Məhkəmə qərarları › İş №e-2(017)-1609/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1609/2024

29.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1609/2024 29.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Agcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı oğlnun etibarnamə üzrə nümayəndəsi, order üzrə vəkili Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaranmış borcun tutulması tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 10 aprel 2024-cü il tarixdə Ukrayna Respublikasında yaşayan yaxın qohumu X2 onunla əlaqə saxlayaraq Abşeron Rayonu, Xırdalan şəhəri, Ərriyad Ticarət Mərkəzinin qarşısında yerləşən Abşeron Gənclər şəhərciyində yaşayan Cavabdeh 1500 kiloqram qoz ləpəsi lazım olduğunu bildirmişdir. Daha sonra isə X1 ona Cavabdeh əlaqə nömrəsini vermiş və o, Cavabdeh ilə telefon vasitəsilə danışaraq 1500 kiloqram qoz ləpəsinin alqı-satıqısı barədə razılığa gəlmişlər. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə atasına məxsus ford markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh 1300 kiloqram qoz ləpəsi apararaq Abşeron Rayonu, Xırdalan şəhəri, Ər-riyad Ticarət Mərkəzinin qarşısında yerləşən Abşeron Gənclər şəhərciyində cavabdehə təhvil vermişdir. Yerdə qalan 200 kiloqramı isə bir neçə günə ona təhvil verməli idi. Daha sonra isə Cavabdeh ilə olan razılıqlarına əsasən o, cavabdehə əlavə olaraq 500 kiloqram qoz ləpəsi göndərmiş və beləliklə o, cavabdehə cəmi 2000 kiloqram qoz ləpəsi vermişdir. Razılığa əsasən Cavabdeh yeddi gün ərzində 2000 kiloqram qoz ləpəsinin əvəzinə ona 17315 manat pu verməyi öz öhdəsinə götürmüşdür. Bundan sonra xx.xx.2024-cü il tarixdə Cavabdeh ona 2000 manat pul nağd şəkildə ödəmişdir. Daha sonra isə xx.xx.2024-cü il tarixdə cavabdeh onun adına olan karta əlavə olaraq 2000 manat köçürtmə etmişdir. Sonra isə 2024-cü ilin iyun ayının ortalarında o, Cavabdeh ilə görüşmüş və Ruslan ona əlavə olaraq 3000 manat nağd şəkildə ödəniş etmişdir. Hazırda cavabdehin ona 10315 manat borcu qalmaqdadır. Dəfələrlə cavabdehdən pulunu tələb etsə də, hər hansı nəticəsi olmamışdır. İddia ərizəsinə əlavə etdiyi diskdəki səs yazılarında görünür ki, cavabdehlə çoxsaylı danışıqlar aparmış, müxtəlif vədlər vermiş, lakin heç bir vədini yerinə yetirməmişdir. Bununla bağlı Abşeron rayon Polis şöbəsinə şikayət vermiş olsa da, polis şöbəsi tərəfindən müraciətlərinin mülki xarakterli olması ilə əlaqədar ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Odur ki, göstərdiklərini nəzərə alınmaqla məhkəmədən iddia tələbinin tam təmin edilməklə Cavabdeh xeyirinə 10315 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi, order üzrə vəkili Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Vəkil1 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verib, iddia ərizəsinin məzmununa uyğun çıxış edərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə İddiaçı atasına məxsus ford markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh 1300 kiloqram qoz ləpəsi apararaq Abşeron Rayonu, Xırdalan şəhəri, Ər-riyad Ticarət Mərkəzinin qarşısında yerləşən Abşeron Gənclər şəhərciyində cavabdehə təhvil vermişdir. Yerdə qalan 200 kiloqramı isə bir neçə günə ona təhvil verməli idi. Daha sonra isə Cavabdeh ilə olan razılıqlarına əsasən İddiaçı cavabdehə əlavə olaraq 500 kiloqram qoz ləpəsi göndərmiş və beləliklə cavabdehə cəmi 2000 kiloqram qoz ləpəsi vermişdir. Razılığa əsasən Cavabdeh yeddi gün ərzində 2000 kiloqram qoz ləpəsinin əvəzinə Ramilə 17315 manat pu verməyi öz öhdəsinə götürmüşdür. Bundan sonra xx.xx.2024-cü il tarixdə Cavabdeh Ramilə 2000 manat pul nağd şəkildə ödəmişdir. Daha sonra isə xx.xx.2024-cü il tarixdə cavabdeh Ramilin adına olan karta əlavə olaraq 2000 manat köçürtmə etmişdir. Sonra isə 2024-cü ilin iyun ayının ortalarında İddiaçı Cavabdeh ilə görüşmüş və Ruslan ona əlavə olaraq 3000 manat nağd şəkildə ödəniş etmişdir. Hazırda cavabdehin Ramilə 10315 manat borcu qalmaqdadır. Cavbdeh hazırda iddiaçıya qalan borcundan heç bir ödəniş etməmiş, ödəniş etməməsinin səbəbi kimi Ələsgər adlı şəxsin ona borcunun olmasını həmin borcun əvəzi olaraq İddiaçı verəcəyi puldan çıxması olduğunu bildirmişdir. Lakin İddiaçı Ələsgər adlı şəxsi tanımadığını, heç bir əlaqəsi olmadığını və Ələsgərin Ruslana olan borcunun ona heç bir aiddiyatı olmadığını bildirmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq Cavabdeh 10315 manat borc pulun tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə baxış iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək izahatında göstərdi ki, Cavabdeh ona ümumi dəyəri 17315 manat olan 2000 kiloqram qoz ləpəsinin nisiyə alqı-satqı nəticəsində yaranmış borcundan cavabdeh tərəfindən ödənilmiş, xx.xx.2024-cü il tarixdə 2000 manat pul nağd şəkildə, xx.xx.2024-cü il tarixdə onun adına olan karta əlavə olaraq 2000 manat köçürtməsini və sonra isə 2024-cü ilin iyun ayının ortalarında ona əlavə olaraq 3000 manat nağd şəkildə ödənişini nəzərə alınmaqla hazırda cavabdehin ona 10315 manat borcu qalmışdır. Cavbdeh hazırda ona qalan borcundan heç bir ödəniş etməmiş, ödəniş etməməsinin səbəbi kimi Ələsgər adlı şəxsin ona borcunun olmasını həmin borcun əvəzi olaraq ona verəcəyi puldan çıxması olduğunu bildirmişdir. Lakin o, Ələsgər adlı şəxsi tanımadığını, heç bir əlaqəsi olmadığını və Ələsgərin Ruslana olan borcunun ona heç bir aiddiyatı olmadığını bildirdi. Ona görə də, göstərdiklərini nəzərə alaraq Cavabdeh 10315 manat borc pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə baxış iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi, order üzrə vəkili Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil2 iddia tələbuni qəbul etmədi və çıxış edərək göstərdi ki, Cavabdeh tanışı Ukrayna Respublikasında yaşayan X3 ilə aralarında olan ticarət münasibətləri ilə əlaqədar Ələsgərin Ruslana 22800 (iyirmi iki min səkkiz yüz) manat məbləğində borcu yaranmışdır. X3 qeyd edilən məbləğdə borcunu qaytara bilmədiyindən Ruslana borcun əvəzi olaraq satmaq üçün Azərbaycan Respublikasında tanışları vasitəsilə 1500 klq qoz ləpəsi göndərəcəyini vəd etmişdir. X3 iddiaçı vasitəsilə Ruslana ümumi dəyəri 17000 (on yeddi min)manat olan 2500 kiloqram qoz ləpəsi göndərmişdir. İddiaçı qeyd edilən malları nəqliyyat vasitəsilə gətirdikdə malın ödənişi olmadan boşaltmayacağını bildirdikdə Ruslan ona bu barədə Ələsgərlə danışmasını bildirmişdir. Həmçinin iddiaçı bildir di ki, Ruslanı tanımadığından ödəniş olunmadan mal verə bilməz. Daha sonra iddiaçı Ələsgərlə telefonla danışdıqdan sonra malları boşaldaraq təhvil verib getdi. Ruslanın Ələsgərlə aralarında olan anlaşma 1500 kiloqram olduğu üçün o, digər 1000 kiloqram ləpənin dəyəri kimi 7000 (yeddi min) manat pulu iddiaçıya ödəmişdir. Çünki iddiaçı Ruslana bildirmişdir ki, Ələsgərə 1500 kiloqram ləpəni ona verəcəyini vəd etmişdir. Qalıq 1000 kiloqram isə normal alqı-satqı qaydalarına uyğun olaraq ödənişini etməlisən. Ruslan da, bu səbəbdən yuxarıda qeyd etdiyi kimi 1000 kiloqram ləpənin dəyərinin iddiaçıya ödəmişdir. Odur ki, göstərdiklərini nəzərə alınmaqla iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Cavabdeh “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə etiraz göndərərək etirazında göstərmişdir ki, iddia tələbi tamamilə əsassızdır və aşağıdakılara əsasən rədd edilməlidir. Tanışı Ukrayna Respublikasında yaşayan X3 ilə aralarında olan ticarət münasibətləri ilə əlaqədar Ələsgərin ona 22800 (iyirmi iki min səkkiz yüz) manat məbləğində borcu yaranmışdır. X3 qeyd edilən məbləğdə borcunu qaytara bilmədiyindən ona borcun əvəzi olaraq satmaq üçün Azərbaycan Respublikasında tanışları vasitəsilə 1500 klq qoz ləpəsi göndərəcəyini vəd etmişdir. X3 iddiaçı vasitəsilə ona ümumi dəyəri 17000 (on yeddi min)manat olan 2500 kiloqram qoz ləpəsi göndərdi. İddiaçı qeyd edilən malları nəqliyyat vasitəsilə gətirdikdə malın ödənişi olmadan boşaltmayacağını bildirdikdə o, ona bu barədə Ələsgərlə danışmasını bildirmişdir. Həmçinin iddiaçı bildir di ki, onu tanımadığından ödəniş olunmadan mal verə bilməz. Daha sonra iddiaçı Ələsgərlə telefonla danışdıqdan sonra malları boşaldaraq təhvil verib getdi. Onun Ələsgərlə aralarında olan anlaşma 1500 kiloqram olduğu üçün o, digər 1000 kiloqram ləpənin dəyəri kimi 7000 (yeddi min) manat pulu iddiaçıya ödəmişdir. Çünki iddiaçı ona ona bildirdi ki, Ələsgərə 1500 kiloqram ləpəni ona verəcəyini vəd etmişdir. Qalıq 1000 kiloqram isə normal alqı-satqı qaydalarına uyğun olaraq ödənişini etməlisən. O da, bu səbəbdən yuxarıda qeyd etdiyi kimi 1000 kiloqram ləpənin dəyərinin iddiaçıya ödəmişdir. Hesab edir ki, işin hərtərəfli obyektiv həlli üçün X3 iş üzrə cavabdeh şəxs kimi cəlb edilməlidir. İş materiallarında olan CD diskə yazılmış səs yazılarından görünür ki, cavabdeh və iddiaçı arasında iddiada göstərilən tələblə bağlı danışıqlar aparılmışdır. İş materiallarında olan WhatsApp yazışmalarının foto şəkillərindən görünür ki, cavabdeh və iddiaçı arasında iddiada göstərilən tələblə bağlı yazışmalar getmişdir. İş materiallarında olan ******* nömrəli Vəkil Orderindən görünür ki, İddiaçı ilə Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Vəkil1 arasında müqavilə bağlanmışdır. İş materiallarında olan ******* nömrəli Vəkil Orderindən görünür ki, Cavabdeh ilə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil2 arasında müqavilə bağlanmışdır. İş materiallarında olan 274827 nömrəli Məcburi Köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkündür. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formadabağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı tərəfindən Cavabdeh aralarında olan şifahi razılaşma əsasında 17315 manata qiymətləşərək, 2000 kiloqram qoz ləpəsi nisyə satılmış, cavabdeh tərəfindən həmin məbləğdən müxtəlif vaxtlarda bir neçə dəfəyə ümumilikdə 7000 manat məbləğdə ödəniş edilmişdir. Lakin qalan borcdan cavabdeh tərəfindən bu günədək iddiaçı ilə aralarında olan şifahi razılaşmaya əməl edilməmiş və iddiaçıya nisyə satılmış 2000 klq qoz ləpəsindən 17315 manat dəyərindən yaranan 10315 manat borcdan bu günədək qaytarılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 120 manat 94 qəpik dövlət rüsumu iddiaçının məcburi köçkün kimi rüsumdan azad olması nəzərə alınmaqla həmin məbləğ də cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş sübutlara hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, İddiaçı tərəfindən Cavabdeh nisyə satılmış 17315 manata qiymətləşərək, 2000 kiloqram qoz ləpəsi nisyə satılmış, cavabdeh tərəfindən həmin məbləğdən müxtəlif vaxtlarda bir neçə dəfəyə ümumilikdə 7000 manat məbləğdə ödəniş edilmişdir. Lakin qalan borcdan cavabdeh tərəfindən bu günədək iddiaçı ilə aralarında olan şifahi razılaşmaya tam əməl edilməmiş və iddiaçıya nisyə satılmış 2000 klq qoz ləpəsindən 17315 manat dəyərindən yaranan 10315 manat borcdan bu günədək qaytarılmamışdır. Bununla da Cavabdeh borclu olduğu pulun qaytarılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi pozmaqla onu tam icra etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı iddia tələbinin təmin olunması qənaətinə gəldi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 10315 (on min üç yüz on beş) manat məbləğində borc pul tutularaq İddiaçı xeyirinə ödənilsin. Cavabdeh 120 manat 94 qəpik dövlət rüsumu tutularaq Hökümət ödəniş portalı vasitəsilə Ağcabədi rayon Məhkəməsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar