sonra, yəni 2024-cü il 22 yanvar tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 14521-14842 və 14604 birka nömrəli 3 (üç) baş inək 400 kq qarışıq yem və 65 ədəd yonca qarışıqlı ot bağlaması aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, “Məşğulluq haqqında” Qanunun 24.1.4-cü maddəsinə əsasən, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak 1 (bir) il müddətinə müqavilə əsasında verilir. Həmin Qanunun 24.1.5-ci maddəsinə əsasən, Agentlik özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində (1 (bir) il) monitorinqini aparır. Qeyd edilməlidir ki, həm “Məşğulluq haqqında” Qanunun 24.1.4-cü maddəsinin tələbi, həm də Agentliklə şəxslər arasında yuxarıda qeyd edilən münasibətlərin təbiətindən irəli gələrək şəxslərə verilən aktivlər onların birbaşa mülkiyyətinə keçmir. Belə ki, özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilən şəxslərə bu aktivlər 1 (bir) il müddətinə təyinatı üzrə istifadəsi məqsədilə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğuntəşkili Qaydası”nın8.1-ci bəndinə əsasən, Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Yuxarıda qeyd edilən normanın məzmunundan da aydın olur ki, şəxslərə özünüməşğulluq proqramı çərçivəsində verilən aktivlər ilk öncə onların mülkiyyətinə yox, sadəcə istifadəsinə verilməkdədir. Monitorinqlərin aparıldığı dövr ərzində şəxslər onlara verilən aktivlərdən istifadə edərək öz məşğulluqlarını təmin etməli, habelə aktivlərdən istifadənin onun verilmə anında nəzərdə tutulan təyinatından kənara çıxmamasını təmin etməlidirlər. Özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyətinin yekun monitorinqi zamanı tərtib edilən akta əsasən onların aktivlərdən biznes-plana uyğun istifadəsi müəyyən edildikdə və qanunvericilikdə nəzərdə tutulan 1 (bir) il müddət tamamlandıqdan sonra Agentlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində verilən əmlakın mülkiyyət hüququ proqrama cəlb edilmiş şəxslərə keçir. Qeyd edilən müddət çərçivəsində şəxslərə verilən aktivlərin özgəninkiləşdirilməsi, habelə əvəzli və ya əvəzsiz qaydada üçüncü şəxslərin istifadəsinə verilməsi nə tərəflər arasındakı münasibətlərin xarakterinə, nə də mülki qanunvericilikdə nəzərdə tutulan mülkiyyət hüququna dair tələblərə uyğundur. Göründüyü kimi mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Göründüyü kimi, Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 13 oktyabr 2022-ci il tarixli, №ÖM/12838 nömrəli müqaviləyə əsasən 3 (üç) baş inək 400 kq qarışıq yem və 65 ədəd yonca qarışıqlı ot bağlaması natura şəklində iddiaçı tərəfindən cavabdehə verilmiş, həmin heyvanları cavabdeh 1 (bir) il müddətində təyinatı üzrə istifadə etmiş, həmin müddət ərzində Agentlik tərəfindən heyvanlara baxış keçirilməmiş, müqavilə müddəti bitdikdən 2 ay keçdikdən sonra cavabdeh heyvanları öz mülkiyyəti kimi satmış, iddiaçı tərəfindən isə müqavilə müddəti bitdikdən 3 (üç) ay sonra, yəni 2024-cü il 22 yanvar tarixli yekun monitorinqi aktına əsasən cavabdehə verilmiş əmlak aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin ona verilmiş iribuynuzlu heyvanları saxlamaq vəzifəsi müqavilə ilə 1 il müddətinə müəyyən olunub. İddiaçı isə 1 il tamamında monitorinq keçirmək vəzifəsi daşıyır. Müqavilədə heyvanların monitorinq keçirilənə qədər qorunması ilə bağlı razılaşma yoxdur. Göründüyü kimi, cavabdeh müqavilə müddəti bitdikdən 2 ay keçdikdən sonra satmışdır. Faktiki cavabdeh iribuynuzlu heyvanlar üzərində mülkiyyət hüququ əldə etdikdən sonra onları satmışdır və buna onun tam hüququ yaranmışdır. Bununla məhkəmə qeyd edir ki, cavabdehin müqavilə şərtlərini pozması halı müşahidə olunmur. İddiaçı 1 ilin tamamına qədər iribuynuzlu heyvanların satılmasını aşkar etdiyi halda hazırki iddianın irəli sürülməsində haqlı olardı. Cavabdeh iribuynuzlu heyvanlar üzərində mülkiyyət hüququ əldə etdiyindən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər. Hazırki vəziyyətdə əmlak cavabdehin mülkiyyətinə keçdiyindən o, mülkiyyət hüququndan istifadə edərək ona məxsus olan əmlaka faktiki sahib olub, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə edərək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmişdir. Ona görə də cavabdehin iddiaçı qarşısında hər hansı bir öhdəliyi yaranmamış və o, iddiaçı qarşısında mülki məsuliyyət daşımır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı «X3» X4 Cavabdeh qarşı əmlakların natura şəklində qaytarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı «X3» X4 Cavabdeh qarşı əmlakların natura şəklində qaytarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №e-2(015)-987/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-987/2024
20.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver