Məhkəmə qərarları › İş №e-2(017)-289/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-289/2024

17.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-289/2024 17.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı və cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə ilasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraiət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh uzaqdan qohumluğu çatır. 2022-ci ilin təxminən dekabr ayında Cavabdeh onun bacısı Kəmaləyə pul istəməklə müraciət etmiş, qohum olduğuna görə bacısı Mehmana köməklik etmək istəmiş, lakin bacısında cavabdehin istədiyi məbləğdə pul olmadığından ondan köməklik etməsini xahiş etmişlər və bacısı ilə birlikdə göstərilən tarixdə onlara gəlmişlər. Bacısının yanında cavabdehə 7500 manat borc pul vermiş, daha sonra cavabdeh ona 3500 manat lazım olduğunu bildirdi. O, da tanışından 3500 manat götürüb cavbdehə vermişdir. Cavabdeh pulu alandan sonra ona bildirmiş ki, şəxsi avtomobilində yaranmış texniki nasazlığı aradan qaldırdıqdan sonra bir aya borc aldığı pulu qaytaracağına söz vermişdir. Beləliklə onlar razılaşmışlar. Lakin müəyyən vaxt keçməsinə baxmayaraq, hazırkı vaxtadək vabadeh ona olan borcunu qaytarmamışdır. O, cavabdehdən borcun alınmasına dair qəbz almışdır. Cavabdehlə borc pulu qaytarması ilə əlaqədar telefon vasitəsilə əlaqə saxlayarkən cavabdeh ona nalayiq söyüşlər söyərək təhqir etmişdir. Bununla bağlı o, Bakı şəhəri, Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə məlumat vermiş və nəticədə cavabdeh 50 manat cərimə edilmişdir. Bundan başqa mənəvi təzminatla bağlı Ağcabədi rayon Məhkəməsinə müraciət etmiş, 2(017)-1794/2023 saylı mülki iş hakim Rəşad Nuriyevin sədrliyi ilə baxılaraq iddiası qismən təmin edilmişdir. Hüquqşünas olmadığı üçün məıcburiyyət qarşısında qalaraq ona hüquqi xidmət göstərilməsi üçün "xxxx" MMC ilə 18 dekabr 2023-cü il tarixdə 17 nömrəli müqavilə bağlamış və 200 manat pul ödəmişdir. Dəfələrlə cavabdehə pulu qaytarması barədə müraciət etmiş, lakin müraciətlərinin heç bir nəticəsi olmamış və borcunu qaytarmaqdan imtina etmişdir. Ona görə məhkəmədən iddia tələbinin tam təmin edilməklə Cavabdeh xeyrinə 11000 manat məbləğində borc pulun, nümayəndə xərci 200 manat və ödənilmiş 124 manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın tam təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdi və izahat verərək göstərdi ki, İddiaçı uzaqdan qohumluğu çatır. Pula ehtiyacı olduğu üçün o, Tamilədən 7500 manat faizə borc pul almış və həmin pulun faizini artıqlaması ilə vermişdir. Lakin Tamilə onun yanına gələrək, ona verdiyi pulu kimdənsə faizə götürüb verdiyini, hazırda həmin şəxs tərfindən təzyiq edilərək Tamilədən qəbz tələb etdiyini bidlirmiş, o, da Tamilənin qadın olmasını və kimsə tərəfindən incidilməsinə razı olmadığı üçün məcbur qalaraq 10000 manat borc alması barədə qəbz yazmışdır. O, iddiaçıya qalan borcundan qohumu X3 vasitəsilə 1500 manat pul göndərsə də, iddiaçı pulu götürməmiş və pulunu tam şəkildə ödənməsini tələb etmişdir. Onun maddi imkanı zəif olduğu üçün pulu tam şəkildə ödəməyə imkanı olmamışdır. Hazırda onun iddiaçıya 7500 manat borcu qalıbdır. Həmin borcu hissəhissə ödəyəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahat verərək göstərdi ki, hər iki tərəfə qohumluğu çatır. Onun bildiyi məlumata görə Cavabdeh İddiaçı 7500 manat faizə pul almışdır. Cavabdeh bir dəfə şəxsən ona 1500 manat pul vermişdir ki, Tamiləyə versin. O, da Tamilənin yanına gedərək Mehmanın 1500 mant göndərdiyini bildirmiş, Tamilə isə pulu almayaraq Mahmanın borclu olduğu pulu tam şəkildə ödəməsini tələb etmişdir. İş materiallarına əlavə edilmiş borcun alınmasına dair qəbzdən görünür ki, Qasımov X1 olan 10000 manat borcunu 10 gün müddətinə qayataracağına dair öz xətti və öz imzası ilə qəbz yazmışdır. İş materiallarına əlavə edilmiş 18 dekabr 2023-cü il tarixli Müqavilədən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında hüquqi xidmətlə bağlı müqavilə bağlanmış və Tamilə tərəfindən göstərilən xidmətlərin müqabilində icraçının köçürmə hesabına və ya xəzinəsinə nağd şəkildə 200 manat pul ödəmişdir. İş materiallarına əlavə edilmiş 18 dekabr 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 124 manat dövlət rüsumu keçirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı sonradan 10000 manat pulu qaytaracağına dair qəbz yazıb verməyin. Baxmayaraq, həqiqətdə o, İddiaçı 7500 manat məbləğində borc pul almış, faizləri ödəsədə cavabdehin iddiaçıya 7500 manat məbləğdə borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsində göstərilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən Cavabdeh 7.500 manat məbləğində borc pul verilmiş, lakin cavabdeh tərəfindən həmin borc iddiaçıya ödənilməmişdir. Bununlada cavabdeh üzərinə götürdüyü öhdəliyi pozmaqla onu tam icra etməmişdir. Ona görə iddia qismən təmin olunaraq cavabdehdən 7500 manat məbləğdə pul tutularaq iddiaçıya ödənilməlidir. İddianın təmin olunmuş hissəsinə uyğun olaraq cavabdehdən 97 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Həmçinin iddiaçı tərəfindən hüquqi xidmətə görə ödənilmiş 200 manat pul cavabdehdən iddiaçının xeyirinə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı iddia tələbinin qismən təmin olunması qənaətinə gəldi. Yuxarıda göstərilənlərə əsasən və Azərbayan Respublikası MPM-nin 213-214, 216- 220, 233-ü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 7500 (yeddi min beş yüz) manat məbləğində borc pul, hüquqi xidmətə görə ödənilmiş 200 (iki yüz) manat və ödənilmiş 97 (doxsan yeddi) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar