Məhkəmə qərarları › İş №e-2(018)-1013/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1013/2024

28.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1013/2024 28.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Maraqlı şəxs1SC-nin nümayəndəsi Maraqlı şəxs2 iştirakları ilə, İddiaçı cavabdeh X2,Maraqlı şəxs1SC-nə icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3, Maraqlı şəxs1 ASC-nə icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Astara rayonu notariat ofisi tərəfindən vermiş-ondan və qeyrilərindən cavabdeh "xxxx" ASC xeyrinə 12YASEV166738101 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş cəmi 68618,65 manat tutmanın, ipoteka edilmiş ünvan 1 ünvanında olan 0.22 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 309,1 kv.m olan fərdi yaşayış evinə yönəldilməsinə dair xx.xx.2024-cü il tarixli icra qeydini etibarsız hesab edilməsi barədə qətnamə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İddiaçı nümayəndəsi və vəkili Nümayəndə elektron ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixdə saat 17:30-a təyin olunmuş məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyinin üzürlü sayılması, iş üzrə verdiyi vəsatətin təmin edilməsini və məhkəmənin mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh Astara rayonu notariat ofisin (xüsusi notarius: X1) "xxxx" ASC-nin tələbi əsasdan verdiyi xx.xx.2024-cü il tarixli icra qeydi ilə borca görə tutma o və qeyrilərinə məxsus ipoteka predmeti olan ünvan 4 ünvanında olan 0.22 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 309,1 kv.m olan fərdi yaşayış evinə yönəldilmişdir. İcra qeydinə əsas "xxxx" ilə bağlanmış 12YASEV166738101 nömrəli müqaviləyə görə müddət üçün hesablanmış vaxtında ödənilməmiş 65.334,07 manat əsas, 3.284,58 manat faiz borcu cəmi 68618.65 manat borcun olması barədə bank tərəfindən verilmiş arayış olmuşdur. Mübahisələndirilən xx.xx.2024-cü il tarixli icra qeydi icra olunması üçün Astara rayon icra şöbəsinə göndərilmiş və icra məmurunun icraata başlanması haqqında qərarla birgə ona göndərilmişdir. İcra qeydinin verilməsinə əsas olmuş göstərilən borc məbləği ilə razılaşmır. Çünki yanlış hesablamadır, tərəfindən edilmiş ödənişlər düzgün nəzərə alınmamışdır. Bundan başqa icra qeydinin aid olduğu kredit üzrə borc tələbinin irəli sürülməsinə əsas kimi istinad edilmiş kredit müqaviləsinin müddəti hələ bitməmişdir və müqavilə qüvvəsindədir. Kredit müqaviləsinin qüvvəsində olduğu müddətdə, borcun təminatı kimi girov edilmiş əmlakın satılması və ya ona borcun yönəldilməsi düzgün deyildir. Həmçinin ipoteka predmeti olan ünvan 2 ünvanında olan 0,22 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 309,1 kv.m olan fərdi yaşayış evində ailəsi ilə birlikdə qalır və hal hazırda müvəqəti olaraq maddi çətinlikləri var, stabil gəliri olmadığından ona yönəlmiş borcun ödənilməsinin gecikməsinə səbəb olub. Lakin, borc bu qədər deyil və belə vəziyyətdə borcla bağlı icra qeydi verilə bilməzdi. Ona görə də icra qeydi tərəfindən mübahisələndirilir. “Notariat haqqında” Azərbaycan Respublikasının qanunun 76-cı maddəsinin 8-ci bəndinə əsasən icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə tərəfindən mübahisələndirilə bilər. Həmin maddənin 2-ci bəndinə görə icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğu təsdiq edildiyi halda aparılır. Lakin bank tərəfindən təqdim olunmuş əsəs borc və ona hesablanmış faiz məbləğlərə dair hesablamalar doğru deyildir və borclu tərəfindən qəbul edilmir və mübahisələndirilir. Bu halda qeyd olunan normanın tələbinə görə notarius icra qeydi verməli deyildi. Buda mübahisələndirilən icra qeydini etibarsızlığına əsasdır. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Cavabdeh Astara rayonu notariat ofisi tərəfindən vermiş - ondan və qeyrilərindən cavabdeh "xxxx" ASC xeyrinə 12YASEV166738101 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş cəmi 68618,65 manat tutmanın, ipoteka edilmiş ünvan 3 ünvanında olan 0.22 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 309,1 kv.m olan fərdi yaşayış evinə yönəldilməsinə dair xx.xx.2024-cü il tarixli icra qeydini etibarsız hesab edilməsi barədə qətnamə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh X2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, X3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş üzrə Maraqlı şəxs1SC-nin nümayəndəsi Maraqlı şəxs2 bildirdi ki, Astara Rayon Notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2024-cü ildə ipoteka saxlayan bankın müraciətinə əsasən iddiaçıya (ipoteka qoyana) məxsus ipoteka predmeti olan ünvan 4i ünvanında olan 0.22 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 309.1 kv.m olan fərdi yaşayış evinə tutma yönəldilməsi barədə 81-5357 M№-li icra qeydi aparılmışdır. İddiaçı icra qeydinin "Notariat haqqında" Qanunun 76-cı maddəsinin tələblərinin pozulması ilə aparıldığını göstərmiş və bunu icra qeydinin aparılmasına əsas olmuş borcla bağlı məhkəmə mübahisəsinin olması ilə əsaslandırmışdır. "Notariat haqqında" Qanunun 76-cı maddəsinin 2-ci hissəsinə görə icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Göründüyü kimi, qanunvericilik icra qeydinin aparılması üçün iddiaçının göstərdiyi kimi, borcla bağlı mübahisənin olub-olmamasını deyil, borcun mübahisəsiz olmasının məhz təqdim edilən sənədlərlə təsdiq olunması tələbini müəyyən edir. "Notariat haqqında" Qanunun 76-cı maddəsinin 9-cu hissəsinə görə borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını AR-in müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) müəyyən edir. AR NK-nin xx.xx.2000-ci il tarixli 156 №-li qərarı ilə təsdiq edilmiş "Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı"nın 1-1- ci bəndinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli, ipoteka saxlayanın "İpoteka haqqında" Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli, bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli təqdim olunur. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd "Notariat haqqında" Qanunun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Siyahının 1-1ci bəndində göstərilən sənədlər notariusa təqdim olunursa, bu, haqqında icra qeydi aparılan borcun mübahisəsiz olduğunu təsdiq edir və digər şəxslərin borcun mübahisəli olub-olmamasına dair subyektiv münasibətindən asılı olmayaraq icra qeydinin aparılması üçün əsasdır. İcra qeydinin aparılması üçün notariusa təqdim olunan sənədlərdən görünür ki, bank, ipoteka qoyan və borc alan arasında xx.xx.2023-cü ildə notarial qaydada təsdiq edilmiş ipoteka müqaviləsi bağlanmış, həmin müqavilə (bankın ipoteka hüququ) xx.xx.2023-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, ipoteka ilə təmin olunan öhdəlik vaxtında icra olunmadığı üçün bank "ipoteka haqqında" Qanunun 36.2-ci maddəsinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi xx.xx.2024-cü ildə sifarişli məktubla ipoteka qoyana göndərmiş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2024-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur və notariusa təqdim olunmuşdur. Odur ki, icra qeydi aparılarkən "Notariat haqqında" Qanunun 76-cı maddəsinin tələblərinin pozulması barədə iddia ərizəsində göstərilənlər əsassızdır. "İpoteka haqqında" AR Qanunun 37 və 38-ci maddələrinin tələblərinin də nəzərə alınmaması" barədə göstərilənlər də əsassızdır. Belə ki, həmin Qanunun 37.1-ci maddəsinə görə ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanunun 38.1-ci maddəsinə görə bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. İş materiallarından görünür ki, ipoteka qoyan qanunla müəyyən edilmiş müddətdə ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verməmişdir. Bu halda ipoteka saxlayanın ipoteka müqaviləsinə əsaslanan tələbi üzrə icra qeydinin verilməsi adı çəkilən Qanunun 37 və 38-ci maddələrinin tələblərinə uyğun olmuşdur. İddiaçı icra qeydinin qanunsuz olduğunu göstərsə də, lakin bunu sübut edə bilməmişdir. Odur ki, iddia əsassız olduğu üçün təmin olunmamalıdır. İddiaçı cavabdeh Astara rayonu Notariat ofisinin xüsusi notariusu X2 qarşı icra qeydinin ləğv olunması tələbi barədə iddiasının təmin olunmaması haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə Maraqlı şəxs1SC-nin nümayəndəsi Maraqlı şəxs2 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli iş materiallarında olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydindən görünür ki, Astara Rayon Notariat ofisinin xüsusi notariusu X3 tərəfindən xx.xx.2024-cü ildə ipoteka saxlayan bankın müraciətinə əsasən iddiaçıya (ipoteka qoyana) məxsus ipoteka predmeti olan ünvan 4i ünvanında olan 0.22 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 309.1 kv.m olan fərdi yaşayış evinə tutma yönəldilməsi barədə 81- 5357 reyestr nömrəli icra qeydi aparılmışdır. İş materialında olan xx.xx.2023-cü il tarixli razılaşmaya əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, İddiaçı kredit verilmiş və aylar üzrə ödənişlər müəyyən edilmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli etibarnamə sənədindən görünür ki, etibarnamədə göstərilən hüquqlarının həyata keçirilməsini xx.xx.2024-cü il tarixədək Maraqlı şəxs2 etibar edilmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli 7E-9780 nömrəli etibarnamə sənədindən görünür ki, İddiaçı etibarnamədə göstərilən hüquqlarının həyata keçirilməsini 11 il müddətinə Nümayəndə etibar etmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli ******* nömrəli vəkil orderindən görünür ki, Nümayəndə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli 462 nömrəli müqavilə əsasında İddiaçı hüquqi yardım göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəlləsinin 309.1-ci maddəsinə görə, daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəlləsinin 317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. "Notariat haqqında" Azərbaycan Respublikası qanunun 76-cı maddəsinə görə, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. "İpoteka haqqında" Azərbaycan Respublikası qanunun 37-ci maddəsinə görə, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Həmin qanunun 38-ci maddəsinə görə, bu qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında 02 sentyabr 2000-ci il tarixli 156 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 1-1-ci bəndinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli, ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli, bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli təqdim olunur. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Məhkəmə iş materialında və qanunvericilik normalarında qeyd edilənləri nəzərə hesab edir ki, İddiaçı cavabdeh X2, Maraqlı şəxs1 ASC-nə icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələblərinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəlləsinin 217.2-ci maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X2, Maraqlı şəxs1 ASC-nə icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar