Məhkəmə qərarları › İş №e-2(017)-744/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-744/2024

01.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-744/2024 01.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, vurulmuş zərərin ödənilməsi və fərdi yaşayış evinin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 25 dekabr 2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə daşınmaz əmlakın təqdim edilməsinə görə "xxxx" KB ASC-yə vurulmuş zərərə görə 922,25 manat və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulması, Cavabdeh ünvan 1 ünvanında yerləşən 0,0602 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 102,90 kv.m olan fərdi yaşayış evindən çıxarılmaqla, həmin fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçı "xxxx" KB ASCnin mülkiyyətində olan ünvan 2 ünvanında, 0,0602 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 102,90 kv.m olan fərdi yaşayış evi ilə bağlı "xxxx" KB ASC ilə Cavabdeh arasında 25 dekabr 2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanaraq əmlakın dəyərinin qalıq hissəsini hər ay hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər. Müqavilənin 4-cü bəndində daşınmaz əmlakın satış qiyməti 35000 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən təqdim edilmiş daşınmaz əmlaka görə "xxxx" KB ASC-dən 922,25 manat miqdarında sadələşdirilmiş vergi tutulmuşdur. Cavabdeh "xxxx" KB ASC ilə bağladığı 25 dekabr 2018-ci il tarixli, AN-İ ******* saylı müqavilənin 5-ci bəndinə əsasən pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Qeyd olunanlara əsasən cavabdeh alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçı ilə cavabdeh arasında bağlanmış 25 dekabr 2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, "xxxx" KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 0,0602 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 102,90 kv.m olan fərdi yaşayış evi boşaldılaraq "xxxx" KB ASC-yə təhvil verilməlidir. AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş çıxarışa əsasən 25 iyul 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyat aparılaraq, ünvan 1 ünvanında yerləşən 0,0602 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 102,90 kv.m olan fərdi yaşayış evinə "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. Hal-hazırda həmin fərdi yaşayış evinin mülkiyyətçisi "xxxx" KB ASC-dir. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5- ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 25 dekabr 2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, "xxxx" KB ASC-nin adından X1 şəhəri, Xəlfərəddin küçəsi 7 ünvanında yerləşən 0,0602 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 102,90 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə "xxxx" KB ASC-nə məxsus hissəsindən əmlakın qalıq hissəsini hər ay hissəhissə ödəniş şərti ilə Cavabdeh satmışdır. Həmin müqavilənin 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 228-ci maddəsinə əsasən təqdim edilmiş daşınmaz əmlaka görə satıcı "xxxx" KB ASC adından X2 922,25 manat miqdarında sadələşdirilmiş vergi tutulmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ödəməli olduğu 35000 manat məbləğində satış qiymətinin 1500 manatdan ibarət hissəsini ilkin olaraq notariusun depozit hesabı vasitəsi ilə ödəmiş, yerdə qalan 33500 manatın bərabər hissələrlə 1-ci il 12 ay ərzində aylıq 300 manat, 2-ci il 12 ay ərzində aylıq 400 manat, 3-cü il 12 ay ərzində aylıq 500 manat, 4-cü il 12 ay ərzində aylıq 600 manat, 5-ci il 11 ay ərzində aylıq 700 manat və sonuncu 12-ci ayın ödənişi 4200 manat ödənilməsi barədə də "xxxx" KB ASC ilə razılığa gəlmişlər. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0602 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 102,90 kv.m olan fərdi yaşayış evi "xxxx" KB ASC-nin xüsusi mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş "xxxx" KB ASC tərəfindən ünvan 2 ünvanında yaşayan Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 25 dekabr 2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən öhdəliyinin olması bildirilərək həmin müqavilənin 5-ci bəndinə əsasən 33500 manat məbləğində pul məbləğini ödəməyi öhdəsinə götürməsinə baxmayaraq öhdəliyi lazımınca yerinə yetirmədiyinə görə ona öhdəliyi yerinə yetirmək üçün 5 təqvim günü vaxt verilmiş, əks təqdirdə isə Bankın müqavilənin ləğvi və fərdi yaşayış evinin boşaldılması tələbi ilə məhkəməyə müraciət edəcəkləri barədə xəbərdarlıq etmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0602 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 102,90 kv.m olan fərdi yaşayış evi ilə bağlı "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, AN- İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanaraq, əmlakın dəyərinin qalıq hissəsini hər ay hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər. Müqavilənin 4-cü bəndində daşınmaz əmlakın satış qiyməti 35000 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən təqdim edilmiş daşınmaz əmlaka görə "xxxx" KB ASC-dən 922,25 manat miqdarında sadələşdirilmiş vergi tutulmuşdur. Cavabdeh "xxxx" KB ASC ilə bağladığı 25 dekabr 2018-ci il tarixli, AN-İ ******* saylı müqavilənin 5-ci bəndinə əsasən pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş çıxarışa əsasən 25 iyul 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyat aparılaraq, həmin mənzilə "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmiş və hal-hazırda da mənzilin mülkiyyətçisi "xxxx" KB ASC-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 567-ci madldəsinin tələbinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edimb əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. İş materiallarından göründüyü kimi ünvan 1 ünvanında yaşayan Cavabdeh ilə "xxxx" KB ASC-nin arasında bağlanmış 25 dekabr 2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinnin 5-ci bəndinə əsasən 33500 manat məbləğində pul məbləğini ödəməyi öhdəsinə götürməsinə baxmayaraq öhdəliyi lazımınca yerinə yetirmədiyinə görə ona öhdəliyi yerinə yetirmək üçün 5 təqvim günü vaxt verilmiş, əks təqdirdə isə Bankın müqavilənin ləğvi və fərdi yaşayış evinin boşaldılması tələbi ilə məhkəməyə müraciət edəcəkləri barədə xəbərdarlıq edilsə də, cavabdeh qalıq məbləği "xxxx" KB ASC-nə ödəməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə daşınmaz əmlakın təqdim edilməsinə görə "xxxx" KB ASC-yə vurulmuş zərərə görə 922,25 manat və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pul tutulmalı, cavabdeh Quliyev X7 şəhəri, Xəlfərəddin küçəsi 7 ünvanında yerləşən 0,0602 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 102,90 kv.m olan fərdi yaşayış evindən çıxarılmalı və həmin fərdi yaşayış evi boşaldılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 25 dekabr 2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh daşınmaz əmlakın təqdim edilməsinə üçün "xxxx" KB ASC-yə vurulmuş zərərə görə 922,25 manat və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat, cəmi 952 (doqquz yüz əlli iki) manat 65 (altımış beş) qəpik tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Cavabdeh Quliyev X7 şəhəri, Xəlfərəddin küçəsi 7 ünvanında yerləşən 0,0602 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 102,90 kv.m olan fərdi yaşayış evindən çıxarılsın və həmin fərdi yaşayış evi boşaldılsın. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar