Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-113/2025 19.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X21 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinə qarşı «payın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə cavabdehlər Cavabdeh1Həmdəm qızı, Cavabdeh2 və maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinə qarşı «payın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-074B, KOD 80112018 sayıl torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Astara rayonu, Şahağacı kəndində yerləşən, birgə mülkiyyətdə olan 0.20 ha torpaq sahəsinə İddiaçı 1/6 hissə olmaqla payının müəyyən edilməsi, həmçinin iddiaçının müəyyən ediləcək 1/6 hissəli payının naturada bölünməsi (ayrıca gediş-gəliş yolu müəyyənləşdirməklə) barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, JN-074B, KOD 80112018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Astara rayonu, Şahağacı kəndində yerləşən, birgə mülkiyyətdə olan 0.20 ha torpaq sahəsinə İddiaçı 1/6 hissə olmaqla payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tələblərini onunla əsaslandırmışlar ki, JN-074B, KOD 80112018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Astara rayonu, Şahağacı kəndində yerləşən 0.20 ha torpaq sahəsi X6, X9, X4, X13, X10 və X7 birgə mülkiyyətindədir. Şəhadətnamədə adları qeyd edilən şəxslərdən X6, X9 və X10 vəfat etmişdir. X5 şəxs adını dəyişmiş, həmçinin nikaha daxil olmuş və ərinin soyadını götürmüşdür. X1 soyadı, adı, ata adı - Cavabdeh2dır. İddiaçı cavabdehlər ilə paylarının ayrılmasında razılığa gələ bilməmişdir və gələcəkdə də razılığa gəlmələri mümkün deyildir. Ona görə də iddiaçının sözügedən torpaq sahəsindən maneəsiz istifadə edə bilməsi üçün onun 1/6 hissə olmaqla payı müəyyən edilməli və həmin payın naturada real bölgü aparılmalıdır. Torpaq sahəsi üzərində yalnız 1/6 hissə olmaqla payın müəyyən edilməsi iddiaçının çatmaq istədiyi hüquqimənafei təmin etmir. Bu səbəbdən eyni şəxs sonradan payının naturada ayrılması barədə mülki qanunvericiliyə əsaslanan ayrıca tələblərlə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalırlar. Ona görə də gələcəkdə yenidən əlavə iddia ərizəsi verməmək üçün hazırda payın müəyyən edilməsi və naturada bölgüsünü tələb edirik. JN- 074B, KOD 80112018 sayıl torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Astara rayonu, Şahağacı kəndində yerləşən, birgə mülkiyyətdə olan 0.20 ha torpaq sahəsinə İddiaçı 1/6 hissə olmaqla payının müəyyən edilməsi, həmçinin iddiaçının müəyyən ediləcək 1/6 hissəli payının naturada bölünməsi (ayrıca gediş-gəliş yolu müəyyənləşdirməklə) barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Astara rayonu, Siyətük kəndində qeydiyyatdadır. İş materiallarında olan JN-074B, KOD 80112018 sayıl Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki X6, X9, X4, X13, X10 və X3 rayonu Şahağacı kənd ərazində 0,20 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsi həmin torpaq sahəsinin ümumi birgə mülkiyyətçisidir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçıl, yəni ümumi mülkiyyətin birgə mülkiyyətçisi payının müəyyən edilməsini istəyir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Həmin Məcəllənin 238.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. İşin qeyd olunan hallarını və maddi hüquq normalarını əsas götürən məhkəmə hesab edir ki, JN-074B, KOD 80112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Astara rayonu Şahağacı kənd ərazində 0,20 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsi həmin torpaq sahəsinin ümumi birgə mülkiyyətçisi – Şabanova (Cəfərova) Ruhəngiz Baldadaş qızının payı 1/6 hissə müəyyən edilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində cöstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa Konvensiyasının mülkiyyət hüququ ilə bağlı bu normaları baxımından da iddia təmin edilməli və ərizəçinin mülkiyyət hüquqları tam bərpa olunaraq onların birgə mülkiyyətində olan torpaq sahəsinə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. JN-074B, KOD 80112018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Astara rayonu Şahağacı kənd ərazində 0,20 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsi həmin torpaq sahəsinin ümumi birgə mülkiyyətçisi – Şabanova (Cəfərova) Ruhəngiz Baldadaş qızının payı 1/6 hissə müəyyən edilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-113/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-113/2025
19.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver