Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № e-2(018)-1197/2024 11.09.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdehnə qarşı cavabdehin üzərinə yaşayış şəraitinin yaxşılaşdırılması üçün güzəştli ödənişlə torpaq sahəsinin verilmə öhdəliyinin tabeliyində olan bələdiyyənin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işin sənədlərini nəzərdən keçirib, müəyyənetdim: İddiaçı Cavabdehnə qarşı cavabdehin üzərinə yaşayış şəraitinin yaxşılaşdırılması üçün güzəştli ödənişlə torpaq sahəsinin verilmə öhdəliyinin tabeliyində olan bələdiyyənin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizədən və əlavə edilmiş sənədlərdən görünür ki, iş üzrə Cavabdeh hüquqi ünvanı Ağstafa rayonudur və İddiaçı rəsmi qeydiyyat yeri ünvan 3 ünvanıdır. Ona görə hesab edirəm ki, İddiaçı Cavabdehnə qarşı cavabdehin üzərinə yaşayış şəraitinin yaxşılaşdırılması üçün güzəştli ödənişlə torpaq sahəsinin verilmə öhdəliyinin tabeliyində olan bələdiyyənin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Ağstafa Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçıya iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada Cavabdeh hüquqi ünvanının olduğu yer üzrə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.3, 263-264 və 266-268ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı Cavabdehnə qarşı cavabdehin üzərinə yaşayış şəraitinin yaxşılaşdırılması üçün güzəştli ödənişlə torpaq sahəsinin verilmə öhdəliyinin tabeliyində olan bələdiyyənin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada Cavabdeh hüquqi ünvanının olduğu yer üzrə Ağstafa Rayon Məhkəməsinə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1197/2024
Astara Rayon Məhkəməsi Qərardad — İş №e-2(018)-1197/2024
11.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver