Məhkəmə qərarları › İş №e-2(017)-909/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-909/2025

03.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-909/2025 03.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, X11, Cavabdeh2 iştirakı ilə, İddiaçı «X19» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 istifadə hüququna xitam verilməsi, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı «X19» Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı "xxxx" KB ASC-nin mülkiyyətində olan Ağcabədi rayonu, Ağcabədi şəhəri, Qarabağ küçəsində yerləşən 0.20 ha torpaq sahəsi və onun üzərində olan 86 saylı fərdi yaşayış evinə cavabdehlər Cavabdeh8, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri olan X3, X6, X7 və X1 istifadə hüquqlarına xitam verilməsi; 2. Cavabdehlər Cavabdeh9, Cavabdeh2, Cavabdeh5, Melikova (Hüseynova) Leyla Hidayət qızının, Cavabdeh1,Cavabdeh8,Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və yetkinlik yaşına çatmayanlar X2, X8, X9, X3, X6, X7 və X1 Ağcabədi şəhəri,Qarabağ küçəsində yerləşən 0.20 ha torpaq sahəsi və onun üzərində olan 86 saylı fərdi yaşayışevindən çıxarılmaqla, həmin fərdi yaşayış evinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100,80 AZN məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı «X19» Açıq Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC hərrac vasitəsi ilə Cavabdeh9 məxsus Ağcabədi rayonu, Ağcabədi şəhəri, Qarabağ küçəsində yerləşən 0.20 ha torpaq sahəsi və onun üzərində olan 86 saylı fərdi yaşayış evini almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış, ********** qeydiyyat nömrəli Çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. Qeyd olunduğu kimi, Ağcabədi rayonu, Ağcabədi şəhəri, Qarabağ küçəsində yerləşən 0.20 ha torpaq sahəsi və onun üzərində olan 86 saylı fərdi yaşayış evi kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. AR MM-nin 228.1-ci maddəsinə əsasən, “yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasının istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmazəmlak dövlət reyestrində rəsmi qeydə alınmış olsun”. Lakin, qeyd olunan fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə cavabdehlər arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə cavabdehlərin həmin fərdi yaşayış evinə heç bir hüququ yoxdur. Həmçinin, qeyd edək ki, mübahisə predmeti olan Ağcabədi şəhəri, Qarabağ küçəsində yerləşən 86 saylı fərdi yaşayış evində keçmiş mülkiyyətçi Cavabdeh9 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh5, Məlikova (Hüseynova) Leyla Hidayət qızı, Cavabdeh1 və yetkinlik yaşına çatmayanlar X12, X17 və X18 başqa ünvanda qeydiyyatda olmalarına baxmayaraq, faktiki olaraq həmin ünvanda yaşayırlar. Qeyd olunanlara əsasən cavabdehlərin Ağcabədi şəhəri, Qarabağ küçəsində yerləşən 0.20 ha torpaq sahəsi və onun üzərində olan 86 saylı fərdi yaşayış evindən istifadə etməsi və orada yaşamaları qeyri-qanunidir. Lakin cavabdehlər müddətin başa çatmasına baxmayaraq əmlakı könüllü surətdə boşaltmamışdırlar. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh9, Cavabdeh2, Cavabdeh5, Melikova (Hüseynova) Leyla Hidayət qızına, Cavabdeh1, Cavabdeh8, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və yetkinlik yaşına çatmayanlar X4, X13, X14, X10, X15, X16 və X5 qarşı Ağcabədi şəhəri, Qarabağ küçəsində yerləşən 0.20 ha torpaq sahəsi və onun üzərində olan 86 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, cavabdehlərin həmin torpaq sahəsindən və fərdi yaşayış evdən çıxarılması və evin boşaldılaraq «X19» Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi və ödənilmiş 100 manat 80 qəpik dövlət rüsumunun cavabdehlərdən «X19» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İddiaçı «X19» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Orxan Babayev oğlu məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə etdiyini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etdi və izahatında göstərdi ki, "xxxx" KB ASC hərrac vasitəsi ilə oğlu Cavabdeh9 və onlara məxsus Ağcabədi rayonu, Ağcabədi şəhəri, Qarabağ küçəsində yerləşən 0.20 ha torpaq sahəsi və onun üzərində olan 86 saylı fərdi yaşayış evini almışdır. Təxminən 11 ay kreditlərini ödəsələr də sonradan xəstəlik və digər səbələrdən ödəniş edə bilməmişlər. Əgər bank razılıq verərsə borcunu hissə-hissə ödəyəcəkdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşdə olan və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışdan görünür ki, Ağcabədi şəhəri, Qarabağ küçəsi 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 267,70 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evi 01 iyul 2017-ci il tarixdən iddiaçı «X20» ASC-nin adına hüquqi qeydiyyatdan keçmişdir. Məhkəmə Cavabdeh2 izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna omaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələrə Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə «Marksın Belçikaya qarşı» işində şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir». Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilən mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Yuxarıda qeyd olunan Konstitusiya normalarını özündə ehtiva edən və onu daha da inkişaf etdirən Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi mülkiyyət hüququnun tanınması və müdafiə olunması üçün hüquqi mexanizmləri, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtlərini müəyyənləşdirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 153.3-cü maddəyə görə isə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən Ağcabədi şəhəri, Qarabağ küçəsi 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 267,70 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evi 01 iyul 2017-ci il tarixdən iddiaçı «X20» ASC-nin adına hüquqi qeydiyyatdan keçmişdir. Hazırda həmin evdə cavabdehlər yaşayırlar və bu hal iddiaçı «X20» Açıq Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətində olan yaşayış evindən istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və üzərində sərəncam vermək hüquqlarını kobud surətdə pozur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh8, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri olan X3, X6, X7 və X1 Ağcabədi şəhəri, Qarabağ küçəsi 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 267,70 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməli, cavabdehlər həmin torpaq sahəsindən və fərdi yaşayış evdən çıxarılmalı və ev boşaldılaraq «X19» Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməlidir. İşdə olan 07 fevral 2025-ci il tarixli qəbzdən görünür ki, «X19» Açıq Səhmdar Cəmiyyəti tərəfindən 100 manat 80 qəpik dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 100 manat 80 qəpik dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh8, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri olan X3, X6, X7 və X1 Ağcabədi şəhəri, Qarabağ küçəsi 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 267,70 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh9, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və yetkinlik yaşına çatmayanlar X2, X8, X9, X3, X6 və X1 həmin torpaq sahəsindən və fərdi yaşayış evdən çıxarılsınlar və ev boşaldılaraq «X19» Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin və cavabdehlərdən 100 (bir yüz) manat 80 (səksən) qəpik ödənilmiş dövlət rüsumu müştərək qaydada alınaraq «X19» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAkim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar