Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-596/2025 28.07.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X9 Natiq oğlunun sədrliyi, Məhkəmənin iclas katibi Cəbrayılova Könül Alov qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh vurmuş olduğu ziyana görə 36785 manat və dövlət rüsumuna görə ödənilmiş 201 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Xəzər rayon X8 Hissəsinin 8 nömrəli X5 yanğın növbə rəisi köməkçisi vəzifəsində işləyir, daxili xidmət kapitanıdır. Barəsində şikayət etdiyi Cavabdeh tanışı Ramilənin vasitəsilə tanımışdır. Ramilə ilə 2023-cü ilin yay aylarında görüşlərinin birində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən sosial mənzil almaq istədiyini bildirmişdir. Ramilə özü də sosial ev almaq istədiyini deyib, bu işlərlə məşğul olan tanışının olduğunu bildirmişdir. Ramilə həmin şəxslə danışıb sonra telefon nömrəsini ona göndərəcəyini bildirmişir. Bir neçə gün sonra Ramilə sosial mənzil düzəltməyə köməklik edən şəxsin adının Asim olduğunu deyib, onunla danışdığını bildirmiş və mobil nömrəsini ona vermişdir. O, Asimə ilk dəfə telefonla yığanda o, Rusiya Federasiyasında olduğunu deyib, Bakı şəhərinə gələndə onunla görüşəcəyini bildirmişdir. Buna baxmayaraq telefonla da sosial mənzil almağa köməklik göstərəcəyini bildirmişdir. Asim adını bildirmədiyi tanışının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində işlədiyini deyib, sosial mənzillərin verilməsində birbaşa əlaqəsi olduğunu bildirmiş, Asim ilkin olaraq 1500 manat pul istəyib, həmin pulun sosial mənzil almaq üçün sənədləşmə işində lazım olacağını deyib, pulu tanışına göndərəciyini demişdir. O, ilk olaraq Xəzər rayonu, Bilgəh qəsəbəsində işdə olan zaman telefon vasitəsilə 1500 manatı Cavabdeh kart hesabına köçürtmə edib, Midadan 4 otaqlı ev almaq istədiyini Asimə bildirmişdir. Asim bunun müqabilində ondan 12000 manat pul istəmişdir. Sonradan Asimə evin 2 eyvanı olarsa yaxşı olacağını deyəndə əlavə 2000 manat da ondan pul istəmiş, bununla da Yasamal rayonu ərazisindən 4 otaqlı 95 kvadrat mənzil almaq üçün Asimə ümumilikdə 14000 manat pul vermişdir. Asimlə ilk danışıqlarında ev almaq üçün söhbət edən zaman obyektlə bağlı da bildirmişdir. Belə ki, sosial binaların son mərtəbəsinin obyekyt kimi satıldığını eşitmişdir. Asimə də bu barədə deyəndə, ondan xahiş elədi ki, həmin obyekti kameraya çəkib vatsap sosial şəbəkəsi vasitəsilə ona göndərsin. O da Asimin dediyi kimi 1 obyekti videoya çəkib ona göndərmiş. Asim gələcəkdə obtekti alarsa birlikdə işlədə biləcəyini bildirmişdir. O, ev almaq üçün pulu Asimə verəndən sonra obyekt almaq söhbəti yenidən danışılmağa başlamışdır. Asim ona kredit şərləti ilə sosial evlərin yerləşdiyi binalarda olan ilk mərtəbəsindəki 2 obyekti almaq üçün ümumilikdə 22000 manat pul istəmişdir. O da Asimin istədiyi pulu vermişdir. Əlavə olaraq sınaq üçün 352 manat, sənədlərin düzəldilməsi üçün 126 manat və borc kimi 307 manat pulu Asim ondan almışdır. O, kredit şərtləri ilə 95 kv sahəsi olan mənzili, 235 kv və 180 kv sahəsi olan iki ayrı obyetləri almaq üçün Cavabdeh ümumilikdə 36000 manat pul vermişdir. Bundan başqa həmin obyektlərin sənədləşmə işi üçün 126 manat, sınaq müddətini keçmək üçün 352 manat, borc kimi isə 307 manat pul vermişdir. O, Asimə ümumilikdə 36785 manat pul vermiş. Asim həmin pulun 36478 manatını dələduzluq yolu ilə ələ keçirmişdir. Cavabdeh 36785 manat pulu 2023-cü ilin iyun ayının əvvələrindən noyabr ayının 5-nə qədər olan müddət ərzində hissəhissə olmaqla köçürmə yolu ilə və nağd şəkildə vermişdir. Sonuncu 100 manatı Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalıq yaşayış massivində fəaliyyət göstərən “Albalı” adlı marektdə quraşdırılmış Milli-Ön ödəmə terminalı vasitəsilə göndərmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə onun pullarını mənimsəmişdir. Beləliklə, Cavabdeh ümumilikdə 36785 ( otuz altı min yeddi yüz səksən beş) manat məbləğində maddi ziyan vurmuşdur. Sonradan ona məlum olmuşdur ki, cavabdeh nəinki, ondan, hətta başqa şəxsləri də eyni qaydada aldatmış və bir çox şəxsə xeyli miqdarda maddi ziyan vurmuşdur. Qeyd edir ki, cavabdeh bu günə qədər ondan aldığı pulu geri qaytarmamışdır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasındaiştirak edə bilməyəcəyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini, iddianı qəbul etdiyini, təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(003)-45/2025 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2023cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 24 (iyirmi dörd) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablansın və üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Mülki iddiaçı X1 mülki iddiası təmin edilməsi, Cavabdeh 18.400 (on səkkiz min dörd yüz) manat məbləğində vurulmuş maddi ziyan tutularaq X2 ödənilməsi, Mülki iddiaçı X3 mülki iddiası qismən təmin edilməsi, Cavabdeh 20.614 (iyirmi min altı yüz on dörd) manat məbləğində vurulmuş maddi ziyan və 157 (yüz əlli yeddi) manat ödənilmiş dövlət rüsumu tutularaq X4 ödənilməsi hökm edilmişdir. Məhkəmə iclasında iddiaçı öz tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıdan 36785 manat məbləğində vəsait alması iş materiallarına əlavə edilmiş cavabdehin ərizəsi ilə təsdiq olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasını təqdim etdiyi sübutlarla təsdiq etdiyindən və cavabdeh tərəf iddianı qəbul etdiyindən iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Göründüyü kimi, cavabdeh Qərib Hüseynovun iddiaçı Orxan Fazilzadədən 51150 manat məbləğində pul almasının nə qanuni, nə də müqavilə əsası olmamışdır. Buna görə də, iddiaçı verdiyi pul vəsaitini cavabdeh Qərib Hüseynovdan geri tələb etməyə haqlıdır. MM-nin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına əsasən və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan 36785 manat pul alaraq əsassız varlanmışdır. MPM-in: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 201 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 201 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 36785 manat məbləğində pul və ödənilmiş 201 dövlət rüsumu tutularaq İddiaçı verilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 36785 manat məbləğində pul və ödənilmiş 201 dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №e-2(016)-596/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-596/2025
28.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver