Məhkəmə qərarları › İş №e-2(016)-455/2025

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №e-2(016)-455/2025

02.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № e-2(016)-455/2025 02.06.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X2 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 700 manat məbləğində pulun alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Qaradağ rayonu, Ümid qəsəbəsində məktəb binasının tikintisinə rəhbərlik etdiyi xavtdan uzun müddətdir ki, tanıyır. Həmin qəsəbədə onun işlətdiyi ərzaq mağazasından müxtəlif vaxtlarda işçilərinə nisyə olaraq ərzaq malları götürmüşdür. Uzun müddət keçməsinə baxmayaraq göstərilən məbləği ödəməkdən imtina etmiş və o məcburiyyət qarşısında qalaraq Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2015-ci il tarixli, 2(016)-1693/2015 saylı qətnamə əsasında borcunu ödəmək barədə Məhkəmə ədalətli qətnamə çıxartmışdır. Dəfələrlə borcunu ödəməsi barədə müraciətləri nəticə verməmişdir. Bilərəkdən indiyə qədər vaxt uzadaraq ödəyəcəyini bildirmişdir. xx.xx.2017-ci il tarixdə onun təkid və xahişi ilə Bakı şəhəri Şamaxinka adlanan yerdə görüşmüşdürlər. Özü ilə şahid olması üçün X1 ogluna onunla getməyi xahiş etmişdir. Bahadır bildirdi ki, işləmək üçün Qazagıstana gedir borcunun bir hissəsini ödəyir və qalan məbləgi gedib Qazagıstanda işləyib bir aydan sonra ödəyəcəyi barədə dilindən yazılı izahat vermişdir və o, əvəzində notariusdan onun borcunu ödədiyi barədə razılıq verməliydi ki, onun Respublikadan çıxışına qadaga götürülsün. Vaxtında ödəmədiyi təqdirdə hüquq mühafizə orqanları qarşısında cavab vermək öhdəliyini götürmüşdür. Həmin izahatı da Məhkəməyə təqdim etmişdir. Söhbət və razılaşmada Ş.Qədimov da iştirak etmişdir. O, bir insan kimi onun yalançı vədlərinə inanaraq razılaşmaga məcbur qalmışdır. İndiyə qədər onun qəsdən onu süründürdüyünü, yalandan sadəcə vaxt uzadaraq könüllü borcunu ödəmək istəmədiyini nəzərə alaraq 700 azn (yeddi yüz) borcunu qaytarmagını tələb edir. O vaxt kurs(1ABŞ dolları 0.78azn) olmaqla mövcud inflyasiyanın nəzərə alınmasını rica etmişdir. Gələcəkdə onunla arasında xoşagəlməz hadisələrin baş verməməsi üçün yenidən Məhkəməyə müraciət etməyi qərara almışdır. Dövlət rüsumu haqqında Azərbaycan RespublikasıQanununun 9.1.20-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumundan azaddırlar. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, pul tələbinə dair iddia ərizəsi ilə məhkəmədə iddiası olmuşdur. Lakin hazırkı iddia ərizəsində qeyd edilən məbləğ tam geri qaytarılmamışdır. Bu səbəbdən həmin məbləğlə bağlı yenidən iddia qaldırmışdır. Bununla bağlıda icraya müraciət etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(016)-1693/2015 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbi üzrə iddia təmin edilmiş, Cavabdeh 1650 manat məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə eyni tərəflər arasında eyni mübahisəyə dair Ağsu Rayon Məhkəməsi tərəfindən xx.xx.2015-ci il tarixli, 2(016)-1693/2015 saylı qətnamə qəbul edildiyindən və həmin qətnamə artıq qüvvəyə mindiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 261.0.2-ci maddəsinin tələbinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, MPM-in: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onlara geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və MPM-in 170, 263, 264, 268 və 269-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı digər tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar