Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-997/2025 13.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 9000 manat pul, əldən çıxmış faydaya görə 1000 manat, hüquqi yardımla bağlı vəkilə ödənilən 500 manat və ödənilmiş 110 manat dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı 2018-ci ildə Ağcabədi rayon Xocavənd kənd ərazisində kürəkəni Surxayla birlikdə mağaza tikdirmişdir. Sonradan aralarında yaranan narazılıq səbəbindən mağazanı bağlamaq qərarına gəlmişdir. Həmin vaxt Surxayla Sabirin arasında pulla bağlı mülki mübahisə olmuş, iddiaçı 200.000 manat borcun Surxaydan alınıb ona verilməsi üçün məhkəməyə müraciət etmişdir. Ağcabədi Rayon Məhkəməsində İddiaçı xeyrinə qətnamə çıxarılmışdır. Surxay qətnamədən narazı olduğu üçün iş Şirvan Apellyasiya Məhkəməsində olmuş və qətnamə ləğv edilmişdir. Sahibkar olduğu üçün işə Şirvan Konversiya Məhkəməsində baxılması üçün qətnamə çıxarılmışdır. O, zamanlar yəni 2022-ci ilin may ayında iddiaçının həmkəndlisi və qohumu Cavabdeh onun məhkəmədə olan mülki işin müsbət həll edəcəyini bildirib iddiaçıdan 20000 manat pul almışdır. İddiaçı məhkəmə prosesi zamanı Mənsurun heç kimə pul verməməsini öyrənmişdir. Bundan sonra, İddiaçı Cavabdeh pulun tələb etmiş, Cavabdeh borcu olduğunu, həmin pulu öz borcuna verdiyini və 3 ay müddətində iddiaçının pulunu verəcəyini bildirmişdir. Bundan sonra cavabdeh iddiaçıdan aldığı 20000 manat puldan hissə-hissə 11000 manat qaytarmış, qalan 9000 manatı isə qaytarmamışdır. Cavabdeh İddiaçı pulunu vermədiyi üçün iddiaçı 01 iyun 2023-cü il tarixdə Ağcabədi rayon Polis şöbəsinə şikayət etmiş, araşdırma zamanı cavabdeh ifadəsində iddiaçıdan 20000 manat pul aldığını və həmin pulu da qaytardığını bildirmişdir. Göstərdiyi kimi cavabdeh iddiaçıdan aldığı 20000 manat pulun 11000 manat qaytarmış, qalan 9000 manatı qaytarmamışdır. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, İddiaçı onun kürəkəni, Cavabdeh isə əmisi oğludur. İddiaçı məhkəmə işi olmuş və həmin vaxtlarda İddiaçı işinin həll edilməsi üçün Cavabdeh onun bildiyinə görə 20000 manat pul vermişdir. İddiaçı pul verməsi barədə ona demişdir. Lakin, Cavabdeh heç bir iş görməmişdir. İddiaçı verdiyi pulu Cavabdeh ala bilmədiyini ona demiş, o da bir əmi oğlu kimi Cavabdeh İddiaçı aldığı pulu qaytarmasını bildirmişdir. Cavabdeh İddiaçı aldığı pulun bir hissəsini qaytarmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 10 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda Cavabdeh ifadəsində İddiaçı 20000 manat pul aldığını və həmin pulu qaytardığını qeyd etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və şahidin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı 20000 manat pul almışdır. Bu hal 10 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda Cavabdeh vermiş olduğu ifadəsi ilə də öz təsdiqini tapmışdır. Cavabdeh aldığı 20000 manat pulun 11000 manatını İddiaçı qaytarsa da, qalan 9000 manat pulu ödəməkdən yayınmışdır. Cavabdeh 10 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda İddiaçı aldığı 20000 manat pulu qaytardığını göstərsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Buradan da göründüyü kimi cavabdeh iddiaçının 9000 manat məbləğində pulunu əldə edib iddiaçının hesabına hüquqi əsas olmadan əsassız varlanmış və iddiaçı da cavabdehdən həmin pulu tələb etməkdə haqlıdır. Bundan başqa, İddiaçı Cavabdeh gecikdirilmiş puldan faydalanmağa görə 1000 manat da tələb etməsinə baxmayaraq bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir və məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 9000 manat pul alınaraq İddiaçı verilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 31 yanvar 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 110 dövlət rüsumu ödəmişdir. İşdə olan 15 yanvar 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 500 hüquqi yardım üçün vəkil xərci ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 110 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənmiş 500 manat vəkil xərci iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 9000 manat pul, 500 manat hüquqi yardınla bağlı ödənilmiş vəkil xərci və ödənilmiş 110 manat dövlət rüsumu, cəmi 9610 (doqquz min altı yüz on) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-997/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-997/2025
13.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver