Məhkəmə qərarları › İş №e-2(017)-239/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-239/2025

14.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-239/2025 14.03.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya tələbi üzrə vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı 5000 manat məbləğində sığorta ödənişi və 70,40 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 5070 manat 40 qəpik subroqasiya qaydasında pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 05 iyul 2022-ci il tarixli sığorta müqaviləsi bağlanmış və «Opel» markalı ** NA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta təminatı almışdır. Cavabdeh sığorta müddətində, yəni 30 aprel 2020-ci il tarixdə nəqliyyat vasitəsini sürücülük hüququ olmadan «Opel» markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada X2 vurmuş, nəticədə sonuncu aldığı xəsarətdən ölmüşdür. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mərhum X1 hüquqi varisinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada 5000 manat məbləğində sığorta ödənişi ASC tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərüratları barədə arayışa Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 8/2506 nömrəli, xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyinə əsasən hadisədə təqsirli hesab edilən Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı sürücülük hüququ olmamış və hadisəni törətdikdən sonra hadisə yerindən yayınmışdır. Ona görə də Cavabdeh 5000 manat məbləğində sığorta ödənişinin və 70,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 5070 manat 40 qəpik pulun alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ünvanladığı ərizəsində iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh pul tələbinə dair iddiasını müdafiə etdiyini və işə onun iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş şəhadətnamənin təfsilatından görünür ki, sığortalı Cavabdeh «Opel» markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobili sığortaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində 03 noyabr 2021-ci il tarixdən 10 noyabr 2022-ci il tarixədək sığortalamışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh 05 iyul 2022-ci il tarixdə sürücülük hüququ olmadan «Opel» markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi ərazisində idarə edərkən piyada vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 05 iyul 2022-ci il tarixli, Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə protooldan görünür ki, Cavabdeh 05 iyul 2022-ci il tarixdə sürücülük hüququ olmadan «Opel» markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi ərazisində idarə edərkən piyadanı vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X11 tərəfindən verilmiş ekspertiza rəyindən görünür ki, rəydə qeyd olunan xəsarətlər həyati olub bərk-küt əşyanın təsirindən törənmişdir., eləcə də yol-nəqliyyatı hadisəsi şəraitində xəstəxanaya daxil olmazdan az əvvəl avtomobil vurması nəticəsində təörənə bilər. İşdə olan və məhkəmə iclasında elan edilmiş 22 sentyabr 2022-ci il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qimində tanınma haqqında qərardan görünür ki, X7 yol-nəqliyyat hadisəsi zamanı ölmüş şəxs X1 hüquqi varisi qismində tanınmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 20 noyabr 2023-cü il tarixli sığorta aktından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 10 noyabr 2021-ci il tarixdə sığorta müqaviləsi bağlanmış və «Opel» markalı ** NA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 10 noyabr 2021-ci il tarixdən 10 noyabr 2022-ci il tarixədək sığorta şəhadətnaməsi əsasında sığortalamışdır. 05 iyul 2022-ci il tarixdə Bakı şəhəri ərazisində sığorta hadisəsi baş vermişdir. Dəymiş zərərin məbləği 5000 manat, yekun sığorta ödənişinin məbləği 5000 manat təşkil etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 05 dekabr 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərəçəkmiş şəxsin hüquqi varisi X3 hesabına 5000 manat sığorta ödənişi köçürülmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnaməsin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətinin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinə (reqres tələbi hüququ) əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş materialları araşdırılarkən müəyyən olundu ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi ilə «Opel» markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti iddiaçı tərəfindən sığortalanmış, sığorta müqaviləsinin müddəti 10 noyabr 2021-ci il tarixdən 10 noyabr 2022-ci il tarixədək müəyyən edilmişdir. Sığorta müddətində (05 iyul 2022-ci il tarixdə Bakı şəhəri ərazisi) Cavabdeh həmin avtomobili nəqliyyat vasitələrini sürücülük hüququ olmadan idarə edərkən piyada X2 vurmuş nəticədə sonuncu ölmüşdür. Yol nəqliyyat hadisəsinin Cavabdeh təqsiri üzündən baş verməsi Suraxanı rayon Polis İdarəsinin 05 iyul 2022-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolu, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 sentyabr 2022-ci il tarixli ekspert rəyinin tətdqiqatın nəticəsi ilə təsdiq olunmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsinə görə mərhum X1 hüquqi varisi X5 5000 manat sığorta məbləği "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyəta keçirilmişdir. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən iddiaçının (sığortaçının) mülki məsuliyyətin icbari sığortası üzrə subroqasiya hüququ yarandığından Cavabdeh 5000 manat məbləğində verilmiş sığorta ödənişini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə olan 26 noyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 70,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 70,40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək subroqasiya qaydasında Cavabdeh 5000 manat sığorta ödənişi, 70,40 manat ödənilmiş dövlət rüsumu, cəmi 5070 manat 40 qəpik pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarəda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 5000 manat sığorta ödənişi, 70,40 manat ödənilmiş dövlət rüsumu, cəmi 5070 (beş min yetmiş) manat, 40 (qırx) qəpik pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar