Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № e-2(017)-1705/2024 26.08.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 iştirakı ilə Ərizəçi İddiaçı ”sənədin şəxsə məxsus olmaması” tələbinə dair ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı ”sənədin şəxsə məxsus olmaması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş, ərizəçi İddiaçı ərizəsindən görünür ki, Ağcabədi rayon Aqrar islahat Komissiyasının xx.xx.2006-cı il tarixli 01 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 1400,38 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Dövlət Kadastrı kitabında xx.xx.2010-cu il tarixdə qeydə alınmış, A 293011 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Qeyd edilən torpaq sahəsinə dair hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istəyərkən onlara məlum olmuşdur ki, A 293011 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin adlı siyahısında ümumiyyətlə mövcud olmayan şəxsin, yəni X1 adı qeyd edilmişdir. Ağcabədi rayon Qeydiyyat şöbəsinə və Ağcabədi rayon Polis şöbəsinə sorğular olunmuş, X2 adlı şəxsin doğum, ölüm haqqında akt qeydi, o cümlədən ona dair hər hansı digər məlumat aşkar olunmamışdır. Ona görə də Dövlət Kadastrı kitabında xx.xx.2010-cu il tarixdə 561 nömrə ilə uçota alınmış, A 293011 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin X2 adlı şəxsə məxsus olmaması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia ərizəsinin (ərizənin) məhkəmə icraatına götürülməsi qeyri-mümkündür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələbinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Eyni zamanda, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu səbəbdən iddiaçı (ərizəçi) qaldırdığı məsələ ilə əlaqədar aidiyyəti orqana müraciət etməlidir. Belə olan halda iddia ərizəsi (ərizə) məhkəmə qaydasında baxılmalı deyildir və iddianın yolverilməzliyinə görə iddia ərizəsinin (ərizənin) qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən məhkəmə iddia ərizəsinin məhkəmə icraatında baxılmağa götürülməsini mümkün hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd edilənlər əsasında hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzə əsasən Ağcabədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 110 manat məbləğində dövlət rüsumu tam olaraq İddiaçı qaytarılmalıdır. Eyni zamanda, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1 və 263-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddianın yolverilməzliyinə görə İddiaçı iddia ərizəsini (ərizəsini) qəbul etməkdən imtina edilsin. xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzə əsasən Ağcabədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 110 manat məbləğində dövlət rüsumu tam olaraq İddiaçı qaytarılsın. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №e-2(017)-1705/2024
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(017)-1705/2024
26.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver