Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1424/2025 07.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Nüşrəvan qızına qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Nüşrəvan qızına qarşı 9815 manat pul və ödənilmiş dövlət rüsumuna görə 119 manat, cəmi 9934 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh onun bacısıdır. 18 avqust 2023-cü il tarixdə Azərbaycan Beynəlxalq Bankın Ağcabədi filialından 12500 manat məbləğındə kreditə pul götürüb Cavabdeh vermişdir. Cavabdeh də hər ay banka olan kredit borcunu vaxtı-vaxtında ödəyəcəyinə söz vermişdir. Lakin, Cavabdeh ilk vaxtlarda krediti ödəsə də, sonradan qalan məbləği ödəməmiş və ödənişləri etməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Bunu təsdiq edən səs yazısı da vardır. Banka qalan borc məbləği ümumilikdə 9815 manat təşkil edir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş Cavabdeh Nüşrəvan qızı heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh Nüşrəvan qızının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, İddiaçı 18 avqust 2023-cü il tarixdə Azərbaycan Beynəlxalq Bankın Ağcabədi filialından 12500 manat məbləğındə kreditə pul götürüb Cavabdeh vermişdir. Cavabdeh hər ay banka olan kredit borcunu vaxtı-vaxtında ödəyəcəyini öhdəsinə götürsə də, bu öhdəliyi icra etməmişdir. Buradan da göründüyü kimi cavabdeh iddiaçının 9815 manat məbləğində pulunu əldə edib iddiaçının hesabına hüquqi əsas olmadan əsassız varlanmış və iddiaçı da cavabdehdən həmin pulu tələb etməkdə haqlıdır. Bundan başqa, Cavabdeh Nüşrəvan qızı izahatında iddianı qəbul etdiyini və maddi imkanı olmadığından həmin pulu ödəyə bilmədiyini göstərmişdir. Məhkəmə Cavabdeh Nüşrəvan qızının məhkəmə hazırlıq iclası zamanı vermiş olduğu izahatını sübut növü kimi qəbul edir. Həmçinin iddiaçı tərəfindən təqdim olunan CD diskdə olan səs yazı ilə də müəyyən olunmuşdur ki, Cavabdeh Nüşrəvan qızının İddiaçı 9815 manat borcu olması ilə bağlı danışıqlar olmuş, Cavabdeh Nüşrəvan qızı həmin pulu ödəyəcəyini bildirmişdir. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. İddiaçı tərəfindən təqdim edilmiş CD diskdə olan səs yazısı İddiaçı ilə Cavabdeh Nüşrəvan qızına aid olduğundan, həmin danışıqlar tərəflər üçün sirr olmadığından, mahiyyət etibarı ilə iddiaçı ilə cavabdehin arasındakı pul münasibəti ilə bağlı olduğundan məhkəmə həmin səs yazısını da sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh Nüşrəvan qızından 9815 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan 04 aprel 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 119 dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 119 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də Cavabdeh Nüşrəvan qızından alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh Nüşrəvan qızından 9815 manat pul və ödənilmiş 119 manat dövlət rüsumu, cəmi 9934 (doqquz min doqquz yüz otuz dörd) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-1424/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1424/2025
07.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver