Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № e-2(017)-3165/2025 16.03.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi Vəkil1 və Cavabdeh nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, 50000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil1 iddianı müdafiə etdi və izahatında göstərdi ki, İddiaçı gəlir əldə etmək məqsədilə "xxxx" MMC-dən götürdüyü patron tumlarını, suxarik və s. məhsulları satış üçün nisyə olaraq Cavabdeh vermiş, cavabdeh ondan aldığı malları ayrı-ayrı mağazalara paylamışdır. Aralarında olan alver 2023-cü ilin ortalarından 2024-cü ilin iyun -iyul aylarına kimi davam etmişdir. Sonra tərəflər öz aralarında hesabat aparmışlar və məlum olmuşdur ki, cavabdehin götürdüyü mallara görə iddiaçıya 37000 manat borcu qalmışdır. İddiaçı fərdi sahibkardır, adına VÖEN açılmışdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil2 iddianı qəbul etmədi və izahatında göstərdi ki, Cavabdeh İddiaçı ilə qarşılıqlı razılıq əsasında gəlir əldə etmək məqsədilə "xxxx" MMC-dən götürdükləri patron tumlarını, suxarik və s. məhsulların satışı ilə məşğul olmuşlar. Aralarında olan malların alqı-satqısına aid bütün sənədlər avtomobildə olmuş, avtomobil isə İddiaçı tərəfindən iddiaçıdan götürülmüşdür. Əlavə olaraq bildirdi ki, Cavabdeh fərdi sahibkardır, adına VÖEN açılmışdır. Ona görə də hesab edir ki, bu iş Kommersiya məhkəməsində baxılmalıdır. İş materiallarında olan vergi məlumatlarından görünür ki, İddiaçı (VÖEN **********) vergi ödəyicisidir və vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən fəaliyyət göstərir (fəaliyyəti aktivdir). İş materiallarında olan vergi məlumatlarından görünür ki, Cavabdeh (VÖEN **********) vergi ödəyicisidir və vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən fəaliyyət göstərir (fəaliyyəti aktivdir). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1 və 26.2-ci maddələrinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35 və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 31.1 və 31.2-ci maddələrinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 32.1 və 32.6-cı maddələrinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı və Cavabdeh hər iksi vergi ödəyicisidir və vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən İddiaçı fəaliyyət göstərir (fəaliyyəti aktivdir), fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cavabdeh da vergi ödəyicisidir və vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən Cavabdeh fəaliyyətini müvəqqəti dayandırıb (hazırda fəaliyyəti aktiv deyil), fərdi sahibkar kimi aralarında razılaşma olmuşdur. Göründüyü kimi, mübahisə sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada sahibkar statusu əldə edən şəxslər arasında yaranmışdır və mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32, 54 və 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə 2(017)-3165/2025 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №e-2(017)-3165/2025
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(017)-3165/2025
16.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver